319
zün,
ifadənin, qrammatik formanın mənası. Semiotikanın bölməsi.
SEMİOTİKA
[yun. Semeion – işarə, əlamət] – bildirmək, xəbər vermək məq-
sədilə istifadə edilən hər növ işarə sistemini və fəaliyyət prosesini tədqiq edən elm.
Ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formallaşdırılmış
dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn.
SENSUALİZM
[lat. sensus –
sözündən; hiss, duyğu] – Bütün məlumatların
sadəcə hisslərdən qaynaqlandığını, duyğu qavramalarına əsaslandığını
irəli sürən
təlim. Duyğunu idrakın yeganə mənbəyi kimi qəbul edən qnoseoloji təlim. Sensua-
lizm təlimini əsaslandıran filosof Lokk olmuşdur. Lokk iddia edirdi ki, daha əvvəl
hisslərdə heç bir şey anlıqda yoxdur. 2. Bütün ruhi hadisələri duyğulara geri qayta-
ran anlayış. 3. Əxlaq fəlsəfəsi baxımından həyatın mənasını hiss orqanlarında tapan
təlimlər.
Dostları ilə paylaş: