Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Ərəb ölkələrində sosial-siyasi və fəlsəfi fikir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə99/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   307
333 felsefe muhazireler toplusu eyani

Ərəb ölkələrində sosial-siyasi və fəlsəfi fikir. 
XIX əsrin axırı - XX əsrin əv-
vəllərində bir çox ərəb ölkələrində, xüsusən Misirdə islahatçılıq hərəkatı geniş ya-
yılmışdı. Ərəb islahatçıları öz qarşılarına, əlbəttə, dini ehkamlar sistemi kimi islamı 
düzəltmək və yaxud islah etmək məqsədi qoymurdular. 
Məhəmməd Abdo, Abd-ər-
Rəhman, əl-Kəvakibi, Rəşid Rida, Abdullah Nedim
və başqaları “mömin sələflə-
rimiz”in yoluna dönməyə, islamı sonradan edilmiş əlavələrdən təmizləməyə çağırır-
dılar. 
Məhəmməd Abdo
(1849-1905) deyirdi ki, müsəlmanlar yalnız Allahın iradəsi-
nə tabe olmalıdır, kiminsə dini hakimiyyətə sahib olmasını, Allah ilə insanlar arasın-
da vasitəçi olmasını rədd edirdi. 
Məhəmməd
 
Rəşid Rida
 
(1865-1935) xilafətin yenidən dirçədilməsi zərurətini 
sübut etməyə çalışırdı. 
Əli Əbdül Razaq
 
(1888-1966) isə xilafətin ümumiyyətlə islam dininə heç bir 
aidiyyəti olmadığı fikrində idi. “İslam və hakimiyyətin əsasları” kitabında deyirdi 
ki, Quranda dövlət və yaxud idarə forması kimi xilafət haqqında heç nə deyilmir. 
Bir sıra ərəb ölkələrinin siyasətində islam çox vaxt milli özəlliyin rəmzi kimi 
çıxış edir. Bununla yanaşı ərəb ölkələrinin bir çoxunda həm də milliyyətçiliyi islama 
zidd olan nəzəriyyə kimi inkar edən müsəlman maksimalistləri fəaliyyət göstərirlər. 
Onlar milliyyətçiliyi mahiyyət etibarilə milli eqoizmin təzahürü sayır, elə buna görə 
də onu korrupsiyaya, mənəvi pozğunluğa gətirən bir sosial bəla hesab edirlər. Maksi-
malistlərin dediyinə görə islam bütün insanların bərabərliyini, millətçilik isə onların 
müxtəlifliyini irəli sürür. 
Beləliklə, ərəb ölkələrində mənəvi irs haqqında danışarkən, üç mövqeyi ayırmaq 
olar: 
ə
n
ə
n
ə
çil
ə
r, islam daxilind
ə
 islahatç
ı
lar, q
ə
rbçil
ə
r.
Ənənəçilərin fikrincə orta əsrlərin böyük ərəb filosofları əl-Kindi, əl-Ərəbi, İbn 
Rüşd və başqalarının yaradıcılığı fəlsəfənin zirvəsi olmuş və Qərb fəlsəfəsinin inkişa-
fına həlledici təsir göstərmişdir. Ərəb ölkələrində fəlsəfə, onların dediyinə görə Qər-
bin yardımı olmadan meydana gəlib. Məsələn, Misir filosofu 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin