Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Manilik.  İslamaqədərki dini-fəlsəfi cərəyanlardan  manilik və məzdəkilik



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə125/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   307
333 felsefe muhazireler toplusu eyani

Manilik. 
İslamaqədərki dini-fəlsəfi cərəyanlardan 
manilik və məzdəkilik
də 
Yaxın və Orta Şərq xalqlarının mənəvi həyatında mühüm rol oynamışdır. Zərdüşti-
lik, xristianlıq və buddizmin ayrı-ayrı ünsürlərini eklektik surətdə özündə toplayan 
manilik təlimi 
III əsrdə İranda və Orta Asiya ölkələrində yayılmışdır, onun banisi 
Mani 
(216-276) olmuşdur. Yaxın Şərqdə həkim, rəssam, filosof və mühəndis kimi 
böyük şöhrət tapan Mani zərdüştlük kahinlərinin fitvası ilə edam edilmişdir. Öz di-
nini 40 il təbliğ edən Mani xalis dualizm mövqeyindən çıxış edərək göstərirdi ki, 
"aləmin iki başlanğıcı vardır: onlardan biri işıq, digəri qaranlıqdır". Sonralar 
İbn 
Həzm 
(994-1064) yazırdı ki, manilikdə "zövq qaranlığa deyil, işığa; əziyyət isə işı-
ğa deyil, qaranlığa xasdır". Mani deyirdi: yalnız zühr ilə işığı qaranlıqdan xilas et-
mək və bununla da qaranlığa qalib gəlmək olar. Maniliyin əsasında dualizm prinsi-
pi -"Nur" və "Zülmət" başlanğıclarının mübarizəsi durur. Bu dünyada Nur və Zül-
mət ünsürləri bir-birinə qarışmışdır. Dünya inkişafı prosesinin məqsədi insan qəl-
bində yer tapmış "Nur" ünsürlərini cismaninin hakimiyyətindən azad etməkdir. Ma-
niyə görə, allah dünyada şəri yaratmamışdır, deməli, dünyanı da o yaratmamışdır, 
çünki dünya (materiya) şərdir. Deməli, materiya Allahdan asılı olmayaraq mövcud-
dur, insan isə "materiya ilə yüksəkdə duran nurun qarışığıdır". Nurun hissəcikləri-
nin azad olmasına yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür. 
Zərdüştilikdən fərqli olaraq, Maniyə görə, insan bu yolda dünyəvi nemətlərdən 
imtina etməlidir. Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən 
maniliyin dini-fəlsəfi və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq 
həm Atropatenada, həm də Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəki-
lərin, pavlikianların, albiqoyçuların, katarların və başqalarının ideoloji təlimlərində 


139
geniş yer tapmışdı. Maniliyin İşıq Allahını Əqllə birləşdirməsi (beş təzahürdən dör-
dünün bilavasitə Əqllə bağlılığı) və Şərin əbədiliyini qəbul etməsi sonrakı təlimlər-
də rasionalizm və dialektikanın inkişafı üçün geniş imkanlar yaratmışdır. 
Əvvəllər hələ maniliyin təhlükəsini başa düşməyən və öz qüdrətinə dayaq ola 
bilən möhkəm zərdüşt kilsəsi yaratmayan Sasanilər nəinki maniliyə mane olmamış, 
hətta onu müdafiə etmişlər. Lakin manilik feodal istismarına qarşı kəndlilərin və 
yoxsul şəhər əhalisinin etirazını, mübarizəsini ifadə edən təlim olduğu üçün Manini 
tutub edam etmişlər. Manilik təlimi xeyli müddət yaşamış və V əsrin sonunda məz-
dəkilərin mühüm ideya mənbəyinə çevrilmişdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin