Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Lüdviq Feyerbaxın antropoloji materializmi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə96/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   307
333 felsefe muhazireler toplusu eyani

Lüdviq Feyerbaxın antropoloji materializmi
. Klassik alman fəlsəfəsinin so-
nuncu böyük nümayəndəsi Lüdviq Feyerbax
 
(1804-1872) idi. Onun tarixi xidməti 
XVIII əsr materializminin mütərəqqi ənənələrini dirçəldib inkişaf etdirməsi, öz 
dövrü üçün böyük əhəmiyyət kəsb edən antropoloji təlimi yaratması olmuşdur. O, 
gənc ikən Hegelin obyektiv idealizminin təsiri altında idi. Bu onun "Vahid, univer-
sal və sonsuz zəka haqqında" adlı namizədlik dissertasiyasından da aydın görünür. 
Sonralar Feyerbax Hegel fəlsəfəsindən uzaqlaşır, onun idealizmindən imtina edir. 
"Hegel fəlsəfəsinin tənqidinə dair" əsərində o, artıq materializm mövqelərində du-
rurdu. 1841-ci ildə Feyerbaxın "Xristianlığın mahiyyəti" adlı əsəri dərc edilmişdi. 
Bu kitab o zaman çox böyük əks-sədaya səbəb olmuş, "qaranlıqdakı şimşək kimi 
parlamışdır". 
Feyerbax özünün bu əsərləri ilə XIX əsrin birinci onilliklərində Hegel idealiz-
mini sıxışdıraraq materializmi bərpa etmişdir. Həmin illərdə Feyerbax metafizik 
materializmin görkəmli nümayəndəsi kimi çıxış edirdi. Onun materializmi antropo-
loji materializm idi. Bu fəlsəfənin çıxış nöqtəsində insan dayanır. O, insanı təbii-
bioloji varlıq kimi xarakterizə edir, sübut etməyə çalışırdı ki, insanın bədəni (cis-
mani varlığı) birinci, onun şüuru isə ikincidir. 
Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təbiət haqqında, materialist təlim 
təşkil edirdi. O göstərirdi ki, təbiət yeganə reallıqdır, insan isə onun ən ali məhsulu, 
inkişafının yekunudur. Onun fikrincə, təbiət əbədidir: o zamanca sonsuz, məkanca 
hüdudsuzdur. Yalnız insan onun məkanda yer tutumuna hədd qoyur. O deyirdi: 
"Təbiətin nə başlanğıcı, nə də sonu vardır. Burada hər şey qarşılıqlı təsirdədir, hər 
şey nisbidir, hər şey zamanda həm hərəkətdir, həm də səbəbdir, hərtərəfli və qarşı-
lıqlıdır..." 
Bütün bunlara baxmayaraq, Feyerbax hətta, bəzən özünü materialist adlandır-
maqdan imtina edirdi. O yazırdı ki, mən materialist deyiləm, çünki mənim üçün 
materiya boş bir abstraksiyadır. Feyerbax göstərirdi ki, biz materiyanı deyil, yalnız 
müəyyən hiss edilən şeyləri məsələn, suyu, odu, insanları və heyvanları qavrayırıq. 
Bu fikir
 
ondan irəli gəlirdi ki, o yalnız hisslərlə qavranılan, yəni fərdi olaraq hiss 
edilən predmet və hadisələri sırf maddi hesab edirdi. Feyerbax qeyri-müəyyən ma-
teriyanı, substansiyanı qəbul etmirdi. 
Feyerbax XVIII əsrin materialist ənənələrini davam etdirərək, idrakın sensua-
list nəzəriyyəsini inkişaf etdirmişdir. Feyerbaxın nəzərincə, real aləm hisslərlə qav-
ranılan gerçəklikdir. Yalnız hissi qavrayış vasitəsi ilə dünyanı dərk etmək olar. His-


106
si idrakın yüksək qiymətləndirilməsi heç də o demək deyildir ki, Feyerbax nəzəri 
təfəkkürün idraki əhəmiyyətini qəbul etmirdi. Əksinə, Feyerbax yazırdı ki, "biz 
hisslər vasitəsilə təbiət kitabını oxuyuruq, ancaq onu hisslərlə deyil, nəzəri təfək-
kürlə anlayırıq".
Feyerbax fəlsəfəsinin məhdud cəhətləri: 
1. 
Feyerbax Hegel fəlsəfəsinin səmərəli toxumunu onun idealizmindən ayıra 
bilməmişdir. O, Hegelin idealizmi ilə birlikdə onun dialektikasını da inkar etmişdir.
 
2. 
Feyerbax insanın mahiyyətini mücərrəd tərzdə anlayır, onu ictimai, sosial, 
iqtisadi münasibətlərdən kənarda götürürdü. O, başa düşə bilməmişdir ki, insan ic-
timai münasibətlərin məcmusudur. Feyerbax insanı yalnız bioloji varlıq kimi səciy-
yələndirmişdir. 
3. 
İdrak nəzəriyyəsinə bütövlükdə materialistcəsinə yanaşan Feyerbax, onun 
bəzi məsələlərinin izahında idealizmə yuvarlaşmışdı. Məsələn, Feyerbax bəşəriyyə-
tin ictimai-tarixi praktikasının həqiqətin meyarı olduğunu başa düşmürdü. Həqiqə-
tin meyarının mahiyyətini idealistcəsinə izah edirdi. 
4. 
Feyerbax seyrçi materializmin tipik nümayəndəsi idi, o, fəlsəfənin vəzifəsi-
ni yalnız dünyanın dərk edilməsində görürdü, onu deyişdirmək məqsədini qarşıya 
qoymurdu.
5. 
Feyerbax təbiət hadisələrinin izahında materializm mövqelərindən, sosial 
hadisələrin izahında isə idealizm mövqelərindən çıxış edirdi. 
Bu məhdudiyyətlərə baxmayaraq, Feyerbax fəlsəfə tarixinə materializmin ən 
böyük nümayəndəsi kimi daxil olmuşdur. Onun fəlsəfi sistemi ilə klassik alman 
fəlsəfəsi başa çatmışdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin