Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Nəsrəddin Məhəmməd oğlu Tusinin (1201-1274) dünyagörüşü



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə133/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   307
333 felsefe muhazireler toplusu eyani

Nəsrəddin Məhəmməd oğlu Tusinin (1201-1274) dünyagörüşü.
Orta əsr 
Şərqində həm böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof kimi ad-san qa-
zanmışdır. İbn Yusif, Şəmsəddin Xosrov, Şahi Təbrizi (1184-1252) və başqaların-
dan mükəmməl təhsil almış Nəsrəddin Tusi riyaziyyata, astronomiyaya, optikaya, 
mineralogiyaya və digər elmlərə dair dəyərli əsərlərlə yanaşı məntiqə, fəlsəfəyə, 
etikaya dair də orijinal traktatlar yazmışdır. İbn Əl-İbri Nəsrəddin Tusini “Marağa-
da rəsədxana sahibi, bütün fəlsəfi elmlərdə şəni olan böyük filosof” kimi təqdim 
edərək yazır: Onun məntiqə, təbiətə, metafizikaya, evklid həndəsəsinə aid çoxlu 
əsərləri vardır, farsca “Etika” kitabı son dərəcə yaxşıdır”. 
Nəsrəddin Tusinin yaradıcılığında “Etika”, “Mövcudatın bölgüsü və onun ci-
simləri” və s. fəlsəfi əsərlər mühüm yer tutur. İbn Sinanın “İşarələr və qeydlər» ki-
tabına yazılmış şərh xüsusilə qiymətlidir. Filosof ağır şəraitdə Ələmut qalasında 
həbsdə olarkən onun üzərində işlədiyini qeyd edir. Burada İbn Sinanın mütərəqqi 
fəlsəfi fikirləri ortodoksal islam ideoloqlarının hücumlarından nəzakətlə qorunur, 
inkişaf etdirilir. Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Nəsrəddin Tusinin fəlsə-
fi sistemində bir-birilə üzvi surətdə bağlıdır. Onun varlıq tə'limində təbiətşünaslıq 
məsələlərinin şərhi geniş yer tutur. Məşhur ərəb tarixçisi və sosioloqu İbn Xaldun 
(1332-1406) orta əsrlərdə təbiət elminin inkişafından danışarkən İbn Sinanın gör-
kəmli davamçısı kimi Nəsrəddin Tusinin adını çəkmişdir.
Nəsrəddin Tusinin idrak nəzəriyyəsində duyğuların və əqlin rolu eyni dərəcədə 
yüksək qiymətləndirilir. Filosof hissləri, duyğuları idrakın mənbəyi hesab etməklə 
Aristotelin və Şərq peripotetiklərinin materialist ideyalarını davam etdirmişdir. O, 
öz kitabında yazır: “... Duyğu ayrılıqda ümumi rəy ifadə etmir, amma məlum olma-
lıdır ki, ümumi və ayrıca elmlərin qapılarının açarı duyğudur”. Dünyanın dərk 
olunmasını elmi şəkildə izah edən böyük mütəfəkkir idrak prosesinin dialektikasını 
seçə bilmişdir. O, yazır: “Şeylərin dərk olunması bir dəfə başa gələn iş deyildir, ək-
sinə, qüvvə və zəiflik, aşkarlıq və məxfilik, xüsusilik və ümumilik, kamillik və 
qeyri-kamillik sarıdan mərhələlərə malikdir”. 
Filosof göstərir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyələndikcə onların 
əqli yetkinliyi, idrak qabiliyyəti artır. 
Marağa rəsədxanasındakı fəaliyyəti Nəsrəddin Tusiyə dünya şöhrəti gətirmiş-
dir. O, oraya yaradıcı alimləri və filosofları dəvət etmiş, onların işləmələri üçün hər 


147
cür şərait yaratmışdır. 1266-cı ildən Nəsrəddin Tusi ilə bir yerdə çalışan Azərbay-
canlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar 
arasında içi boş yer kürrəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş 
bu fiqur coğrafi qlobus idi. Təəssüf ki, elm aləmində elə hesab edirlər ki, ilk coğrafi 
qlobusu guya alman alimi Martin Bahaym (1459-1507) hazırlamışdır. Nəsrəddin 
Tusi Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxuna dərs demişdir. Nəcməd-
din Katibi Qəzvini (1203-1277), Şəmsəddin Şirvani (?-1300), Qütbəddin Şirazi 
(1236-1311) və başqa təbiətşünas alimlər, məntiqçi filosoflar, bilavasitə Nəsrəddin 
Tusi məktəbinin yetirmələridir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin