P PANTEİZM [yun.pan - Hər şey və theos – allah] –Allah ilə aləmi bir və eyni
sayan fəlsəfi təlim. Bu fəlsəfi təlimə görə allah təbiətin hüdudlarından kənarda yer-
ləşməyib, onunla eyniyyət təşkil edən şəxssiz başlanğıcdır.
PERİPATETİZM – Aristotelin tərəfdarları və tələbələri. Aristotelin fəlsəfi
dərslərini və müzakirələrini ayaq üstə gəzinərək təlim etdiyinə görə belə bir ad gö-
türülmüşdü. Peri-patetikos piyada addımlamaq deməkdir. Ərəbcəyə də bu formada
tərcümə edilən terminin lüğəti mənası piyada gəzənlər deməkdir.
POZİTİVİZM – müsbət münasibət, təsdiqedici olma, etimad göstərmə. tədqi-
qatlarını aktlara, həqiqətlərə əsaslanan, metafizik açıqlamaları nəzəri olaraq imkan-
sız, qaydasız, hesabsız edən, təcrübə ilə isbatlanmayan, problemləri sözdə problem
olaraq xarakterizə edən fəlsəfi dünyagörüşü. Təcrübə ilə reallaşmamış olan hər şeyi
rədd edib, faktlardan və onlar arasındakı dəyişməyən münasibətlərdən hərəkət edə-
rək, real olmayan heç bir məlumat mövzusunu qəbul etməyən fəlsəfə məktəbi.
PLÜRALİZM – həqiqətin açıqlanmasında birdən çox prinsipin mövcud olma-
sını qəbul edən təlim, yəni fəlsəfədə həqiqətin növ-növ olduğunu, aləmi təşkil edən
varlıq və əşyanın tək bir prinsipə və ya qanuna çevrilməyəcəğini, bir çox reallıqla-
rın mövcud olduğunu qəbul edən görüş.
PARADİQMA [yun. Paradeigma – misal, nümunə] – məlum mərhələdə elmi
praktikada təcəssüm edən, konkret elmi tədqiqatı müəyyənləşdirən nəzəri və meto-
doloji ilkin şərtlərin məcmusu.
PARADOKSLAR [məntiqin və çoxluqlar nəzəriyyəsinin paradoksları] [yun.
Paradoxos – gözlənilməz] – mühakimənin məntiqi düzgünlüyü saxlanılmaqla məz-
munlu çoxluqlar nəzəriyyəsində və formal məntiqdə meydana gələn formal məntiqi
ziddiyyətlər.
PARAPSİXOLOGİYA [yun. Para – yanında, kənarında] – hiss orqanlarının
fəaliyyəti ilə izah oluna bilməyən hissiyyat formalarını, həmçinin canlı varlığın
əzələ səyi olmadan onu əhatə edən hadisələrə təsir formalarını öyrənən tədqiqat sa-
həsi.