Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Yusif  Məhəmmədcan oğlu Qarabaği



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə145/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   307
333 felsefe muhazireler toplusu eyani

Yusif 
Məhəmmədcan oğlu Qarabaği
panteist olmuşdur. Mənbələrin göstərdiyi kimi 
Yusif Qarabaği Azərbaycanın Qarabağ mahalında ruhani ailəsində dünyaya gəlmiş-
dir. Anadan olduğu il məlum deyildir. Təzkirələrdə 1644– cü ildə vəfat etdiyi gös-
tərilir. Yusif Qarabaği sxolast, filosof və kübravilik sufi ordeninin nümayəndəsidir. 
O, ilk təhsilini doğma yurdunda aldıqdan sonra İrana gedib. O, bir sıra elmləri, o 
cümlədən, riyaziyyat. astronomiya, tibb və s. elmləri dərindən öyrənir, fəlsəfə sahə-
sində zəmanəsinin görkəmli alimi kimi şöhrət qazanır. Yusif Qarabaği sonralar Or-


157
ta Asiyaya mühacirət edir və oradan elmi yaradıcılığını davam etdirir. Buxara şəhə-
rində vəfat etmişdir. 
Y.Qarabaği geniş əhatəli, dərin fəlsəfi biliyə və ətraflı elmi mütaliəyə malik fi-
losof olmuşdur. Onun yaradıcılığı Yaxın və Orta Şərq və xüsusilə Azərbaycan, İran 
və Orta Asiya xalqlarının həyatı, məişət tərzi və mə'nəviyyatı ilə sıx surətdə bağlı 
olduğu üçün həmin xalqların mədəni ənənələri əsasında formalaşmışdır. Onun dün-
yagörüşü əsas etibarilə sufi-panteist xarakter daşımışdır. Belə bir dünya baxışı, şüb-
həsiz orta əsrin müsəlman Şərqində hakim islam ideologiyası ilə uzlaşmayan və 
özündə mütərəqqi meylləri əks etdirən təfəkkür tərzi idi. 
Yusif Qarabağinin varlıq haqqında təlimi onun panteist olduğuna dəlalət edir. 
Yusif Qarabaği hər şeydən əvvəl varlığı fəlsəfənin öyrəndiyi obyekt hesab edərək, 
onun tam vəhdət halında mövcud olduğunu söyləyir. Mütəfəkkirin əqidəsinə görə 
təbiət və onun bir hissəsi olan insan arasında olan münasibətə oxşayır. Vahid və 
çoxluq, hissəcik və bütöv mövcudat vahid tam bir varlığı təşkil edir. Yusif Qaraba-
ğinin təliminə görə varlıq vahid olan tam bir bütövün ifadəsidir. Ayrı-ayrı cisim və 
hadisələrin arasında olan müştərək cəhətlər həmin mövcud olanların eyniyyət və 
tam bərabərlik təşkil etməsinə bir sübutdur. Buradan isə o, belə bir nəticə çıxarır ki, 
hər şey hər bir şeydə mövcuddur. 
Yusif Qarabaği dönə-dönə dünyanın vəhdətliyi fikri ilə daha çox bağlı olduğu 
üçün ikilik aləmini deyil, vəhdətlik aləmini qəbul etməyi zehni kamillik sayırdı. 
Yusif Qarabağinin panteist dünyagörüşündə varlığın vahid substansiyadan ol-
ması məsələsi elmi əsaslarla sübut edilməsə də, maddi aləm daimi hərəkətdə, dəyi-
şiklikdə, inkişafda göstərilməsə də bütün mövcudatın - mədənlər, bitkilər, heyvan-
lar və insanlar arasında olan sədlər aradan qaldırılır və dünyanın vəhdətliyi məsələ-
si irəli sürülür. 
Yusif Qarabağinin hərəkət, məkan və zaman haqqındakı fikirləri metafizik çər-
çivədən kənara çıxa bilməmişdir. 
Yusif Qarabağinin idrak və məntiq sahəsində də dövrünə görə xidmətləri ol-
muşdur. Qarabaği məntiq elmini və nəzəriyyəsini təhlil və inkişaf etdirməkdə peri-
patetiklər kimi əsas e'tibarilə Qədim Yunan filosoflarının, xüsusilə Ərəstunun idrak 
və məntiq nəzəriyyəsinə istinad etmişdir. Onun idrak və məntiq sahəsindəki baxış-
ları “Xanəgah haşiyələri”, “Təhzibin şərhinə dair haşiyə” və qismən “Həft behişt” 
əsər və traktatlarında şərh edilmişdir. 
Yusif Qarabağinin dünyanın dərk edilməsində hissi idrakın rolunu müsbət qiy-
mətləndirdiyi və xüsusi olaraq dönə-dönə qeyd etdiyi üçün o, dövrünün sensualist fi-
losofu kimi çıxış etmişdir. Filosof xarici və daxili hissləri biliyimizin ilk mənbələri 
və insanı ətraf mühitlə bağlayan amillər kimi səciyyələndirməyə səy göstərmişdir. 
Yusif Qarabağinin əqidəsinə görə əsl insan nəfsin ən yüksək qüvvəsidir. Filo-
sof əqli bir çox hallarda insanı nəfsi mücərrəd təfəkkürə və ümumi idraka aparan, 
fəhmi (intellekti) isə insani nəfsin bir qüvvəsi kimi bilikləri kəsb edən vasitə hesab 
etmişdir. Yusif Qarabaği idrak təlimində bir sıra ərəb dilli filosofların, o cümlədən, 
Fərabi, İbn Sina, Bəhmənyar və başqalarının arxasınca gedərək bu fikirdə olmuşdur 
ki, əql anlayışların, kateqoriyaların və universalın əldə edilməsi üçün nəfsin orqanı-


158
dır. Göründüyü kimi Qarabağinin idrak nəzəriyyəsində sensualizm ilə rasionaliz-
min əlaqələndirilməsi müşahidə olunur. 
Filosofun fikirlərindən tamamilə aydın olur ki, hissi məlumatlar olmadan, ruhi, 
məntiqi, iradi fəaliyyət, məfrumların yaranması, əqli nəticələrin çıxarılması və s. 
mümkün deyildir. 
Yusif Qarabağinin mühüm əsərlərinin öyrənilməsi göstərir ki, o, öz yaradıcılı-
ğında sistemləşdirilmiş şəkildə olmasa da, ayrı-ayrılıqda etik və əxlaq məsələlərinə 
toxunmuşdur. Yusif Qarabağinin əxlaqa dair mühakimələri onun ümumfəlsəfi mü-
hakimələri ilə bağlı idi. Qarabaği öz səlnamələri kimi əsas etibarilə insanların bütün 
yaxşı əxlaqi keyfiyyətlərinə malik olmasını, səadət və xoşbəxtliyə çıxmasını, həyat-
dan zövq almasını və s. həqiqətin öyrənilməsində və dərk edilməsində görürdü. 
Məhz buna görə də onun etik baxışlarında azad fikirlilik və s. kimi mühüm xüsu-
siyyətlər öz əksini tapmışdı. Filosof insana hörmət bəsləməyi, mehriban münasibə-
ti, rəhmdil olmağı, hətta o zaman ən müqəddəs, savab iş sayılan Kəbə ziyarəti kimi 
dini adətdən üstün tuturdu. O, “Həft behişt” əsərində yazmışdı: “İnsanların ürəyini 
ələ gətir ki, bu ən böyük ibadətdir. Bir ürəyi ələ gətirmək min dəfələrlə Kəbə ziya-
rətindən yaxşıdır”. Mütəfəkkirin bu sözləri onun sələflərinin, xüsusən məşhur Şərq 
panteistləri Mənsur Həllacın və Mahmud Şəbüstərinin buna oxşar fikirləri ilə ya-
xından səsləşirdi. 
Yusif Qarabağidə nikbinliyə, həyatda sevincə və şadlığa qovuşmağa çağırış 
motivləri də vardır. Məsələn, “Ürək yumurtasının keşiyində duran bir quş ol, çünki 
ürək yumurtasından sevinc və şadlıq doğulur”. 
Deyildiyi kimi Yusif Qarabaği öz etik görüşlərində insan əqlinə və zəkasına 
böyük qiymət vermiş, əqli insanların tərbiyəsi üçün əsas vasitələrdən biri hesab et-
mişdir. Filosof Şərqin böyük mütəfəkkiri Sədi Şirazinin “İnsanın böyüklüyünü gös-
tərən yaş deyil əqildir” kəlamını təkrarlayaraq ağıllı və zəkalı insanları yüksək qiy-
mətləndirmişdir. Məhz buna görə də Yusif Qarabaği biliyi və elmi insanların mənə-
vi zinəti adlandırmışdır. Yusif Qarabağinin etik baxışlarında diqqəti cəlb edən mə-
sələlərdən biri də ədalətli olmaqdır. Mütəfəkkir bu barədə əsas etibarilə sufi-pante-
istlərin, o cümlədən, Mahmud Şəbüstərinin mövqeyində durmuşdu. 
Yusif Qarabağinin etik baxışlarında adamların öz mənliyini saxlaması və şəra-
fətli yaşaması kimi gözəl əxlaqi sifətlər diqqətə layiq yer tutur. O, şərəfliyə qarşı 
duran mənfi əxlaqi keyfiyyətləri alçaqlıq və rəzalət adlandıraraq onları pisləyirdi. 
Mütəfəkkir həyatda vəfalı və sədaqətli olmağı da insanın ən yaxşı mənəvi xüsusiy-
yəti kimi qiymətləndirmişdi: “hər kəsdən, hətta itdən belə vəfa görünərsə, xoşdur”. 
Mütəfəkkir belə bir ideyanı təqdim etməyə çalışırdı ki, insan gərək dostluqda səda-
qətli, möhkəm və dönməz olsun, heç kəs və heç bir şey bu dostluğu sarsıda bilməz. 
XVII əsr Azərbaycan xalqının mütərəqqi fikirli görkəmi filosoflarından biri də 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin