KAİNAT - ənənəvi anlayışda maddi aləm, maddi obyektlərin, materiyanın
keyfiyyətcə müxtəlif formalarının bütün məcmusu.
KATEQORİYA [yun. Kateqoria – özünəməxsusluq, hər hansı bir obyektə
yüklənən xüsusiyyət, əlamət] – Aristotelə görə kateqoriya var olanın üzərindəki də-
yişiklik formalardır və on kateqoriya mövcuddur. İnsanın aləmə münasibətinin ən
ümumi üsullarının anlayışlarda dərk edilməsi; təbiətin, cəmiyyətin və təfəkkürün
daha ümumi və mühüm xassələrinin, qanunlarının əks etdirilməsi.
KİBERNETİKA [yun. Kybernetike; kybernetes – idarəçi, idarə edən] – Əsa-
sını informatikanın təşkil etdiyi idarə-etmənin tədqiq edildiyi sahədir. Bir başqa de-
yimlə, geniş texnologiyaların tətbiq olunduğu, həyatı mexanikləşdirən, robotlaşdı-
ran sahə.
KOSMOQONİYA [yun. Kosmos – aləm, kainat, goneia – doğulma, yaranma]
– səma cisimləri və sistemlərinin mənşəyi və inkişafının öyrənən elm sahəsi.
KOSMOPOLİTİZM [yun. Kosmopolites – dünya vətəndaşı] – vətənpərvərlik
hisslərindən, milli mədəniyyət və ənənələrdən ―bəşər nəslinin birliyi naminə imti-
na edilməsinə çağıran təlim.
KOSMOS [yun. Kosmos - aləm, kainat] – kainat, bütövlükdə aləm və bir tam
kimi Yer, Günəş sistemi, bizim qalaktika və bütün qalaktikalarda daxil olmaqla hə-
rəkət edən materiyanın bütün məcmusu.
KREASİONİZM [lat. Creatio – yaradılma, yaratmaq] – dünyanın, canlı və
cansız təbiətin vahid yaradıcılıq əməli ilə xəlq olunması haqqında idealist təlim.
L LİBERALİZM [lat. Liberalis - azad bir adama yaraşan] – Hamı üçün fikir,
düşüncə azadlığı tanınmasının vacib olduğu görüşünü müdafiə edən, müstəqil
LİBİDO [lat. Libido – şövq, arzu, ehtiras, cəhd] – Freyd tərəfindən fəlsəfəyə,
psixoloji psixoanalitik ədəbiyyata gətirilmiş və seksual meyli, seksual ehtiras dərə-
cəsini, məhəbbət instinktini, psixi enerjini bildirən anlayış.
LOQOS [yun. legein – demək, danışmaq] – Yunan dilindəki ilkin mənası söz,
sonralar isə düşüncə, fikir, anlam, əql kimi mənaları da ehtiva etmişdir. İlk dəfə
Heraklitin təlimində dünyanın ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş
fəlsəfi termin.