120
Personalizm tərəfdarları çoxlu mövcudluqlar, şüur, iradə və şəxsiyyətlər haqqında
danışırlar. Əqlə qarşı intuisiya durur. Dünyanı Ali person– Allah yaratmışdır və
ona inkişaf etmək qabiliyyəti vermişdir.
İdrak sahəsində personalizm ənənəvi fəlsəfənin idrak subyektinin– insanın
konkret təzahürləri ilə tam şəkildə antropoloji ümumiliyi ilə əvəz olunması zərurə-
tindən çıxış etmişdir. Eləcə də subyektin fəal rolu qeyd olunur. Çünki yalnız yega-
nə fərdi təkrarolunmaz insan dərk edir.
Ontoloji planda şəxsiyyət fundamental kateqoriyaya çevrilir, yalnız onun vasi-
təsilə əsas təzahür mümkündür. Burada iradi fəallıq mövcudluğun
fasiləsizliyi ilə
çulğaşır. Şəxsiyyət öz təcrübəsi ilə yeganə reallığı təşkil edir. Lakin şəxsiyyətin
mənbəyi
özündə deyil, allahdadır. Elm bu vəziyyətdə dünyanın zənginlik və müxtə-
lifliyinə nail olmağa qadir deyildir. Elmdə insan həyatının düzgün yolunu göstərə
biləcək etibarlı oriyentirlər tapmaq mümkün deyildir. Bu vəzifəni yalnız dini fəlsə-
fə yerinə yetirə bilər. Personalizm təlimində şəxsiyyət haqqında çoxlu maraqlı və
müsbət momentlər vardır. Xüsusilə fərd və şəxsiyyət anlayışlarının fərqləndirilməsi
cəhdi maraq doğurur. Bu təlimin səciyyəvi cəhətlərindən biri də iradə azadlığı haq-
qında ideyanın əsaslandırılmasıdır. Hələ ekzistensialistlərin əsərləri yayılmamışdan
əvvəl cəmiyyət və şəxsiyyətin prinsipial düşmənçiliyi haqqında
fikirlər persona-
lizmdə mövcud idi.
XX əsrin birinci yarısında personalizm yeni prinsiplərlə inkişafa qədəm qoy-
muşdur. Fransız personalizminin banisi E.Munye marksizm və ekzistenisalizmin
təsirini qeyd etmişdir. 1946– cı ildə çapdan çıxan “Personalizm nədir?” əsərində o
yazırdı: “Biz maddi zərurətə və kollektivçilik sisteminə
münasibətində insan şəx-
siyyətinin birinciliyini təsdiq edən hər cür təlimi və hər cür sivilizasiyanı persona-
list təlim adlandırırıq”. Qarşısına bitkin fəlsəfi təlim yaratmaq məqsədi qoymayan
E.Munye şəxsi mövcudluq probleminin işlənməsinin məhsuldar üsullarını axtarma-
ğa cəhd etmişdir. Bir sözlə, başqa XX əsr fəlsəfi cərəyanları kimi,
şəxsiyyət proble-
mi personalizmin əsas tədqiqat problemi olmuşdur.
Dostları ilə paylaş: