110
bəyidir. Allah gücdür, O həqiqətdir, əbədidir. Qandi dəfələrlə demişdir ki, insan zə-
kası Allahın mahiyyətini dərk edə bilməz.
Qandinin əxlaq təlimi, özünün dediyinə görə, insanın mənəvi kamilliyə çatma-
sı yollarını və vasitələrini göstərir.
Məhəbbət və mərhəmət, Qandiyə görə,
bütün in-
san münasibətlərinin əsasında durmalıdır, nifrət isə həyatdan tamamilə kənar edil-
məlidir.
Qandi azadlığa dinc vasitələr ilə çatmaq tərəfdarı olmaqla qeyri-zorakı üsulları
mütləqləşdirirdi. O, yazırdı: “qeyri-zorakılıq bəşəriyyətin xidmətində olan çox böyük
qüvvədir. O, insan dühasının yaratdığı ən güclü dağıdıcı silahdan daha güclüdür”.
Qandi üçün qeyri-zorakılıq təkcə üsul deyil, həm də ideal idi. Qandinin bütün
müddəaları bu və ya digər dərəcədə qeyri-zorakılıq konsepsiyası ilə əlaqədə olmuş-
dur. O, “həyat, şəxsiyyət və mülkiyyət üzərində zorakılıq olmayan” bir dünya qur-
mağı arzu edirdi.
Qandi Qərb sivilizasiyasını kəskin şəkildə tənqid edirdi. Bu tənqid milli azad-
lıq ideyaları ilə müşahiyyət edilir. O, imperializmi “Qərb dünyasının ən ağır güna-
hı” hesab edirdi.
Qandi göstərirdi ki, sivilizasiya şəxsiyyətin əxlaqi inkişafına nə
dərəcədə kömək etməsi və ya mane olması ilə qiymətləndirilməlidir.
Qandi dövlətə ümumiyyətlə mənfi münasibət bəsləyirdi. Onun fikrincə dövlət
bir sinfin başqa sinif üzərində hökmranlığıdır.
Qandi xalqları sülhə və əməkdaşlığa çağırırdı. Müharibəni ittiham etmək onun
qeyri-zorakılıq konsepsiyasının məntiqi nəticəsi idi. O, deyirdi: “Mən inanıram ki,
hər hansı müharibə, əlbəttə şər işidir”, lakin hansı tərəfin işi ədalətlidirsə, o tərəfi
mən mənəvi cəhətdən müdafiə edirəm."
Dostları ilə paylaş: