Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə124/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   307
333 felsefe muhazireler toplusu eyani

Zərvanilik.
Zərdüştilik dünyagörüşü ilə yanaşı, qədim Azərbaycanda bir sıra 
dini-fəlsəfi cərəyanlar inkişaf etmişdir. Məsələn, Sasani dövründə 
zərvanilik 
geniş 
yayılmışdı. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, 
Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. 
Zərdüştiliyin dualist sistemindən fərqli olaraq zərvanilik monist ideyaları inki-
şaf etməyə başladı. Həmin baxışların birində əgər ilkin başlanğıc məkan hesab olu-


138
nurdusa, ikincisində Zaman (zarvan) hesab olunurdu. Zərvanilər sonsuz zamanı 
başlanğıc kimi götürməklə bu ilk başlanğıcı şəxsləndirərək onu ilahi varlıq kimi qə-
bul edirdilər. Zərvaniliyə görə, işıq və qaranlıq kimi iki zidd mahiyyətlə yanaşı, 
dünyada bütün mövcudatın əsası olan zərvan (zaman) adlanan vahid ilk başlanğıc 
da vardır.
Zərvaniliyə görə keyfiyyət iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən işıq 
ruhu, əzəli və əbədi Hörmüz maddi varlıqları və həyatı yaradır, ikinci keyfiyyəti 
təmsil edən zülmət ruhu Əhrimən isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli ol-
madığı kimi, daimi də deyil. Zərdüştiliyin teoloji risaləsi “Şikand-qumaniqçivar”da 
(“Şübhəni aradan qaldıran şərh”) mövcudatı sonsuz Zamanın – Zarvana akarananın 
təzahürü kimi qəbul, Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yal-
nız maddəni real hesab etdiyinə görə zərvanilik tənqid olunur. Zərvaniliyin görüşlə-
ri Orta əsr Şərq yazılı mənbələrində də tənqid edilir. Bununla belə, bu təlim dünya 
fəlsəfəsinin sonrakı inkişafına, o cümlədən onu tənqid edən zərdüştiliyə də böyük 
təsir göstərmişdir. Robert Eysler zərvaniliyin Şərq və qədim yunan fəlsəfi fikri ilə 
bağlılığını göstərərək, xüsusilə onun Ferekid və Anaksimandrın teoqoniyalarına tə-
sirindən, İ.D. Rojanski isə Anaksimandrın kosmoqoniyasında Zərvanın Xronosla 
oxşarlığından yazmışlar. 
Zərvanistlər içərisində materialist və ateist fikirlilər olmuşdur ki, zərdüştilər 
həmin adamları tənqid atəşinə tutmuşlar. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin