312
obyektiv [sözlərin qrammatik mənaları və tarixən şərtlənmiş variantları] və subyek-
tiv [müəlliflərin niyyəti] əsaslarına görə mənasını müəyyən etmək olan şərh məha-
rəti nəzəriyyəsi.
HERUSTİKA
-əslən yunan mənşəlidir heuruskein – tapmaq, ortaya çıxarmaq
deməkdir. Fəlsəfədə herustika nəyisə, hansısa metodu tapıb ortaya çıxarmaq məna-
sında işlədilir.
HƏYAT
– cansız maddədən və ruhi varlıqdan da ayrı olaraq canlıların [orqa-
nizmlərin] varlıq forması və varlıq məkanı. Canlıların ən birinci xüsusiyyəti. Əla-
mətləri öz-özünə böyümə, inkişaf, dəyişmə, çevrilmə, təsir etmə, təsirlənmə, artıb
çoxalmaq. Lakin elm və texnologiyanın ən modern imkanları ilə belə canlılar ilə
cansızları ayırd etmək mümkün deyildir. Misal üçün viruslar ən aşağı dərəcədəki
canlı varlıqlar, yoxsa kimyəvi maddədən ibarət olduğunu sübut etmək mümkün ol-
mamışdır. Həyat bir növ ölümün antonimi mənasında da işlənir. Materiyanın hərə-
kət forması; fiziki və kimyəvi hərəkət formalarına nisbətən keyfiyyətcə yüksək və
onları ―”bərtərəf” olunmuş formada özündə ehtiva edən forması.
Dostları ilə paylaş: