Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə112/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   307
333 felsefe muhazireler toplusu eyani

Neotomizm
Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini–fəlsəfi təlimdir. 
Neotomizm XX əsrdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərə-
yan olaraq qalmaqdadır. Onun tərəfdarları təkidlə qeyd edirlər ki, “yalnız din nicat 
verə bilər”, ən kəskin ictimai suallara yeganə cavab bundan ibarətdir ki, “xristianlıq 
ruhu həyatımıza daha təsirli nüfuz etməlidir”. Əslində Neotomizm orta əsr sxolastı 
Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi qəbul 
edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən 
ümdə əsası bundan ibarətdir ki, allah aləmin xaliqi və külli– ixtiyar sahibidir. Neo-
tomistlərin fikrincə, təbiət “ilahi ideyaların tətbiqi”, tarix isə “ilahi planın həyata 
keçirilməsidir”. Onlara görə, həqiqəti dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə 
və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, elmin verdiyi bilik mötəbər 
deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin həqiqi mə-
nəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəl-
səfə, yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcud-
luğunun ilk səbəbi məsələsini irəli sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb 
ali mənəvi başlanğıcdır, yaxud aləmi yaradan allahdır. Neotomistlərin təliminə gö-
rə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə dərk edilir ki, elm və fəlsəfə də 
özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipial nəticələrini bu dini imanla 
uzlaşdırmalıdır. 
Neotomizmin ən görkəmli nümayəndələri J.Mariten (1882– 1973), E.Jilson, 
Q.Vetter və Y.Boxenski hesab olunur. 
Ümumiyyətlə, neotomizm təlimi müxtəlif fəlsəfi fənlər sisteminə əsaslanır. 
Onlardan metafizika, qnoseologiya, naturfəlsəfə, etika, estetika, sosiologiya və s. 
göstərmək olar. Neotomist fəlsəfəsinin mərkəzində varlığın universal fəlsəfi nəzə-
riyyəsi rolunda çıxış edən metafizika durur. 


123
Ümumi metafizika özündə ontologiyanı (ümumiyyətlə, varlıq haqqında və ne-
cə var o cür varlıq haqqında təlimi) birləşdirir. Xüsusi metafizika dünya və insan 
haqqında təlimi ifadə edir. 
XX əsrin fəlsəfə məktəblərindən biri də 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin