Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Bununla əlaqədar iki məsələ daha  çox mübahisə doğurur: Birinci insanın öz həyatına qəsd etməsi, intihar etməsidir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə262/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   258   259   260   261   262   263   264   265   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
Bununla əlaqədar iki məsələ daha 
çox mübahisə doğurur: Birinci insanın öz həyatına qəsd etməsi, intihar etməsidir.
 
Qeyd edək ki, hətta dində də bu hərəkət pislənilir və göstərilir ki, öz həyatına qəsd 
edən adamı ümumi qəbiristanlıqda basdırmaq günahdır, ikinci məsələ, uzun müd-
dət yatan ölümə məhkum olan, xəstəlik dövründə əziyyət çəkən adamın həyatına 
müdaxilə edərək, onun ölümünü sürətləndirməklə (evtanaziya) bağlıdır. Təsadüfi 
deyildir ki, hazırda 
evtanaziya 
(ağrısız, sakit əziyyətsiz ölmək mənasını bildirir) 
problemi geniş müzakirə edilməkdədir. Burada belə suala cavab vermək əsas yer 
tutur: evtanaziyaya mənəvi cəhətdən haqq qazandırmaq olarmı və əgər olarsa, onu 
necə qanuniləşdirmək lazımdır? Bu suala cavab verərkən alimlər və praktiki tibb iş-
çiləri iki mövqeyə ayrılır: a) antipaternalizm (insan həyatını ictimai mənafelərə və 
dövlət mənafeyinə tabe edən baxış) mövqeyində duranlar belə edirlər ki, ağır xəstə-


286
liyə düçar olan insan öz bədəninin tədricən əriyib getdiyini hiss edir, çox böyük fi-
ziki sarsıntılar keçirir. Bundan əlavə o, öz qohumla yaxınları üçün də ağır yük ol-
duğunu başa
 
düşür.
 
Bu şəraitdə insanı ölməyə qoymamaq doğru deyildir və belə 
halda evtanaziya tətbiqi qadağan edilməməlidir. b) Digər bir nöqteyi-nəzərin-
pa-
ternalizmin 
münasibəti isə belədir ki, insanı həyatdan məhrum etməyə haqq qa-
zandırıla
 
bilməz. Buna görə də evtanaziyaya yol vermək olmaz. Onlar öz fikirlərini 
aşağıdakı səbəblərlə əsaslandırmağa çalışırlar: əvvəla, insan
 
həyatı müqəddəs və to-
xunulmazdır. Digər tərəfdən, evtanaziya buna görə edilməməlidir ki, bu halda hə-
kim tərəfindən xəstənin ailə üzvləri və qohumları
 
tərəfindən vərəsəlik mənafeyi 
üzündə istifadə hallarına yol verilə bilər. Nəhayət evtanaziya "çıxmayan cana ümid 
çoxdur" prinsipi ilə bir araya sığmır. Yəni uzun müddət xəstəlik keçirən bir adam
 
sağalıb normal həyata qayıda bilər. 
Həyatın mənası onu ağılla yaşamaqdadır. İnsanda zəkanın, ağlın böyük rolunu 
qeyd edən Helvetsi yazırdı: "Ey ağıl, səninlə insan zindanda da azaddır. Sən elə 
xoşbəxtliyin özüsən". 
Müasir dövrdə həyat və ölüm haqqında fəlsəfi düşüncələr təkcə praktiki məna 
kəsb etmir. O, həm də insanı öyrənən konkret elmlər üçün zəruridir.
 
Fəlsəfə öyrədir 
ki, insan bu məsələlərə mərdliklə yanaşmalıdır. Vaxtı çatmış ölümü öz həyatının 
tərkib hissəsi kimi qəbul etməli, ondan qorxmamalıdır. Vaxtilə Epikür göstərirdi ki, 
ölümdən qorxmaq lazım deyildir. Çünki nə qədər biz yaşayırıq, ölüm yoxdur. 
Ölüm gələndə isə biz olmayacağıq. 
Fəlsəfə həyatın mənasını humanizm mövqeyindən müəyyən edir. Burada
 
fərdi 
və ictimai ölçülər ayrılmaz vəhdətdədir. İnsanın həyat idealında təbii-bioloji ilə so-
sial, ölüm və ölməzlik qarşılıqlı təsirdə çıxış edir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin