294
cəmiyyətin siniflərə bölünməsi, dövlətin əmələ gəlməsi və inkişafı nəticəsində ya-
ranmış ictimai münasibətləri tənzimləmə zərurətindən meydana gəlmişdir.
Hüquq
normativ sistemlərdən biri olub, cəmiyyətdə insanların hərəkət və davranışlarını,
birliklərin və dövlət təşkilatlarının
vəzifələrini, münasibətlərini tənzimləyir. Bu
normalar müvafiq hüquqi qanunlarda ifadə olunur. Bununla, hüquq ictimai orqaniz-
min işləməsi üçün lazım olan optimal şəraitin yaradılmasına kömək edir.
Hüquqi şüur hüquqi münasibətlərin, normaların və təsisatların təbiəti və vəzi-
fələri haqqında,
qanunvericilik, məhkəmə və prokurorluq orqanlarının fəaliyyəti
haqqında təsəvvürləri əhatə edir.
Hüquqi şüur başqa ictimai şüur formaları ilə, xüsusilə siyasi, əxlaqi və fəlsəfi
şüurla qırılmaz qarşılıqlı
əlaqədədir, onlara tə'sir etməklə bərabər onların təsirinə
məruz qalır. Nəzəri şüurun hər hansı forması kimi hüquq öz müddəalarını məntiqi
formada ifadə edir, həmin bilik sahəsinin əvvəlki inkişafına söykənir. Bütün bunlar
dövlət və hüquq nəzəriyyəsinə
dair xüsusi əsərlərdə
geniş izah edilir.
Hüquqi şüur və hüquq bir qəbildən olan hadisələr olsa da eyni deyildir. Onların
qırılmaz əlaqələrinə və qarşılıqlı asılılığına baxmayaraq, hər ikisi üstqurumun müs-
təqil elementləridir. Hüquq hər şeydən əvvəl hüquqi qanunlar olub, yerinə yetiril-
məsi dövlət tərəfindən təmin olunur.
Hüquqdan fərqli olaraq hüquqi şüur ümumi, məcburi
xarakter kəsb etmir və
dövlətin məcburi qüvvəsi ilə təmin olunmur. O, cəmiyyətdə müxtəlif sinif və sosial
qrupların hüquq haqqında mövqeyindən, onun qiymətləndirilməsi kimi tarixi zəru-
rətdən meydana gəlir.
Əgər hüquq üstqurumun nisbi dəyişməz elementidirsə, hüquqi şüur onun daha
çevik və dəyişən elementi kimi təzahür edir. Adətən istehsal prosesində, mübadilə-
də və bölgüdə baş verən hər hansı kiçik dəyişikliklər belə, hüquqi şüurda əks olu-
nur və qiymətləndirilir. Bu zaman cəmiyyət qarşısında hüquqi sahədə tənzimləmə
vəzifələri formalaşır. O sanki bazis və hüquq arasında əlaqəni təmin edir. Demok-
ratik cəmiyyətdə qanunun aliliyi prinsipi hüquqi şüurun da bu istiqamətdə forma-
laşmasına zəmin yaradır.
Əxlaq
. Əxlaq və ya mənəviyyat öz tarixi etibarilə ictimai şüurun qədim forma-
sı olub, insan cəmiyyətinin formalaşdığı dövrdə meydana gəlmişdir. Cəmiyyətin il-
kin inkişaf mərhələsindəki iqtisadi münasibətlərdə öz ifadəsini əxlaqi şüurda tap-
mışdır. Əxlaq hələ ibtidai icma quruluşunda insanların praktiki tələbatından - mü-
nasibətlərin tənzimlənməsi, birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana
gəlmiş və inkişaf etmişdir. Bütün bunlar adi davranış normalarının, qaydalarının
adət kimi təsbit olunmuş şəkildə işlənilməsini tələb edirdi. Axı cəmiyyət həmişə öz
üzvləri qarşısında müəyyən tələblər qoyur. Bu tələblər
ilk növbədə məhz əxlaq nor-
malarında ifadə olunur. Cəmiyyət inkişaf etdikcə istehsalda, istehsal münasibətlə-
rində baş verən dəyişikliklərin təsiri altında bu normalar dəyişilir, yeniləşir və inki-
şaf edir.
Əxlaq dedikdə, adətən, cəmiyyətdəki davranış normaları, qaydaları və prinsip-
lərinin məcmusu başa düşülür. Bəzən mənəviyyata və əxlaqa eyni anlayışlar kimi
baxırlar. Lakin mənəviyyat daha geniş, əhatəli bir anlayışdır.
295
Etika
əxlaq nəzəriyyəsi, əxlaq haqqında fəlsəfi təlimdir. O, quldarlıq cəmiyyə-
tində əqli əməyin fiziki əməkdən ayrılması, ilk fəlsəfi nəzəriyyələrin yaranması
dövründə meydana gəlmişdir. Bu mənada filosofların insan münasibətləri sahəsinə
müraciət etmələri, əxlaqın meydana gəlməsi səbəbləri və mənbələri, həyatın məna-
sı, səadət, xeyir və şər anlayışları, insan hərəkətlərinin əxlaqi qiymətləndirilməsi və
başqa problemlərə toxunmaları xüsusi rol oynamışdır.
Etik konsepsiyalar fəlsəfi
sistemlərin tərkib hissəsi olmaqla, adətən, fəlsəfədə iki cərəyanın - materializm və
idealizmin mübarizəsini əks etdirmişdir. Materializmin nümayəndələri əxlaqı insa-
nın tələbatı və marağı ilə bağlayıb onun bəşəri əsasını tapmağa can atmışlar. İdea-
list konsepsiyaların nümayəndələri isə əxlaqa oprior, bu dünya ilə əlaqəsi olmayan,
anadangəlmə və dəyişməz bir hadisə kimi baxırlar.
Əxlaqın norma, prinsip və kateqoriyalarına konkret-tarixi mövqedən yanaşmaq
lazımdır. Xeyir və şər, ədalət, namus, şərəf və s. haqqında əbədi və dəyişilməz tə-
səvvürlər yoxdur və ola da bilməz.
Elm.
İctimai şüurun formalarından biri olan elm təbiətdə, cəmiyyətdə və insan
təfəkküründə baş verən proses və hadisələr haqqında sınaqdan keçirilmiş, dəqiqləş-
dirilmiş biliklər sistemidir. İnsan və bütövlükdə cəmiyyətin yaşaması üçün onlar ət-
raf aləm haqqında müəyyən biliklərə malik olmalıdırlar. Bunsuz istehsal prosesini
həyata keçirmək mümkün deyil. Odur ki, cəmiyyət elmsiz, biliksiz, yaşaya bilməz.
İctimai fikrin digər formaları kimi elmi də hər hansı bir millət, bir xalq və yaxud da
bir insan nəsli yaratmamışdır. O, tarix boyu bütün bəşəriyyət tərəfindən,
bütün
xalqların alimləri tərəfindən yaradılmış və inkişaf etdirilmişdir.
Cəmiyyət həyatında onun rolundan danışdıqda onun yerinə yetirdiyi üç qrup
sosial funksiyanı xüsusi qeyd etmək lazımdır: birincisi, mədəni-dünyagörüşü funk-
siyası, ikincisi, elmin bilavasitə məhsuldar qüvvə olması və üçüncüsü, ictimai inki-
şafda meydana gələn müxtəlif problemlərin həllində ondan geniş istifadə olunması-
dır.
Dostları ilə paylaş: