Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə265/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   261   262   263   264   265   266   267   268   ...   307
333 felsefe muhazireler toplusu eyani

ur, ideologiya
və 
ictimai psixologiya
təşkil edir. Bəzi fəlsəfi ədəbiyyatlarda bunla-
rı ictimai şüurun səviyyələri kimi də səciyyələndirirlər. 
Adi şüur 
insanların gündəlik praktiki həyat fəaliyyətindən meydana gələn ide-
yalar, təsəvvürlər və baxışların məcmusudur. İnsanların gündəlik həyat fəaliyyəti 
nəticəsində meydana gələn adi şüuru fərdi şüurla eyniləşdirmək olmaz. Çünki adi 
şüurun başlanğıc nöqtəsi təkcə ayrı-ayrı şəxslər deyil, həm də böyük sosial qruplar-
dır. O özündə bilavasitə empirik təcrübəni və biliyi, cəmiyyətdəki əxlaq normaları-
nı, təbiət haqqında və öz sosial vəziyyəti haqqında kortəbii təsəvvürləri birləşdirir. 
Adi şüurun sosial-psixoloji cəhətləri cəmiyyətdəki sosial şəraitin təsiri altında for-
malaşır və dəyişir. 
Nəzəri şüur 
adi şüurun mühüm əlaqələrinin və qanunauyğunluqlarının inikası 
olaraq, öz ifadəsini elmdə və başqa şüur formalarında tapır. Adi və nəzəri şüurun 
belə bölgüsü müəyyən psixoloji müqəddəm şərtlərə əsaslanır. Belə ki, insanın şüu-


289
runda adi "həyati" anlayışlar onun gündəlik həyat fəaliyyətində yaranır. Elmi anla-
yışlar isə "həyati" bazaya malik olmasına baxmayaraq, özünün formalaşması, tə-
şəkkül tapması üçün xüsusi təlim, müəllimlə, kitablarla ünsiyyət tələb edir. O həm 
də alimlərin tədqiqatları, kəşfləri, incəsənət xadimlərinin və s. fəaliyyəti nəticəsində 
formalaşır. 
Real həyatda nəzəri və adi şüur bir-biri ilə üzvü surətdə bağlıdır. Lakin fəlsəfi 
analiz üçün şüurun bu səviyyələrinin tədqiqi ayrı-ayrılıqda zəruridir. Nəzəri və adi 
şüur biri-birini əvəz edə bilmir, lakin bir-birinə qarşılıqlı tə'sir göstərir, bir-birini 
zənginləşdirir. Nəzəri şüur adi şüuru formalaşdırmağa qadirdir. Nəzəri fikrin, elmin 
necə inkişaf etməsindən asılı olmayaraq, insanların gündəlik həyatında adi şüur hə-
mişə mövcuddur. Adi şüurun mövqeyindən istənilən sosial proseslər və təbiət hadi-
sələri haqqında mühakimə yürüdə bilərik, lakin o heç də həmişə obyektiv və düz-
gün olmur. Çünki adi şüurun imkanları empirik ümumiləşdirmələrlə məhdudlaşır. 
İctimai-iqtisadi münasibətlər, insanların sosial həyat şəraiti, onların gündəlik 
fəaliyyəti və toplanan təcrübəsi insan psixikasında müəyyən hisslər, əhval-ruhiyyə, 
fikirlər, arzular, vərdişlər şəklində əks olunur. Bütün bunlar ictimai psixologiyanı 
təşkil edir. 
İctimai psixologiya, əsasən, insanların sosial varlığının, onların yaşadığı və 
fəaliyyət göstərdiyi şəraitin təsiri altında formalaşır. O, ümumiləşdirilmiş baxışlar 
sistemi şəklində meydana çıxmır, mühakimələrdə, emosiyalarda, hisslərdə, əhval-
ruhiyyələrdə, iradə aktlarında və i.a. təzahür edir. İctimai psixologiya sadəcə olaraq 
insanların ideya və baxışlarının nəzəri ifadəsi deyil, o, empirik xarakter daşıyır, bu-
rada intellektual ünsürlər emosional cəhətlərlə çulğalaşır. İctimai psixologiya in-
sanların adi şüuru ilə sıx bağlı olub əslində onun bir hissəsini təşkil edir. 
İctimai psixologiyanın mühüm təzahürlərindən biri sinifli cəmiyyətdə onun 
hansı sinfə, sosial qrupa məxsusluğudur. Bundan əlavə hər hansı millətin, xalqın və 
ya professional qrupun və kollektivin psixologiyası mövcuddur. İqtisadi münasibət-
lərdə baş verən dəyişikliklər insan psixologiyasında avtomatik olaraq dərhal əks 
olunur. Amma uzun müddət davam edən gərgin bir proses olaraq, köhnə stereotip-
lərdən azad olmaqla bağlıdır. Lakin bu proses cəmiyyətdə birmənalı qəbul olun-
mur. Buradan belə nəticəyə gəlmək olar ki, ictimai psixologiya nisbətən sabit hadi-
sədir, belə ki, ictimai varlığın dəyişməsi ilə insanların psixologiyası dərhal dəyiş-
mir.
Hər hansı bir ölkənin, millətin tarixinə aid olan xüsusiyyətlər bu ölkədə yaşa-
yan bütün əhalinin, onun bütün zümrələrinin psixologiyasına öz təsirini göstərir. 
Bəzən milli psixologiya nəzərə alınmadan aparılan sosial-iqtisadi və milli siyasət 
öz neqativ nəticələri ilə qarşılaşmalı olur. 
Millətin psixik cəhətləri, onun ayrı-ayrı təbəqələrinin məişət və əxlaqının xüsu-
siyyətləri onun tarixən yaranmış estetik zövqünü ifadə edən incəsənətdə də təzahür 
edir. 
İctimai şüurun yüksək səviyyəsi olan

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin