Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Lametri (1709-1751),  Helvetsiy



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə87/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   307
333 felsefe muhazireler toplusu eyani

Lametri
(1709-1751), 
Helvetsiy
(1715-1771), 
Didro
(1713-1784), 
Holbax
(1723-1789) XVIII əsr mexaniki materializ-
minin inkişafında mühüm rol oynamışlar. Onlar materialist fəlsəfəni hər cür ilahiyyatçı 
əlavələrdən və sxolastik terminologiyadan təmizlədilər. Lakin bu materialistlər mexani-
kanın qanunlarını ən ümumi qanunlar səviyyəsinə qaldırır, bioloji və sosial hadisələri 
də bu qanunlarla izah edirdilər. Məsələn, 
Lametri
deyirdi ki, insan çox incəliklə qurul-
muş mexanizmlərdən ibarətdir, onu yalnız mexanikanın qanunlarına əsaslanmaqla öy-
rənmək olar. O belə güman edirdi ki, insan bədəninin mexanikasının tədqiqi insanın his-
si və zehni fəaliyyətinin də mahiyyətini açmağa kömək edə bilər. 
Helvetsi
"Ruh haqqında", "İnsan haqqında" əsərlərində göstərirdi ki, dünya öz tə-
biətinə görə maddidir, obyektiv surətdə mövcuddur. O, dünyanı hərəkətdə olan materiya 
kimi səciyyələndirmişdir. Filosof məkan və zamanı materiyanın mövcudluq formaları 
kimi başa düşürdü. 
Holbax
təliminə əsasən, materiya, təbiət hər şeyin səbəbidir, o öz-özlüyündə möv-
cuddur və əbədi olaraq mövcud olacaq, hərəkət edəcəkdir; materiyanın hərəkəti onun 
mövcudluğunun zəruri nəticəsidir. Biz təbiəti hərəkətsiz təsəvvür edə bilmərik. Hərə-
kət də materiya kimi əbədidir, sükunət isə nisbidir, müvəqqətidir. 
Fransız materialistləri göstərirdilər ki, bütün maddi cisimlər atomlardan, bölünməz 
və dəyişməz elementlərdən (Holbax) və ya molekullardan (Didro) ibarətdir. Onlar belə 
hesab edirdilər ki, materiyanın ilk əsas xassələri yer tutmadan, ağırlıqdan, formadan, 
hərəkətdən ibarətdir. Didro materiyanın ilk xassələri sırasına həssaslığı da daxil 
edirdi. Buna görə də onu hilozoist hesab edirdilər. 
Bütün bunlarla yanaşı, fransız malerialistlərinin bir sıra məhdud cəhətləri 
də olmuşdur. Onlar materiyanın hərəkət, formalarının müxtəlifliyini görə bil-
məmiş, hərəkəti cisimlərin məkan daxilində yerdəyişməsi kimi, yəni mexaniki 
hərəkət kimi səciyyələndirmişlər; təbiətin inkişafının aşağıdan yuxarıya doğru
irəliləyən hərəkət olduğunu başa düşə bilməmişlər; Fransız materialistləri dünya-
nın dərk edilənliyini birmənalı olaraq qəbul edirdilər. Lakin hissi idrakla rasio-
nal idrak arasındakı keyfiyyət
fərqlərini görə bilmirdilər, idrakda sensualist 
mövqe tuturdular. 
Yuxarıda göstərdiyimiz məhdudluqlara baxmayaraq, fransız materialistləri 
dünyaya materialist baxışın inkişafı tarixində mühüm rol oynamışlar. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin