297
miyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. Dinin mahiyyətini və meydana
gəlmə səbəblərini cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsini analiz etmədən açmaq
olmaz.
İbtidai insanların təbiət qüvvələri qarşısındakı acizliyi, onlara tə'sir etmək im-
kanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur.
Dinin ilk formaları
təbiət hadisələrini, ayrı-ayrı cisimləri, heyvanları ilahiləş-
dirməklə əlaqədar olmuşdur. Dinin bu ibtidai formalarının (animizm, totemizm) qa-
lıqları sonralar yaranmış dinlərdə də özünü göstərir.
Dinlərin tarixi göstərir ki, heç bir xalqda din bəzi teoloqların iddia etdikləri ki-
mi monoteizmdən, yəni vahid allah təlimindən başlanmamışdır, monoteizmdən əv-
vəl bir neçə allaha səcdə etməklə bağlı olan politeizm mövcud olmuşdur.
Dini şüur, dini etiqadlara əsaslanır. Dini etiqad öz əsas aşağıdakı
xüsusiyyətlər-
lə xarakterizə olunur: dini təsəvvürlər; dini hisslər; ayin və mərasimlər. Din öz gös-
tərişlərini Allahın adı ilə əbədiləşdirən ideoloji vasitəyə çevrilir. Fəlsəfə, əxlaq, in-
cəsənət, hüquq da bu ideoloji təsir dairəsindən kənarda qalmır.
Bununla bərabər tarixi inkişaf sübut edir ki, cəmiyyətdə baş verən sosial təbəd-
dülatların, çevrilişlərin tə'siri altında dinlər dəyişilmiş, onlarda müəyyən islahatlar
aparılmışdır.
Roma imperiyası şəraitində məzlum kütlələrin dini kimi meydana gələn xristi-
anlıq sonra hakim siniflərin rəsmi dininə çevrilmiş və bununla əlaqədar olaraq ilk
xristianlığın
bəzi mühüm əlamətləri,
onun demokratik ruhu,
mərasimlərə mənfi
münasibəti və i.a. aradan qalxmışdı. Sonrakı ictimai-iqtisadi
formasiyalar şəraitində
başqa dini cərəyanların, qolların yaranması prosesi baş vermişdir.
Dünya dinlərinin meydana gəlməsi müxtəlif ölkələr və xalqlar arasında siyasi,
iqtisadi və mədəni əlaqələrin uzunmüddətli inkişafının nəticəsidir.
Qədim dinlərə
xas olan kosmopolit xarakter onlara milli sərhədləri aşaraq Yer üzərində geniş ya-
yılmağa imkan vermişdir.
Hazırda bütün dinlərdə elmin və texnikanın inkişafı ilə, cəmiyyət həyatındakı
dərin inqilabi proseslərlə əlaqədar olan yeni şəraitə uyğunlaşmaq prosesi gedir. La-
kin müasir dünyada din mahiyyəti etibarilə özünü sosial yeniləşmə, quruculuq qüv-
vəsi
kimi deyil, ancaq adət-ənənə və mərasimlərin toplusu kimi təzahür etdirir.
Dostları ilə paylaş: