314
nöqsanlarını aradan qaldırmağa, həmin cəmiyyətin əxlaq, siyasət və məişətini xe-
yirxahlıq, ədalət ideyalarının, elmi biliklərin, yayılması yolu ilə dəyişdirməyə çalış-
mışlar.
MATERİALİZM
[lat. materialis – maddi, real] – Bu fəlsəfi təlimə görə mate-
riya (obyektiv reallıq) ruha münasibətdə birincidir. idealizmə əks elmi fəlsəfi cərə-
yandır.
MATERİYA
– Dekarta görə maddə məkan tutan hər şeydir. Materiya ruhun
əksidir. Maddi olanlar ruhi və mənəvi olanlarla eyni mahiyyətdən deyil. İnsan şüu-
rundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurda inikas etdi-
rilən obyektiv reallıq.
MAHİYYƏT
- Əsas xüsusiyyət, təməl əsas, mövcud şeyin mənası, bütün di-
gər şeylərdən, bu və ya digər şəraitin təsiri altında şeyin dəyişkən vəziyyətlərdən
fərqli öz-özlüyündə mövcud olan.
MEDİTASİYA
[lat. meditatio – fikirləşmə, düşünmə] – məqsədi insan psixi-
kasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət.
METAQALAKTİKA
[hərfi mənada ―qalaktikadan kənarda olan] – mlrd.-
larla qalaktikaların daxil olduğu kosmik sistem.
METANƏZƏRİYYƏ
– Tədqiqat predmeti hər hansı digər nəzəriyyə olan nə-
zəriyyə.
METAFİZİKA (təbiətdən əvvəlki)
- Varlığın son təməlləri, özü və anlamı
haqqında təlimlər. Termin e.ə. I əsrdə Aristotelin fəlsəfi irsinin bir hissəsini göstər-
mək üçün meydana gəlmişdir.
METOD
[yun. Methods; osm. tr. usul] – bir qayəyə çatmaq üçün izlənilən, tu-
tulan yol. Elmlərdə müəyyən bir nəticəyə qovuşmaq üçün gedilən yol.
METODOLOGİYA
-xüsusilə fəlsəfə və elm sahəsində metod araşdırmaq və
yeni üsullar əmələ gətirmək şərti ilə ideyaları inkişaf etdirən elm. Hər hansı elmdə
istifadə olunan idrak vasitələrinin, metodlarının, üsullarının məcmusu.
MƏKAN
– daxilində bir cismin ola biləcəyi yerlərin hamısını göstərən termin.
Bütün var olanları içərisində ehtiva etdiyi yer. Fəlsəfənin təməl anlamı olaraq daha
əvvəl Yunan atomistlərdə də vardır.
MİSTİSİZM
[– ruhi – mənəvi hal və tutum, naməlum qalan və üstüörtülü olan
məsələlər, İlahi müşahidə yolu ilə həqiqətlərə, yaxud Tanrıya qovuşma fəaliyyətlə-
ri. Mistisizm bəzən fövqəltəbii bir qüdrəti əldə etmək və işlərini bu qüdrətin sayə-
sində həyata keçirə bilmək üçün həqiqətlərin səbəblərini bilib ortaya çıxarmaq fəa-
liyyətləri kimi də xarakterizə edilir. İnsanın təbiət üstü aləmlə səmimi bir şəkildə
doğrudan doğruya əlaqə qurub birləşməsinin imkanına inanan, qaynağı ağıl və duy-
ğular olmayan üstün bir məlumat hiss gücü və vəcd yoluyla əldə etdiyinə inanan,
beləcə Allaha çatıldığını irəli sürən görüş.
Dostları ilə paylaş: