Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə302/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   299   300   301   302   303   304   305   306   307
333 felsefe muhazireler toplusu eyani

Ş 
 
ŞAMANİZM 
– ibtidai-icma quruluşunda bəzi xalqlarda yaranmış erkən din. 
Şamanın [kamın] ruhlarla ünsiyyətinə inama əsas-lanır. 
ŞEY
– hər hansı bir düşüncəni dilə gətirən naməlum termin. Həqiqi olan, şüu-
run xaricində öz başına var olan yeganə obyekt. Ümumiyyətlə qarşımızda olan, 
şüurun özünə yönəldiyi, özünə yönəldilən, düşünülüb hazırlanan şey. Şey – maddi 
aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir şey o biri şeydən özünün key-
fiyyət müəyyənliyi ilə fərqlənir. 
ŞƏRİƏT 
[ər. ―yönəltmək‖ qanun vermək] – müsəlman qanunlarının sistem-
ləşdirilmiş toplusu. Şəriətdə bütün qeyri-dini və dini problemlər islam baxımından 
işıqlandırılır; təsərrüfat həyatı, əxlaqi və etik normalar, adət, ənənə və bayramlar
qadağan olunmuş, bəyənilmiş, yaxud təqdirəlayiq hərəkətlər, hətta dindarın həyatı-
nın ən intim sahələrini də əhatə edən qayda və qanunlar islam dini baxımından va-
hid sistem şəklində birləşdirilmişdir. 
ŞÜUR
– 1. Insanın özü, yaşadıqları və dünya haqqındakı məlumatı. Bundan 
başqa düşünmək və özünü tanımaq qabiliyyəti. Fəlsəfi ensiklopediyada qeyd olu-
nur ki, şüur obyektiv gerçəkliyin yalnız insana xas yüksək formasıdır və insan tərə-
findən obyektiv aləmin və öz xüsusi varlığının başa düşülməsində, dərk edilmə-sin-
də fəal iştirak edən psixi proseslərin vəhdətindən ibarətdir. 
Şüursuzluq 
Səbəbi 
şüura hələ gəlib çatmamış [məs. müdafiə reaksiyası və s.] həmçinin şüur təbii və ya 
süni olaraq dayandırıldıqda [yaxud, hipnoz altında, möhkəm sərxoş olduqda, luna-
tizm zamanında və s. hallarda] avtomatik, qeyri-ixtiyari baş verən fəaliyyət. 

 
TABU 
[polineziya dilində] Qeyri-normal gücə sahib olan bir insan və ya söz 
tabu 
sayıla bilər. 
İbtidai xalqlarda: əfsanəvi etiqadlara, mövhumi təsəvvürə – zehniyyətlərə görə 
işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söy-
lənməsi qadağan olunmuş söz. Müasir dildə: senzura tərəfindən işlənməsi qadağan 
edilmiş söz, yaxud qaba, ədəbsiz sayıldığına görə işlənməsi qeyri-münasib hesab 
edilən söz. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin