İLLUZİYA – gerçəkliyin təhrif olunmuş qavranılması. İllüziya göz aldadıcı,
olanı həqiqət kimi göstərməkdir. Gerçək bir obyektin duyğular üzərindəki hadisəni
səhv dəyərləndirilməsidir."İllüziya" latın sözüdür, mənası yanlış təsəvvür demək-
dir. İllüziya ilə məşğul olana illüzionist deyirlər. Dilimizdə bu termin
sehrbazl ı q ki-
mi da işlədilir. İllüzionist beynəlxalq termindir və dünyanın bütün ölkələrində bu
cür qəbul olunur. Bir aldadıcı haqqında əvvəlcədən məlumatımız olsa belə heç nə
dəyişmir, çünki gözlər yenə aldanır.
İMPRESSİONİZM – fəlsəfədə ancaq duyğu müşahidələri və hissləri həqiqi
olaraq qəbul edən fəlsəfi təlim.
İRADƏ - insanın bu və ya digər hərəkətlərinin yerinə yetirilməsinə doğru yö-
nəldilmiş şüurlu meyli.
İRRASİONAL – əqllə qavranıla bilməyən, əsassız, bəzən də ruhi, mənəvi
olanlara deyilir. Zəka ilə, təfəkkürlə dərk edilə bilməyən, məntiqi anlayışlarda ifadə
oluna bilməyən mənasını verən anlayış.
İSMAİLİLİK – şiəlikdə təriqət. VIII əsrdə Xilafətdə sinfi ziddiyyətlərin kəs-
kinləşməsi nəticəsində yaranmışdır. İsmaililik, İslami müxalifət hərəkəti olan Əli
tərəfdarlarının bir törəməsidir. Hz. Məhəmmədin ölümündən dərhal sonra, yeni di-
nin Batinilik tərəfdarı qrupu olan Hənifə, xəlifəliyə kürəkəni Əlinin seçilməsini is-
təmiş ancaq sünni əksəriyyətin qəbulu ilə Əbubəkr xəlifə seçilmişdir. Əli tərəfdar-
ları, Ömər və Osmanın xəlifəliyini də qəbul etməmiş, Əlinin qısa davamlı və daxili
qarşıdurmalarla keçən xəlifəlik dövründən sonra oğullarının qətli ilə, İslamiyyət
günümüzə qədər sürən bölünmə və qarşıdurmalara süründür-ülmüşdür. İsmaililik
də, Əlinin qırğından xilas olan nəvəsi Zeynalabdinin soyundan gələn Cəfər Sadiqin
oğlu İsmailin imamlığını qəbul edən qrupun təşkilatı olmuşdur.
İUDAİZM əsasən yəhudilər arasında yayılmış din. Qədim yəhudi tayfalarının
bütpərəstlik politeizmindən [çoxallahlılığın-dan] meydana gəlmiş İudaizm e.ə. VII
əsrdən başlayaraq monoteist dinə çevrilir. İudaizm islam və xristianlıq kimi səmavi
dinlərdən hesab olunur. İudaizm öz adını müqəddəs İudanın adından götürmüşdür.
İuda adını bəzi tədqiqtçılar Tanrı Yahovanın adı ilə eyniləşdirirlər.