Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Georgi Hegelin fəlsəfi sistemi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə95/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   307
333 felsefe muhazireler toplusu eyani

Georgi Hegelin fəlsəfi sistemi 
(1770-1831) klassik alman fəlsəfəsinin ən bö-
yük nümayəndəsi idi. Hegelin fəlsəfi təlimi obyektiv idealizm sisteminin və idealist 
dialektikanın inkişafının ən yüksək mərhələsi kimi qiymətləndirilməlidir. 
Hegelin əsas əsərləri bunlardır: "Ruhun fenomenologiyası", "Məntiq elmi", 
"Fəlsəfi elmlər ensiklopediyası", "Hüquq fəlsəfəsi", "Fəlsəfə tarixi üzrə mühazirə-
lər" və s. 
Bəşəriyyətin fəlsəfi təfəkkürünün inkişafı tarixində Hegelin ən böyük xidməti 


103
dünyanın dialektik anlayışını, gerçəkliyin öyrənilməsinə dialektikcəsinə yanaşma-
ğın prinsiplərini sistem halında işləyib hazırlamaqdan ibarətdir. Əlbəttə, Hegel dia-
lektikanın banisi deyildir. Dialektik fikirlər hələ qədim Şərq ölkələrində - Hindis-
tanda, Azərbaycanda meydana gəlmiş və Antik Yunanıstanda daha da inkişaf etdi-
rilmişdir. Lakin idealist əsaslar üzərində olsa da, Hegel tarixdə ilk dəfə olaraq alə-
min dialektik anlaşılması metodunu, dialektik məntiq sistemini, dialektik təfəkkür 
üsulunun əsas prinsiplərini işləyib hazırlamışdır. O, şeylərə metafizik baxışı əsaslı 
tənqid edərək, dialektikanin əsas qanunlarını formulə etmişdir. Lakin o, bir idealist 
kimi gerçəkliyin inkişafının qanunauyğunluqlarına materialistcəsinə yanaşa bilmə-
mişdi. 
Deməli, Hegel təliminin əsas məsələlərindən biri - inkişaf haqqında təlim olan 
dialektika və idrakın əzəmətinə dərin inam idi. 
Hegel obyektiv idealist idi. Onun fikrincə, bütün mövcudatın ilkin səbəbi 
"Mütləq ideya"dır. Bu ilkin ruhi başlanğıc guya insandan kənarda və ondan asılı ol-
mayaraq mövcuddur. O, cəmiyyətdəki bütün təzahürləri doğurur və müəyyən edir. 
Beləliklə, Hegel fəlsəfəsi dialektik idealizm sistemidir. Onun fikrincə, təfəkkür bü-
tün şeylərin daxili mahiyyətini təşkil edir. Hegel təfəkkürlə-əql, zəka ilə obyektiv 
gerçəkliyi eyniləşdirirdi. O belə bir fantastik nəticəyə gəlirdi ki, guya insana xas 
olan təfəkkür insandan kənarda mövcud olan Mütləq ideyanın təzahürlərindən biri-
dir. Hegel özü də bunu gizlətmədən deyirdi ki, bu "Mütləq ideya" Allah anlayışıdır. 
Lakin Hegel təlimindəki Allah-dinin ona şamil etdiyi insani keyfiyyətlərə malik de-
yildir. 
Hegelin "Mütləq ideya"sı, dinlərdə mövcud olan adi "Allah"dan fərqli olaraq, 
dünyaya hissi və emosional münasibətdən məhrumdur. Hegelin nəzərincə, Allah 
saf-xalis təfəkkürdür. Lakin bu təfəkkür fəal, yaradıcı fəaliyyət, meydana gəlmək 
və məhv olmaq, dəyişmək, yenidən yaranmaq, inkişaf etmək deməkdir. Hegel fəl-
səfəsində təfəkkür varlığı əks etdirmir, varlıq təfəkkürün, anlayışların, ideyaların 
təzahürüdür. 
Hegelin fəlsəfi sistemi aşağıdakı 3 hissədən ibarətdir:
1. Məntiq;
2. Təbiət fəlsəfəsi;
3. Ruh fəlsəfəsi. 
Məntiq Hegelin fəlsəfi sisteminin ən mühüm tərkib hissəsini təşkil edir. Bu 
hissənin şərhi onun "Məntiq elmi" əsərində verilmişdir. Burada dialektikanın əsas 
problemləri hərtərəfli araşdırılmışdır. Bu əsərdə dialektika bir inkişaf nəzəriyyəsi 
və gerçəkliyin dərk olunmasının elmi metodu kimi təhlil olunur. Hegel göstərirdi 
ki, məntiq elminin məşğul olduğu təfəkkür qanunları bütün varlığın - həm təbiətin, 
həm bəşər tarixinin, həm də idrakın əsas qanunlarıdır. 
Hegelə qədər məntiq təfəkkürün subyektiv (insana xas) formaları haqqında elm 
kimi qəbul olunurdu. Hegel məntiq elmi qarşısında idrakın inkişafının ən ümumi 
qanunauyğunluqlarının tədqiqi məsələsini qoymuşdu. Bununla birlikdə o, təfəkkü-
rün elementar forma və qanunları haqqında elm olan formal məntiqin də zəruriliyi-
ni inkar etmirdi. Formal məntiqdən fərqli olaraq, o, dialektik məntiqi bütün şeylərin 


104
mahiyyəti haqqında elm adlandırırdı. Elə buna görə də o, "Məntiq elmi" əsərində 
formal məntiqin heç vaxt məşğul olmadığı məsələləri qaldırmışdır. 
Məntiq elmi üçün mühüm problemlər olan anlayış, mühakimə, əqli nəticə kimi 
məsələlərdən başqa, Hegel məntiq təlimində gerçəkliyin özünün qanunauyğunluq-
ları, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, fəlsəfi kateqoriya-
ların münasibəti, mexaniki, kimyəvi hərəkətlərin və digər proseslərin təbiəti haq-
qında məsələləri də ətraflı araşdırmışdır. Buna görə də məntiq elminin məşğul ol-
duğu problemlərin zənginləşdirilməsi, yeni, dialektik məntiqin zəruriliyi məsələsi-
nin irəli sürülməsi Hegelin mühüm tarixi xidməti hesab edilməlidir. O, özünün 
"Məntiq elmi" əsərində varlıq, heçlik, təşəkkül-tapma
keyfiyyət, kəmiyyət, ölçü, 
mahiyyət, eynilik, fərq, ziddiyyət, zərurət və təsadüf, imkan və gerçəklik kimi ümu-
mi anlayışları hərtərəfli araşdırmışdır. O göstərmişdir ki, bütün bunlar bir-biri ilə 
əlaqədardır və idrakın müxtəlif pillələrini əks etdirirlər. 
Hegel sisteminin 2-ci hissəsini təbiət fəlsəfəsi təşkil edir. Hegelə görə, təbiət 
fəlsəfəsi qeyri-varlıq, yəni təbiət formasında olan ideyalar haqqında təlimdir. Onun 
fikrincə, təbiət başqa formaya girmiş ideyadır. Onun nöqteyi-nəzərincə, "Mütləq 
ideya"nın təbiətdə əsas təzahürləri mexanika, fizika və orqanikadan ibarətdir. Ona 
görə də Hegel təbiət fəlsəfəsini 3 hissəyə bölmüşdür: birinci hissə mexanika adla-
nır. Burada Hegel məkan, zaman, materiya, hərəkət, ümumdünya cazibəsi məsələ-
lərini araşdırır. 
Fizika hissəsində Hegel səma cisimlərini, işığı, istiliyi, kimyəvi prosesləri və s. 
araşdırır və bu proseslər arasındakı əlaqələri açıb göstərməyə çalışırdı. 
Təbiət fəlsəfəsinin 3-cü hissəsi olan orqanika - geologiya, botanika və zoologi-
ya məsələlərinə həsr edilmişdir. 
Hegelin sisteminin 3-cü hissəsi ruh fəlsəfəsi adlanır. Burada "Mütləq ideya"nın 
inkişafının yekun mərhələsi araşdırılır. Bu mərhələdə "Mütləq ideya" təbiəti tərk 
edir, "Mütləq ruh" kimi öz-özünə qayıdır. Hegelin ruh fəlsəfəsinin əsasını fərdi və 
ictimai şüurun inkişafı, ümumiiyyətlə, bəşəriyyətin əqli inkişafı haqqında idealist 
təlim təşkil edir. 
Ruh fəlsəfəsində Hegel ümumdünya tarixini üç əsas dövrə bölür: Şərq dövrü; 
Antik dövrü; Alman dövrü. 
Hegelin fikrincə, Şərq dünyasında insan hələ dərk etmirdi ki, azadlıq onun ma-
hiyyətidir. Ona görə də, burada hamı quldur. Antik dünyada (Qədim Yunanıstan və 
Roma) bəziləri artıq başa düşürdülər ki, azadlıq onların mahiyyətini təşkil edir. Ona 
görə də Şərq dünyasından fərqli olaraq, onlar "azadlıqlıdırlar". Nəhayət, Hegelin 
nəzərincə, alman və ya xristian dünyasında hamı özünün mənəvi mahiyyətini dərk 
edir və buna görə də burada hamı azaddır.
Hegelin fəlsəfi təliminin əsas müddəalarının şərhi göstərir ki, Hegel fəlsəfəsin-
də metod və sistem üzvi surətdə bir-biri ilə bağlı olsa da, onlar arasında həll olun-
maz ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər aşağıdakılardan ibarətdir: 
1. 
Hegel öz fəlsəfi sistemini "Mütləq ideya"nın öz mahiyyətini dərk etməsi 
prosesinin sona yetməsi, dünyəvi əqli inkişafın sonuncu pilləsi kimi qiymətləndirir-
di. Bu isə dialektikaya ziddir. 


105
2. 
Hegelin dialektik metodu inkişafın hər yerdə olduğunu, onun ümumi xarak-
terini göstərir, onun fəlsəfi sistemi isə bunu inkar edir. 
3. 
Hegel dialektikası inkişafa hüdud qoymur; onun fəlsəfi sistemi isə istər tə-
fəkkürün, idrakın , istərsə də cəmiyyətin inkişafına hədd qoyur. O, belə hesab edir-
di ki, konstitusiyalı monarxiyanın bərqərar olması ilə Almaniya ən yüksək inkişaf 
zirvəsinə çatıb. Onun fikrincə, Alman dövləti ən mükəmməl siyasi formadır, alman 
cəmiyyəti tarixi inkişafın tacıdır və bundan yüksəyə qalxmaq mümkün deyildir". 
Bütün bunlara baxmayaraq Hegelin dialektikası bəşəriyyətin fəlsəfi fikir tari-
xində irəliyə doğru atılan mühüm bir addım idi. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin