Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə114/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   307
333 felsefe muhazireler toplusu eyani

Pozitivizm
XIX əsrdə geniş yayılmış fəlsəfi cərəyanlardan biridir. Müstəqil 
fəlsəfi istiqamət kimi pozitivizm keçən əsrin 30–cu illərində formalaşmışdır. Hə-
min cərəyanların nümayəndələrinin fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı 
münasibəti məsələsidir. Onların təsəvvürünə görə, müsbət (pozitiv) bilik ayrı–ayrı 
xüsusi elmlərin nəticəsində əldə edilə bilər, yaxud da onların sintetik birliyi sayə-
sində mümkün ola bilər. Ona görə də reallığın məzmununu tədqiq etməyi iddia 
edən fəlsəfənin xüsusi elmi fənn kimi mövcud olmaq hüququ yoxdur. Pozitivizm 
öz inkişafında iki mərhələ keçmişdir. Birinci mərhələ öz banisi fransız filosofu 
O.Kontun (1798– 1857) fəlsəfi məktəbi ilə əlaqədar olmaqla XIX əsrin 30– 40– cı 
illərini əhatə edir. Kontun məqsədi əhatəli şəkildə elmlərin təsnifatını yaratmaq ol-
muşdur. Ona görə biliklərin iyerarxiyası sadədən mürəkkəbə, ibtidaidən aliyə, ümu-
midən konkretə doğru tarixi inkişafı əks etdirməlidir. Elmlərin ierarxiyası belədir: 
riyaziyyat– astronomiya, fizika– kimya– biologiya– sosiologiya. 
Pozitivizmin ikinci tarixi mərhələsi (yaxud forması) maxizm və empiriokriti-
sizmlə (E.Max, R.Avenarius) təmsil olunmuşdur. Deməli, neopozitivizm pozitiviz-
min inkişafında üçüncü mərhələni (və yaxud formanı) ifadə edir və müxtəlif vari-
antlarda: məntiqi pozitivizm, linqivistik təhlil fəlsəfəsi və yaxud linqivistik fəlsəfə 
kimi təqdim olunur. Maraqlıdır ki, neopozitivizmin tarixi nitqin müxtəlif təhlil 
üsullarının bir– birini əvəz etməsi tarixidir. Bu üsullar məntiqdən semantikaya, on-
dan da linqivistik təhlilə doğru gedir. Məlum olduğu kimi, neopozitivistləri maksi-
mum proqram, başqa sözlə desək, süni formalaşdırılmış nitqin əsasında mütləq for-
malaşdırılmış biliyə nail olmaq cəhdi birləşdirir. Bu zaman onlar elmin metodoloji 
problemləri üzərində inhisarçı hüququnu iddia edirlər ki, bu da öz növbəsində, idra-
kın bəzi cəhətlərini mütləqləşdirməyə aparıb çıxarır. Lakin neopozitivistlər idrakı 
bütöv hadisə kimi ona daxilən xas olan ziddiyyətləri, çətinlikləri, nitqin formalaşdı-


125
rılması gedişində yaranan digər problemləri ilə birlikdə əhatə etmək qüdrətinə ma-
lik deyillər. Ancaq neopozitivizmin uğurları da qeyd edilməlidir. Bunlar böyük me-
todoloji yükə malik olan biliyin xüsusi sahələrinin işlənib hazırlanması, xüsusilə ri-
yazi məntiq, semiotika, informasiyanın semantik nəzəriyyəsi və s.– dir. Bununla 
yanaşı, qeyd etmək lazıdır ki, onların idrakı tədqiqatların xüsusi metodlarına ümu-
mi, universal fəlsəfi metodologiya xassəsi vermək cəhdi müvəffəqiyyət qazandır-
mamışdır. Onların məqsədi təsirli metodologiya yaratmaq və bu zaman oradan fəl-
səfi mənada materiya anlayışını çıxarmaq cəhdi də mühüm xüsusiyyətlər sırasına 
daxildir. Buraya fəlsəfədən reallıq, elmin anlayışlarının təbiəti haqqında “metafizi-
ka” məsələlərini çıxarmaq çağırışlarını da aid edə bilərik. Nəticədə neopozitivist 
terminlər sırf subyektivist çalarlar əldə edir. Onlar hər hansı hadisə haqqında həqiqi 
bilik almaq imkanını rədd edirlər. 
Neopozitivistərə görə, fəlsəfənin əsas məsələsi elm dilinin məntiqi təhlilindən 
ibarətdir. Bu təhlilin vasitəsi kimi onlar riyazi məntiq və aksiomatik metoddan isti-
fadə etməyi təklif edirlər. Elmə münasibətdə fəlsəfə bu və ya digər konkret elmi nə-
zəriyyələri təhlil etmək deyil, nəzəriyyə dilinin (hazır biliyin məcmusunu) məntiqi 
təhlilini yerinə yetirməlidir. Məlum olduğu kimi, hər bir elmi nəzəriyyə qeyri– mü-
kəmməl konstruksiya olduğundan onu müvafiq hipotetik– deduktiv modellə əvəz 
etmək lazıdır. Bu nöqteyi– nəzər digər ifratçılığa, elmi nəzəriyyənin aksiomatlaşdı-
rılması metodunun mütləqləşdirilməsinə aparıb çıxarır. 
Məntiqi neopozitivizmin əsasları Vyana dərnəyində XX əsrin 30– cu illərində 
işlənib hazırlanmışdır. Bu dərnəyə tanınmış alim və filosoflar M.Şlik (1882– 1936), 
K.Gedel (1906), A.D.Ayer (1910), K.Karnap (1891) və başqaları daxil idi. 
Linqivistik təhlil fəlsəfəsinin formalaşmasına Lüdviq Vitgenşteynin (1889–
1951) yaradıcılığı mühüm təsir göstərmişdir. Bu böyük məntiqçi və filosof bir sıra 
problemlərə toxunsa da, ən çox nitqin məntiqi məsələləri ilə məşğul olmuşdur. Lin-
qivistik fəlsəfənin məqsədi kəşf deyil, aydınlaşdırma, həqiqət deyil, əhəmiyyətdir. 
L.Vitgenşteynin sözləri ilə desək, “fəlsəfə hər şeyi olduğu kimi saxlayır”. 
Neopozitivizm idrak prosesində yaranan bir çox çətinlikləri aşkara çıxartdı və 
müəyyən tarixi mərhələlərdə onların həll edilməsinə kömək etdi. Lakin elm daim 
inkişafdadır və yeni– yeni metodoloji problemlər doğurmağa qadirdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin