136
(qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir.
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüv-
vələr arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu müba-
rizənin nəticəsində yaranır. Hər yerdə işıqla qaranlıq,
həyatla ölüm, xeyirlə şər,
ədalətlə haqsızlıq arasında mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz
(Ahura-Mazda) əvvəl-axır şər Allahı Əhrimən (Anhra-Manyuya)
üzərində qələbə
çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, Avesta politeist və monoteist
müddəalardan da xalis deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq,
o cümlə-
dən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə, təkallahlılıq meyli
güclüdür. Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi dövlət dini
elan edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, Hör-
müz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatın ye-
ganə yaradıcısı, vahid Allah sayılmışdır.
Avestadakı birinci yaşt (Himn) Ahura-Mazdaya (Hörmüzə) həsr olunmuşdur.
Burada Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının
əsas triadası ön plana çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fıkirlə, xe-
yirxah sözlə və xeyirxah əməllə xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli tə-
rif edirəm.
Bütün xeyirxah fikrə, xeyirxah sözə və xeyirxah əmələ çağırır, bəd fikir-
dən, bəd sözdən və bəd əməldən əl çəkirəm".
Himndə daha sonra deyilir: "Həqiqət ən yaxşı xeyirxahlıqdır". Avestada başqa
himnlər də mənəvi paklığa, ülviliyə çağırışdır. Orta Əsr müəlliflərinin fikrincə, mə-
cusilikdə bütün söhbət işığın qaranlığa çulğalaşması səbəbini və işığın qaranlıqdan
xilasolma səbəbini izah etmək qaydaları ətrafında gedir,
çünki bir-birinə zidd iki
əsas - işıq ilə qaranlıq dünyadakı mövcud şeylərin mənbəyidir. Din və fəlsəfə tarix-
çisi Məhəmməd Şəhrəstani (XII əsr) yazır: "Tərkiblər o ikisinin (işiq və qaranlığın)
qatılığından hasil olmuş, surətlər müxtəlif tərkiblərdən meydana çıxmışdır.
Xeyir
və şər, mürvət və əskiklik, paklıq və xəbislik işıq və qaranlığın qatılığından törən-
mişdir. Onlar qarışmasaydı aləm mövcud olmazdı. O ikisi bir-birinə müqavimət
göstərir,
mübarizə edir, hətta işıq qaranlığa, xeyir şərə qalib gəlir".
Dostları ilə paylaş: