Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə143/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   307
333 felsefe muhazireler toplusu eyani

Seyid Yəhya Bakuvinin
böyük xidmətləri olmuşdur. Sırf Türk –İslam sufi cərə-
yanı kimi meydana gələn Xəlvətiliyin digər özəlliyi isə sünniliyin və şiəliyin sintezi 
kimi çıxış etməsi olmuşdur. Bu təriqətdə həm sünnə, həm də İmam Əli və əhli-beyt 
sevgisi təbliğ edilir. 
Xəlvətilik XV əsrin ilk rübünə qədər mərkəzi Şamaxı olmaqla Şirvanda fəaliy-
yət göstərən məhəlli bir təriqət idi. Ancaq təriqət, bu dövrdə Şamaxıdan Bakıya gə-
lən gənc bir sufi şeyx tərəfindən yeni bir mərhələyə qədəm qoydu. İmam Musa Ka-


155
zım nəslindən, Şirvanşahlar dövlətində Nəqibül-əşraf vazifəsində olan Seyid Bəha-
əddinin oğlu Seyid Cəmaləddin Yəhya, Xəlvətilərin yeni mürşidi oldu. Şamaxıda 
soylu və zəngin bir ailədən gələn Seyid Yəhya, daha cavan vaxtında atasının sahib 
olduğu var-dövlətdən üz çevirərək sufilik yolunu seçmişdi. Şamaxı mədrəsələrində 
elm təhsil edən Yəhya, eyni zamanda güclü təsirə sahib xəlvəti mürşidi şeyx Səd-
rəddinin təkkəsinə davam edərək burada mənəvi elmlərdə də tərbiyə və tədrisini ta-
mamladı. Şeyxi Sədrəddin ölmədən az əvvəl onu yerinə şeyx təyin etdiyi zaman 
hələ otuz yaşı yox idi. Yaşlı müridlər onun gənc olmasını bəhanə edərək etiraz etdi-
lər və o Şamaxını tərk edərək (təxminən 1420-ci illərdə) Bakıya gəldi. Seyid Yəhya 
Bakıya gəldiyi əsnada Şirvanşah Xəlilullah xan hakimiyyətdə idi və paytaxt da mü-
vəqqəti olaraq Bakı olmuşdu. Seyid Yəhya Xəlilullah xanın himayəsində xəlvətili-
yin xanəgahını burada, Şirvanşahın sarayı yanında təsis etdi. Qaynaqlar adil bir ida-
rəçi olan Xəlilullah xanın ona böyük hörmət və yardım göstərdiyini qeyd edirlər. 
Onların aralarındakı səmimi münasibətin dərəcəsini göstərən əlamətlərdən biri də 
yazdığı “Kəşful-Qulub” əsərini Xəlilullah xana ithaf etməsidir. Seyidin dərgahı ət-
rafında onun tərəfindən tikilən məscid, türbə və digər abidələr də bu əlaqəni aydın 
şəkildə göstərməkdədir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin