324
siyyətcə müəyyənləşməmiş sırf var olma faktı.
VERBALİZM
– sözəbasma, sözlərlə oynama, Əsas məqsədi və məramı olma-
dan sözlər söyləmək. Yaxud da kiminsə bilmədiyi
mövzuda boşuna sözlər söylə-
yib, çərənçilik etməsi. Latın mənşəlidir. Fəlsəfədə verballıq hər şeydən danışıb əsas
məqsədin üzərinə gələ bilməməkdir.
VİTALİZM
[lat. vita – həyati] Baş verənləri fiziki, kimyəvi baxımdan deyil,
əksinə xüsusi bir həyatda qalma amalı, ideyası ilə açıqlayan fəlsəfi təlim. Bu görüş,
bütün üzvi fəaliyyətlər əhatə edir. Vitalizm həm animizmə və xüsusilə ruh ilə bə-
dən arasında vasitəçi bir güc qəbul etdiyi üçün Van Helmontun animizmi, digər tə-
rəfdən isə vəhdətlə və ya bioloji monizmlə əlaqələnir. Çünki
həyati qüvvət, nə müt-
ləq ağla uyğun, nə də mütləq əbədidir; beləcə təbiətin digər gücləri ilə eyni dəyərdə
sayıla bilər.
VOLYUNTARİZM
[lat. voluntas – iradə] – əqlə və biliyə deyil, əslində istə-
yə,
iradəyə üstünlük verən, mənəvi hadisələrin və bilik prosesinin əsasında əsas
olaraq iradəni görən fəlsəfi təlim. İdealist fəlsəfənin xüsusi cərəyanı, iradəni bütün
mövcudatın əsası hesab edir. Avqustin bütün ruhi qabiliyyətlərdə iradənin əsas ol-
duğunu önə çəkir. Duns
Skot isə belə hesab edirdi ki, istək təfəkkürdən üstündür.
Dostları ilə paylaş: