156
orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəl-
səfi cərəyanları, ərəb tərcümələri əsasında Yunan fəlsəfəsi ilə yaxından tanış olmuş,
klassik ərəb, fars, özbək, türk və farsdilli hind ədəbiyyatını öyrənmişdir.
Məhəmməd Füzuli qədim yunan və şərq fəlsəfəsi ilə yaxından tanış idi. Onun
fəlsəfi görüşləri, əsasən, Ərəb dilində nəsrlə yazdığı “Mətlə-ül-etiqad” əsərində öz
əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Demokrit və başqa yunan filosof-
larının fikirlərindən, Nizaminin fəlsəfi irsindən təsirlənmişdir.
Füzulinin başqa
əsərlərində də fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli dövrünün daha mütərəqqi ide-
yalarına əsaslanmışdır. Qəsidələrindəki mistik tərki-dünyalıq motivləri şairin yaşa-
dığı dövrün təsirilə bağlı olmuşdur. Füzuli müsəlman ilahiyyatı məsələlərini fəlsəfi
zəmində araşdırırdı. Fəlsəfi görüşlərinə görə Füzuli idealist olmuşdur. O, maddi
aləmin obyektiv və insan şüurundan asılı olmayaraq mövcudluğunu qəbul etsə də,
göstərirdi ki, maddi varlıq qeyri-maddi Allah tərəfindən yaradılmışdır. Onun fikrin-
cə qeyri-maddi aləm ilkindir. Bununla yanaşı
ontoloji təlimində o, maddi aləmin
obyektiv mövcudluğu fikrini müdafiə etmişdir. Varlıq məsələlərində Füzuli obyek-
tiv mövcud olan hər şeyi iki kateqoriyaya bölürdü:
1. Zəruri (öz mövcudluğunda səbəbə ehtiyacı olmayan), bu Füzuliyə görə Al-
lahdır;
2. Mümkün olan (öz mövcudluğunda səbəbə ehtiyacı olan), yəni dünya.
Beləliklə, Füzuli maddi aləmi və qeyri-maddi Allahı bir-birinə qarşı qoyur.
“Leyli və Məcnun” əsərində isə panteizmə meyl göstərərək, Allahla aləmi eyniləş-
dirir.
Füzulinin görüşlərində bəzən kortəbii meyllərə, bəzən mistik ruhlu panteizmə
rast gəlmək olur. Güman etmək olar ki, Yaxın Şərq filosofları Şəhristaninin “Dini
və fəlsəfi cərəyanlar haqqında”, Əl-Kifin “Müdriklər haqqında məlumat” və başqa
əsərlərin təsiri ilə Füzuli iki maddi (ilkin materiya və cisim) və üç qeyri-maddi (for-
ma, ruh, zəka) substansiyanın mövcudluğunu göstərir. Forma müəyyən yerdə yer-
ləşdirilən substansiyadır. Zəka isə cisimlə əlaqəsi olmayan qeyri-maddi substansi-
yadır. Füzulinin fikrincə insan ruhu zəkaya uyğun hərəkəti idarə edir.
Buna görə də zəkalı ruh adlanır. Lakin bununla belə hesab edilir ki, insan ruhu
şəxsiyyət üçün əlçatmaz bir şeydir. Füzulinin humanizmi onun vəsf etdiyi məhəb-
bət hissi ilə sıx bağlıdır. O, məhəbbəti insan həyatının
və xoşbəxtliyinin son məqsə-
di hesab edirdi.
Füzuli dövrünün demokratik ideyalarını müdafiə etmiş, bütün insanların bəra-
bər olmasını, hakimlərin yoxsullara mərhəmət göstərməsini arzulamışdır.
XVII əsrin I yarısında yaşamış Azərbaycan xalqının görkəmli filosofu
Dostları ilə paylaş: