F FATALİZM - [fatalis – tale, qismət] – anti-dialektik dünyagörüşü konsepsiya-
sı. Hər şeyin alın yazısına əsasən əvvəlcədən təyin olunmuş olduğuna, insanın bu
əvvəlcədən müəyyən olunmuş olan alın yazısını dəyişdirə bilməyəcəyinə inanan
dünyagörüşü. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, ya-
radıcılığa imkan verməyən zərurətə tabedir və əzəldən müəyyən edilmişdir.
FENOMEN – ümumiyyətlə hisslərlə dərk edilən hər şey. Hadisə olan, zahir
olan, yaxud müşahidəsi mümkün olan, idrak edilə bilən, mövcud olana müqabil gö-
rünən şey.
Fenomen – təcrübədə bizə verilmiş, hisslərin köməyi ilə dərk olunan ha-
disəni ifadə edən anlayış. Fenomenalizm – idrak haqqında təlim; duyğuların bilava-
sitə idrakın obyektindən ibarət olması tezisini əsas tutur.
FENOMONEOLOGİYA – təzahürlər haqqında təlim, əslində fenomenologi-
ya. Yunanca Phainomenon – görüntü, təzahür, logos – təlim, doktrina. Husserd və
şagirdləri tərəfindən [L.Landqrebe, E.Fink və b.] əsaslandırılmış və müasir fəlsəfə-
yə təsir göstərmiş subyektiv idealist cərəyan.
FETİŞİZM (cadugərlik) – maddi şeylərə səciyyəvi sosial keyfiyyətlər aid
edən, mədəniyyətin yaratdığı xassələri isə təbiətə aid bir şey kimi nəzərdən keçirən
ictimai [iqtisadi, ideoloji və i. a.] münasibət və buna uyğun baxış.
FİDEİZM – elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiə-
sində istifadəyə çalışan mürtəce təlim. Fideizm – inanma, möminlik: Məlumatı ila-
hi vəhyə və imana dayandıran fəlsəfi görüş. Daha çox irrasional bilikləri və infor-
masiyanı əsaslandırmaq üçündür. Fideistlərə görə insanın qəbul etdiyi rasional bi-
liklərə irrasional biliklər də daxil edilməlidir. Bu səbəbdən
v ə hy ilahi biliyi təmsil
edir və bizə həm bilmədiyimiz həm də əldə edilməsi qeyri-mümkün olan məlumat-
ları çatdırır.
FUNKSİYA – Mövcud münasibətlər sistemində hər hansı bir obyektin xassə-
lərinin xarici təzahürü; məs., orqanizmdə hiss orqanlarının funksiyaları, pulun
funksiyaları, cəmiyyətdə dövlətin funksiyaları və i.a.
FUTUROLOGİYA [lat. futurum – gələcək, logos – təlim, söz] – bəşəriyyətin
gələcəyi haqqında təsəvvürlər, sosial proseslər perspektivlərini əhatə edən biliklər
sahəsi.