Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


İ. Fixtenin subyektiv idealizmi və F.Şellinqin obyektiv idealizmi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə93/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   307
333 felsefe muhazireler toplusu eyani

İ. Fixtenin subyektiv idealizmi və F.Şellinqin obyektiv idealizmi.
Kantdan 
sonra klassik alman fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də 
İohann Qot-
lib Fixtedir 
(1762-1814). Kantın təsiri altında Fixtenin yazdığı əsas əsərlər bunlar-
dır: "Elmi təlim" (1794), "Alimin vəzifəsi barədə" (1794), "İnsanın vəzifəsi" 
(1800), "Qapalı ticarət dövləti" (1800) və s. Fixte Kantın ardıcılı kimi fəaliyyətə 
başlamış, lakin sonralar onun "şey özündələr" təliminin əleyhinə çıxmışdır. 
Fixte fəlsəfəsinin çıxış nöqtəsini insan - "Mən"i anlayışı təşkil edir. Onun təli-
minə görə, mütləq insan "Mən"i və ya mütləq subyekt ilkin, müəyyənedici reallıq-
dır. Əgər Kant "Mən"i idrak prosesində obyektə münasibəti baxımından araşdırırdı-
sa, Fixte onu yeganə reallıq, hər şeyə qadir yaradıcı qüvvə kimi qəbul edirdi. O, bü-
tün gerçək aləmi mütləq subyektin törəməsi hesab edir, faktiki olaraq subyektdən 
asılı olmayan heç bir şeyi qəbul etmirdi. Fixtenin "Mən"i əslində təbiətdən təcrid 
edilmiş və başqa don geydirilmiş ruhdur. O özünün bu idealist sistemini elmi təlim 
adlandırmışdır. Fixtenin həmin təliminə görə, bütün gerçəklik iki növ reallıqdan 
ibarətdir: 1) Özü özünü yaradan reallıq - bu "Mən" reallığıdır. 2) "Qeyri-Mən" real-
lığıdır. Bu reallıq "Mən" tərəfindən yaradılmışdır və tamamilə ondan asılıdır. Fixte 
birincini daxili reallıq, ikincini isə xarici reallıq adlandırmışdır. Göründüyü kimi
Fixte fəlsəfəsində maddi aləm mənəvidən, obyektiv aləm isə subyektiv aləmdən ha-
sil edilir. 
Bununla birlikdə Fixtenin tə"limində həm də idealist dialektikanın elementləri-
ni müşahidə edirik. Belə dialektik ideyalardan aşağıdakıları göstərmək olar: hərə-
kətdə olan subyekt və onun şüurunun fəallığının qeyd olunması; "Mən" və "Qeyri-
Mən" əksliklərinin, subyektiv olanla obyektiv olanın ziddiyyətli vəhdəti; şüurun in-
kişafının inkarı inkar prosesi kimi başa düşülməsi və onun üç mərhələsinin tezis
antitezis və sintez kimi izah edilməsi; qarşılıqlı hərəkət, "səbəb" və "nəticə", "son-
lu" və "sonsuz", "hissə" və "bütöv" kimi kateqoriyaların dialektikcəsinə şərhi. Fixte 
özünün dialektik fikirləri ilə bir çox müasirlərinə böyük təsir göstərmişdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin