Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə111/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   307
333 felsefe muhazireler toplusu eyani

Praqmatizm.
XX əsrin ən geniş yayılmış fəlsəfi cərəyanlarından biri praqma-
tizmdir. Bu cərəyanın vətəni Amerika Birləşmiş Ştatları hesab olunur. Yunanca 
praqma sözündən olub, iş, əməl deməkdir. Bu cərəyanın banisi Amerikanın gör-
kəmli məntiqçisi Çarlz Pirsdir (1839– 1914). Onun ən məşhur əsərlərindən biri 
1904– cü ildə çap etdirdiyi “Praqmatizm nədir?” əsəridir. Onun ideyalarını sonralar 
Uilyam Ceyms inkişaf etdirmişdir. Praqmatizm daim işdən, əməldən danışır, ideya-


122
ların və nəzəriyyələrin əməli surətdə yoxlanılması lüzumunu göstərir. Çarlz Pirs 
mürəkkəb və ziddiyyətli bir fəlsəfi sistem yaradaraq, burada bəzi elmi təsəvvürləri 
dinin mənafeyi ilə əlaqələndirməyə çalışmışdır. 
Ceyms bilik əvəzinə qeyri–şüur irrasional etiqada sahib olmağı, hər şeydən əv-
vəl, məntiqi təfəkkürü rədd edən dini etiqad sahibi olmağı təklif edir. 
Dyui başda olmaqla digər praqmatistləri «instrumental məntiq»dən və ya «eks-
perimental məntiqdən» istifadə etməyi məsləhət görürdülər. Bu məntiq isə, əslində, 
əmələ gəlmiş vəziyyətdə sınama və səhvlər metodu üzrə sərfəli hərəkət tərzi axtarıb 
tapmağı nəzərdə tutur. Praqmatistlərə görə, təfəkkür insana bilik vermir, ona yalnız 
çətin vəziyyətdən çıxmaq və müvəffəqiyyət qazanmaq bacarığını öyrədir. Elmi 
məfhumlar, qanunlar, nəzəriyyələr obyektiv reallığın inikası və ya surəti deyildir, 
bunlar yalnız bu və ya digər məqsədi həyata keçirməkdən ötrü “hərəkət planları-
dır”, “alət” və ya “vasitə”dir. Əgər ideya və ya nəzəriyyə “iş görür” və müvəffəqiy-
yət qazanmağa imkan verirsə, yaxşıdır, yəni düzgündür; əgər buna imkan vermirsə, 
pisdir, yəni səhvdir. 
Praqmatizm dinin müddəalarını çox faydalı, buna görə də düzgün hesab edir. 
Praqmatistlər fayda prinsipini yalnız idraka deyil, həmçinin mənəvi və əməli fəaliy-
yətin bütün formalarına şamil edirlər. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin