Azərbaycanda İslam panteizmi. Panteizm (pan – bütün, teos – Allah demək-
dir. "Hər şey allahdır" mənasında işlənir.) — kainatı bütövlükdə Tanrı kimi qəbul
edən fəlsəfi düşüncədir. Panteizmdə hər şeyi tanrının bir hissəsi olaraq qəbul edilir,
tanrı hər şeydir və hər şey tanrıdır. Allah təbiətdə və ya əksinə təbiət Allahda birlə-
şir. Panteizmə görə Tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı tə-
biətdə, həyatda, insan dünyasındadır.
Eynəlqüzat Miyanəçinin fəlsəfəsi baxışları. XII əsrdə sufizmdə (mistika)
panteizmə (allahı təbiətlə eyniləşdirən dini fəlsəfi dünyagörüşü) meylin gücləndiyi
şəraitdə Azərbaycan filosofu
Eynəlqüzat Abdulla Miyanəçi (1099-1131) özünün
mükəmməl fəlsəfi sistemini yaratmışdır. O, Ömər Xəyyam və başqa görkəmli alim-
lərdən təhsil alıb, səmərəli yaradıcılıq yolu geçmişdir. Filosofun iyirmi dörd yaşına
qədər yazdığı əsərlərdə ədəbiyyat, hədis, təfsir, hüquq, kəlam, habelə peripatetizm
məsələləri əsas yer tutur. Eynəlqüzat Miyanacçinin ondan sonra qələmə aldığı «Hə-
qiqətlərin məğzi» (“Zübdat əl-həqaiq”), «Müqəddimələr” (“əmhidat”) və “Qəribin
şikayəti” (“Şəkva əl-qərib”) kitablarında sufizmin müxtəlif aspekləri işıqlandırıl-
mış, ona bitkin fəlsəfi məzmun verilmişdir.
E.Miyanəçinin panteist fəlsəfəsində “varlıq bütün mövcudatı ehtiva edən ümu-
mi qisimlərə bölünür”. Burada ayrı-ayrı şeylər aləmi eyni zamanda bütövlükdə həm
vahid, həm də çox olan mütləq sonsuz varlığın – Allahın xarici təzəhürləridir. Filo-
sof bunu belə bir misalla aydınlaşdarır: “Bil ki, Günəş vahid olsa da ondan çıxan
şüalar çoxdur. Haqdır ki, deyilə: Günəş çoxdur, şüalar isə vahiddir”.
E.Miyanəcinin təsəvvüründə Allah saysız-hesabsız atributlara malik substansi-
yadır. Bununla belə, atributlar yalnız substansiyadan deyil, həm də bir-birindən ay-
rılmazdır. O deyir: “Bu atributlar mövcudatın nisbətlərinin saysız-hesabsızlağına
görə saysız-hesabsızdır”.
Panteist filosof