149
nun irəli sürdükləri “anemiezis”, yəni bədən öləndən sonra ruhun yaşaması və keç-
mişi xatırlamaq qabiliyyətinin saxlanması haqqında dini-mistik təliminin puçluğu-
nu göstərirdi. O, axirət dünyası barədə ehkamlara əks çıxaraq onları əfsanə adlandı-
rır və ölmüş insanı suya qərq olmuş közə bənzədir: Suda közün alışması mümkün
olmadığı kimi, öləndən
sonra da heç bir gələcək, axirət həyatı ola bilməz. N.Gəncə-
vinin idrak məsələsinə baxışlarından müəyyən dərəcədə skeptisizm (şəkkaklıq) və
aqnostsizmin təsiri duyulsa da, o, əsasən rasionalist olmuş, maddi olan bütöv varlı-
ğın dərk edilməsinin mümkünlüyünü qəbul etmiş, ağlın, fikrin,
elmin qüdrətinə
inanmışdır. Onun rasionalizminin bir cəhəti də kainatın qanunauyğunluğunun öyrə-
nilməsində nöqtə, xətt, müstəvi, cisim kimi bəzi riyazi anlayışlarının tətbiqindən
bəhs etməsidir. (İdrak qabiliyyəti baxımından fəlsəfəyə daha çox üstünlük vermiş,
müasirlərində qədim hind və yunan fəlsəfəsinə maraq oyatmağa çalışmışdır. İnsan
zəkasının qüdrətinə dərin inam bəsləyən N.Gəncəvi əsərlərində elmin fəzilətindən
dönə-dönə bəhs etmişdir. Onun yaradıcılığında filosof obrazları mühüm yer tutur.
Onlar hökmdarları və cəmiyyəti düzkün istiqamətləndirən qüvvə kimi təsvir edilir-
lər. Aristotel, Platon, Sokrat və b. Yunan alim-filosoflarının adlarının şərq ölkələ-
rində şöhrətlənməsində N.Gəncəvinin poemalarının da rolu böyük olmuşdur. Şair
onların dili ilə özünün həyat haqqındakı fikirlərini ifadə etmiş, Ptolomey və Evklid
kimi görkəmli alimlərin əsərlərinin ərəbcəyə tərcümələrindən faydalanmışdır.
N.Gəncəvinin yaradıçılığında bu zəngin biliyə
əsaslanan elmi əhəmiyyətli
beytlər və parçalar yoxdur. O, eyni zamanda elmin dar çərçivədə inkişaf etməyəcə-
yini söyləyir, tərcümə vasitəsilə bütün xalqların mədəni irsini öyrənməyin zərurili-
yini göstərirdi. Təsadüfi deyildir ki, onun qəhrəmanı İsgəndər bütün ölkələrdə ələ
keçirdiyi kitabları yunan dilinə tərcümə etdirirdi. N.Gəncəvi insanın əxlaqi gözəlli-
yinə xüsusi qiymət vermiş, kamil insanın ancaq zahiri əlamətləri deyil, mənəvi gö-
zəllikləri ilə də seçildiyini qeyd etmişdir. O, ançaq yüksək əxlaq prinsiplərinə riayət
yolu ilə xoşbəxt cəmiyyət qurulacağına inanırdı. N.Gəncəvi həm də böyük vətən-
pərvər idi. O, bütün əsərlərində təsvir etdiyi hadisələri
Azərbaycanla əlaqələndir-
məyə, vətənin qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. N.Gəncəvinin yara-
dıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Dostları ilə paylaş: