Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə110/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   307
333 felsefe muhazireler toplusu eyani

Ekzistensializm.
XIX əsrin ortalarına qədər fəlsəfədə rasionalizm ideyaları ha-
kim olmuşdur. Lakin bu işdə xüsusilə rasional idrak sahəsindəki çətinliklər də özü-
nü göstərmişdir. Nəticədə fəlsəfi fikrin bir sıra formalarından narazılıq özünü gös-
tərmiş, bir növ alimlər arasında “fəlsəfi qiyam” başlanmışdır. Həmin “fəlsəfi qi-
yam”ın nümayəndələri sonradan ekzistensializm fəlsəfəsini yaratmışlar. 
Ekzistensializmin banisi, XIX əsrin birinci yarısında yaşamış danimarkalı mis-
tik filosof S.Kyerkeqorun (1813– 1855) təlimindən istifadə edən alman filosofu 
Haydeggerdir (1889– 1976). 
Ekzistensialistlərin irəli sürdükləri ən ümumi problem– həyatın mənası, insa-
nın dünyada yeri və onun özünə həyat yolu seçməsi məsələsindən ibarətdir. Bu 
köhnə problem həmişə xüsusi əhəmiyyətə malik olmuşdur. Deməli, ekzistensialist-
lər zəmanəmizin ən kəskin məsələlərindən birinə toxunmuşlar. 
Bu fəlsəfənin tərəfdarları onu, ümumiyyətlə, varlıq haqqında təlim kimi verir-
lər. Əslində isə həmin fəlsəfəni yalnız insan şəxsiyyətinin «mövcudluğunu» təhlil 
etməyə müncər edirlər (latınca: ekzistensiya sözü “mövcudluq” deməkdir). Bəzi 


121
ekzistensialistlərin “o dünya” haqqında, başqa sözlə desək, allah haqqında yeritdik-
ləri mühakimə hesaba alınmazsa, ekzistensialistlər üçün yeganə reallıq şəxsi möv-
cudluqdan, «mən mövcudam» idrakından ibarətdir. Onlar insanı əhatə edən aləmi 
sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun gəlməyən 
bir aləm kimi təsvir edirlər. Haydegger deyir ki, “aləm ona görə mövcuddur ki, 
mövcudluq vardır. Heç bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz”. 
İnsanın mövcud olması faktının insan üçün ən mühüm olduğu irəli sürülür. La-
kin insanın mövcudluğu intəhalıdır və insanın bütün həyatı ölüm qarşısında qorxu 
şəraitində keçir. Onların fikrincə, fəlsəfənin də vəzifəsi məhz bu qorxunu oyatmaq 
və daim bu hissi qoruyub saxlamaqdır. K.Yaspers deyir ki, filosofluq etmək ölümə 
alışmaq deməkdir. Şərti olaraq ekzistensialistləri dini (N.Berdyayev, L.Şestov, 
K.Yaspers, Q.Marsel) və ateist (M.Haydegger, J.P.Sartr, A.Kamyu, M.Merlo– Pon-
ti, S. de Bovuar) ekzistensialistlərə bölürlər. Ekzistensialistlər belə hesab edirlər ki, 
insan başqa adamlarla ünsiyyət xaricində yaşaya bilməsə də, bu adamlar əslində öz-
lərini tamamilə yalqız sayırlar. Bu təlimin tərəfdarları ənənəvi fəlsəfədən fərqli spe-
sifik terminologiyadan istifadə edirdilər. K.Yaspersin II dünya müharibəsindən 
sonra yazdığı “Günah haqqında məsələ” əsəri vardır. Onun mövzusu müharibəyə 
görə almanların günahlandırılmasıdır. O, burada günahın təsnifatını verir: cinayətə 
görə günah, siyasi günah, əxlaqi günah və ən böyük günah– metafizik günah. Meta-
fizik günahın mənbəyi insanın varlığıdır. Almanların günahını K.Yaspers metafizik 
günah kimi verir. Bu cür günahlar hər yerdə və hər xalqda ola bilər. Ona görə də 
Fuçik xəbərdarlıq edirdi. “İnsanlar sayıq olsun!” 
Ümumiyyətlə, ekzistensializmin həm müsbət, həm də mənfi cəhətləri vardır. 
Əslində ekzistensialist fəlsəfənin leytmotivi insanın xarici ictimai qüvvələr tərəfin-
dən əsarətinə qarşı etirazdır. Onların fikrincə, mövcudluq insanın özüdür, onun 
dünyaya gəlişidir. O, nə xeyirxah, nə də bədxahdır. O, xeyirxah və ya bədxah icti-
mai münasibətlər prosesində olur. İnsan özlüyündə həqiqətdir. Həqiqətə malik ol-
maq yox, həqiqətin özü olmaq gərəkdir. Bu, Roma hakimiyyət nümayəndəsi Ponti 
Pilatın həqiqət nədir?–sualına Xristosun-həqiqət mən özüməm!–cavabına bənzəyir. 
İnsanın mahiyyəti ictimai münasibətlərin məcmusudur. İnsan hazır ictimai münasi-
bətlər dünyasına gəlir. Burada mövcudluqla mahiyyət arasında toqquşma baş verir 
və insanın bütün həyatı boyu davam edir. Ekzistensialistlər Marksı özgələşmə 
probleminə görə özlərinin sələflərindən biri hesab etmişlər. Özgələşmə problemi 
ekzistensialistlərdə də mərkəzi problem olmuşdur. Lakin əgər Marksda özgələşmə 
sosial özgələşmə idisə, onlardakı özgələşmə insan həyaının cəmiyyətdə əsas xarak-
teristikası idi. Ekzistensializm bir növ “həyat fəlsəfəsi”ndən, xüsusilə Nitşe fəlsəfə-
sindən, onun fərdiyyəçilik konsepsiyasından yaranmışdır.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin