115
ki, biz qaranlıq otaqda işığı yandırırıq və bütün predmetləri başqa cür görürük. Təh-
təlşüur da şüurla, beynin fəaliyyəti və s. ilə çoxsaylı keçidlərlə əlaqədardır. Təhtəl-
şüur özünü yuxugörmədə, hipnotik vəziyyətlərdə, davranışda təzahür etdirir. O,
müxtəlif səviyyələrdə (aşağı və yuxarı) özünü göstərə bilər. Yüksək səviyyə yaradı-
cılıq prosesləri ilə əlaqədar olduğundan burada intuisiya, təxəyyül böyük rol oyna-
yır. Elə bil ki, onlar şüurdan gizlidir, fikrin, ideyanın, obrazın yaradılması ilə bağlı-
dır. Təhtəlşüur təlimi libido (cinsi meyl), həyata meyl, ölümə meyl və s. terminlərlə
tamamlanır və izah edilir. Freyd libidonu insanın psixik enerjisi kimi şərh etmişdir.
Freyd öz təlimini məlum qədim yunan mifləri ilə möhkəmləndirmişdir. Məsə-
lən, “Edip kompleksi”ni Freyd 3– 4 yaşlı hər bir uşağa aid etmişdir. Termin bilmə-
dən öz atasını öldürüb, öz anasına evlənən qədim yunan padşahı Ediplə əlaqələndi-
rilmişdir. Freydə görə, oğlan uşağı üçün pozitiv “Edip kompleksi”, daha dəqiq de-
sək, anasına məhəbbət və buna görə atasına qısqanclıq və rəqibi kimi nifrət motiv-
ləri mövcuddur, yaxud da neqativ, yəni ataya məhəbbət, anaya nifrət motivləri var-
dır. Eyni vəziyyət– psioxoloji kompleks qızlarda da vardır (ataya məhəbbət, anaya
nifrət), bunu O, “Elektra kompleksi” adlandırır.
Həyat və ölümə meylə gəldikdə, Freyd bunu da mifologiyanın köməyi ilə izah
etmişdir. O, Aristofanın “Pir” komediyasına müraciət etmişdir. Burada Platon cinsi
meylin mənşəyini nəql edir. Bu da, öz növbəsində, insanın digər meyillərini başa
düşməyə imkan verir. Nə vaxtsa insanlar iki cinsli olmuşlar. Zevs onları iki hissəyə
bölür.
Beləliklə, hər şey yarı bölünür və hər bir adamda özünün ikinci yarısına
meyl yaranır. Hər iki hissə bir– birinə qovuşmaqdan ötrü öz bədənlərini birləşdirir-
lər. Freyd belə hesab edirdi ki, mifdə irəli sürülən hipotez psixoanaliz üçün olduqca
vacibdir. Burada meyl əvvəlki vəziyyətin tələbatından çıxır.
Bunun üçün Freyd daha qədim mənbələrə müraciət edir. Məsələn, Upanişad-
larda dünyanın Atmandan əmələ gəlməsi və s. bu qəbildəndir.
Freydin kütlə içində insan təlimi də təhtəlşüur haqqında olan təliminə əsaslan-
mışdır. O, dini ümumbəşəri nevroz adlandırmışdır. Freyd əqli insanın xilaskarı,
kütləni isə ibtidai cəmiyyətin ordusu hesab edir.
Freyd bolşevizmi dinə yaxın olan növbəti illüziya saymışdır. Rus bolşevizmi-
nin din kimi təfəkkürə qadağan qoyduğunu göstərən Freyd K.Marksın əsərlərini
onlar üçün Bibliya və Quranı əvəz edən vəhy kitabları olduğunu qeyd etmişdir.
Freydin təlimini inkişaf etdirən şagirdləri içərisində K.Yunq (1875– 1964) özünə-
məxsus yer tutur. Əgər Freydin xidməti təhtəlşüurun “mikrodünyası”nın təhlili idi-
sə, Yunq da öz növbəsində təhtəlşüuru öyrənərək onun ayrı– ayrı yaratdıqları (arxe-
tipləri) ilə struktur, obrazlar mədəniyyəti üçün ümumi oxşarlığını göstərmişdir. O,
elmi dövriyyəyə “kollektiv təhtəlşüur” anlayışını gətirmişdir. “Psixoloji tiplər” əsə-
rinin girişində Yunq Platon və Aristotelin iki, tamamilə bir– birindən fərqli olan in-
san naturası olması haqqında Heynenin qeydlərini təhlil edir. Bunlardan biri xəyal-
pərvər naturadır, mistik Platon naturasıdır ki, öz qəlbinin gizli yerlərindən xristian
ideyalarını və ona müvafiq gələn simvolları yaradır. Aristotel naturası isə praktik-
dir, hər şeyi qaydaya salandır. Həmin ideyalardan və simvollardan möhkəm ehkam-
lar və kult sistemi yaradır.
116
Yunq pisxoloji tipləri iki böyük qrupa bölür: bunlar introversiya tipi və ekstra-
versiya tipləridir. Fərddə müxtəlif funksiyalar:
1. təfəkkür;
2. emosiya;
3. hiss;
4. intuisiya hökm sürür.
Hər bir funksiyaya adamların müvafiq psixoloji tipi uyğun gəlir.
1.
təfəkkür tipi;
2. emosional tip;
3. hissedici tip;
4. intuitiv tip.
Bu 4 tipdən hər biri (funksiyalarına görə) ya bir introvertiv, yaxud da iki ekst-
ravertiv ola bilər. Beləliklə,
1. ümumi psixoloji qaydalardan (göstərişlərdən) asılı olan tiplər (maraqların is-
tiqaməti və onların libidosu digər tiplərdən fərqlənənlər);
2. funksional tiplər.
Psixoloji tiplər ümumi psixik proseslərlə şərtlənir ki, bunu da K.Yunq “kollek-
tiv təhtəlşüur” adlandırmışdır. Fərdi şəxsiyyət psixoloji prosesin hissəsi, kəsiyi, ya-
xud nümayəndəsidir ki, o, hər bir canlıda onun anadangəlmə xassəsi kimi əks olun-
muşdur. Fərdin obraz tərzinin anadangəlmə xüsusiyyətləri Yunqa görə, instinkt ad-
lanır. O yazırdı ki, obyektin bu psixi xüsusiyyətini arxetip kimi ifadə etməyi məslə-
hət gördüm. Arxetip anlayışı nə deməkdir? Yunq buna belə bir izahat vermişdir.
Arxetip «ibtidai obraz» olub burada kollektiv təhtəlşüurun məzmunu şüurda açıq
ifadə olunan meyllərlə və baxışlarla təmsil olunmuşdur.
Yunqun dərin məzmunlu əsərlərindən biri “Psixoloji tiplər”dir. Demək olar ki,
insan haqqında, onun psixoloji mahiyyəti haqqında bundan güclü və kamil tədqiqat
əsəri təsəvvür etmək çətindir.
Yunqun psixoloji konsepsiyasında müxtəlif sistemlər birləşir.
Yunqa görə insa-
nın daxilində 4 insan yaşayır: “Mən”, “Maska”, “Kölgə” və nəhayət “Ruhun obra-
zı”. “Mən”– fərdin inkişafı ilə bağlı son məqsəddir. “Maska”– şəxsin sosial dərisi-
dir. “Mən” üçün qalxan rolunu oynayan “Maska”, eyni zamanda son nəticədə onu
simasızlaşdıra bilər. “Kölgə” “Mən”in tutqun və aşağı oxşarıdır. “Kölgə” şəxsin da-
xili “mən”i, onun yarımyuxulu “şər” “mən”idir, insanın zirzəmisində yaşayan vəhşi
insandır.
Yunqa görə, insan dərin dəyişmələrə uğrayıb inkişaf edir, körpəlikdən böyümə
və yetkinləşmə mərhələlərinə keçir. Amma bəzən qəlb anlayışlarla yox, obrazlarla
keçib gəldiyi inkişaf mərhələlərinə qayıdır. Bu zaman arxaik, individlərə qədərki
kollektiv təhtəlşüur dövrünün xatirələri oynayıb üzə çıxır. O,
xüsusilə uşaqlarda,
kahinlərdə, mistiklərdə, sənətkarlarda, yuxu görənlərdə və ruhi xəstələrdə özünü
göstərir. Nağıllarda əsatirlərdə, misteriya, yuxu və röyalarda onlarla yenidən görüş-
mək olar.
Yunq analitik psixologiyanın banisidir. O, təfəkkürün inkişaf tarixini əks etdir-
məyə çalışmışdır. Yunq hər bir fərdin dərin daxili aləmini və xalqların həyatının
117
mifoloji dərinliyini ustalıqla şərh etmiş və sübuta yetirmişdir ki, Freydin bizə mə-
lum olmayan anlaşılmaz “nəsə” təhtəlşüuru insanın yuxusunda və fantaziyalarında
özünü göstərən bu qaranlıq, ehtiraslı və zorla susdurulan halları
kollektiv şüurun
uzaq zamanlardakı həyəcan və təcrübələrinin əks– sədasıdır.
Yunqun kəşf etdiyi kollektiv təhtəlşüur bütün bəşəriyyətə xas olan və hər hansı
fərdin əsaslandığı psixi təbəqə və ya mərhələdir.
Yunqun «Metamarfoza və libido rəmzləri» ilk böyük və özünün ən çox bəyəndi-
yi əsəridir. Burada əks olunan arxetiplər nəzəriyyəsi fəlsəfi psixologiyada yeni bir
mərhələ açdı və göstərdi ki, insanın və xalqların qədim kollektiv şüuru mifoloji mo-
tivlərlə birgə sonrakı bütün mərhələləri özüylə gətirərək, insanın beynində və hətta
genlərində yatıb qalır, psixi xəstələrin, paranoiklərin sayıqlamalarında üzə çıxır.
Yunq hardasa bütün anlaşılmaz,
mürəkkəb, sirli elmlərin pərdəsini açdı, bütün
qədim obraz və rəmzləri oxudu, insanın dünya və fövqəldünyalarla əlaqələrini açdı.
Xüsusilə mədəniyyət, din və etik normaların inandırıcı mənşəyini və tarixini yaratdı.
Yunq sağlığında əsərlərini öyrənən xüsusi institut yaradan nəhəng elm korifey-
lərindən biridir.
Yunq yaradıcılığının son dövründə üzünü Şərq fəlsəfəsinə tutub Tibet və Çin
fəlsəfə kitablarına psixoloji şərhlər yazdı. Hətta kimyagərliyin yeni psixoloji izahı-
nı verdi.
Freydizmi yeni dövrdə yeni Freydizm kimi təbliğ edən alman- amerikan filoso-
fu, sosioloqu
Dostları ilə paylaş: