159
gəlmişdir. Saib Təbrizi XVII əsrdə təkcə Azərbaycanda və İranda deyil, Yaxın və
Orta Şərq ölkələrində mütərəqqi fikir cəbhəsinin önündə
gedən görkəmli alim və
sənətkarlardan biri idi. Cəhalətə zülm və ədalətsizliyə qarşı ciddi etiraz etmək, şah-
ları və hakimləri ədalətə çağırmaq, azadlıq ideyalarını tərənnüm etmək, insanı sə-
ciyyələndirən gözəl əxlaqi sifətləri təbliğ etmək, yüksək estetik zövq aşılamaq və s.
Saib Təbrizi əsərlərinin ictimai, siyasi və fəlsəfi ideya məzmununun əsasını təşkil
edir. O, əsərlərini Azərbaycan və fars dillərində yazırdı.
Saib Təbrizi yaşadığı əsrdə fanatik əqidələrdən uzaq azad fikirli bir mütəfəkkir
olmuşdur. O, həyatın bir çox mühüm məsələlərinin, o cümlədən varlığın, səmanın,
dünyanın sirlərinin, ölüm-dirimin, bir sözlə, “necə və nə üçün” suallarına cavab ax-
tarmalı olan bütün məsələlərin həllində hikmət və urfanın heç bir köməyi olmaya-
cağını söyləyirdi. O, deyirdi: “İnsan o vaxt mə'rifət əhli ola bilər ki, “necə və nə
üçün” dünyasını dərk edə bilsin”. Lakin Saib Təbrizi təbiətin sirlərini və onun hər
bir zərrəsinin mahiyyətini dərk etmək üçün panteist baxışlarının mövqeyində dur-
mağı, təbiətin özü ilə qovuşmağı yeganə əlac bilərək yazırdı: “Qətrənin mahiyyəti-
ni o gün dərk etmək olar ki, dənizdə dalğa kimi üzə biləsən”. Bununla bərabər Saib
Təbrizi idrak məsələsində fəlsəfi mühakimələrin kifayətləndirici mövqelərinə şüb-
hə ilə yanaşmışdır. Dini əqidələrə və təriqətlərə bəslədiyi münasibət onu sufizm və
panteizmə gətirib çıxarmışdır. O, hər şeyi, o cümlədən islam dini zəminində tarixən
yaranmış 72 müxtəlif dini əqidəni “əbədi və əzəli” bir varlıq sayılan
mütləq həqiqə-
tin - vahid allahın təcəllisi hesab edərək yazmışdır: “72 millətin üz tutduğu nöqtə
Allahın dərgahından başqa bir yer deyil”. Saib Təbrizinin dünyagörüşündə panteist
fikirlər mühüm yer tutur. Bir sıra Qərb mütəfəkkirləri kimi Saib Təbrizi də təbiətlə
ruh arasında olan ziddiyyət və əkslikləri panteistcəsinə həll etmək istəmişdir. Saib
Təbrizi varlığa münasibət məsələsində ən əvvəl panteizm mövqeyində duran iki
dünyanın mövcud olmasından bəhs etmiş və nəticə etibarilə fəlsəfənin başlıça, əsas
məsələsini idealistcəsinə təhlil etmişdir. Mütəfəkkirin fikrincə hər şeydə allah möv-
cud olduğu üçün hər şey özü allahdır. Vəhdət dünyasında hər şey yarsız və dildar-
sız deyildir. Allahla təbii varlıqları eyniləşdirmək meylləri mütəfəkkiri belə bir qə-
naətə gətirib çıxarır ki, heç bir varlıq Allah varlığından ayrılıqda mövcud deyil və
bunların birini digərsiz təsəvvür etmək qeyri-mümkündür. Saib öz dünya baxışında
panteist əqidəyə o qədər inam və məftunluq göstərmişdir ki, özünəməxsus yaradıcı-
lıq xüsusiyyətləri ilə onu ən yüksək, ülvi bir məqama çatdırmağa çalışmışdır. Saib-
də insanpərvərliyin əsas əqli mənşəsi olan real həyata pərəstiş onun dünya görüşün-
də olan ən müsbət hallarından biridir. Bəşəriyyətin ən qədim idealı olan həyat sev-
gisi doğma dini əqidə və milli hisslərlə qarşı-qarşıya duraraq, insanlara insanlıq gö-
zü ilə baxmış və dünyanı vahid bəşəriyyət ailəsinin beşiyi hesab etmişdir. XVII əs-
rin qaranlıq və irticaçı mühitində batıb qalmış Yaxın və Orta Şərq ölkələrində Saib
Təbrizinin belə bir dünya baxışı mütərəqqi sayılmaya bilməz.
Onun geniş möv-
humda işlətdiyi eşq istilahı əsas etibarilə həyati mənada olmuşdur. Saib Təbrizinin
eşqə pərəstiş hissləri insanları yaşadığı real həyatın maddi nemətlərindən və təbiə-
tin gözəlliklərindən zövq almağa həyəcanlandırır və təhrik edir. Real eşqi tərənnüm
edən Saib Təbrizi gözəl və nəcib insanlara təmiz və sadiq nəzərlə baxmağı tövsiyyə
160
edərək, insanı ən yüksək keyfiyyətli varlıq adlandırır.
XVII əsrdə Azərbaycan mütəfəkkiri olan Saib Təbrizi özünəməxsus yaradıcılıq
tərzinə əsasən öz dünyagörüşünü sırf fəlsəfi islahatlarla deyil, bədii-ədəbi və məca-
zi ifadələrlə bu və ya digər şəkildə bəyan etmişdir. Buna görə də o, fəlsəfi kateqori-
yalara dair qətiyyən heç bir ünvan, yaxud bölmə və əsər yazmamışdır. Eləcə də fəl-
səfənin əsas məsələsi ilə əlaqədar olan idrak nəzəriyyəsi haqqında da ayrıca xüsusi
bəhs açmamışdır. Lakin mütəfəkkirin əsərlərində çox nadir və üstüörtülü halda olsa
da, idrak məsələsinə toxunduğunu sezmək olur. Buradan belə bir qənaətə gəlmək
olur ki, idrak məsələsinin qoyuluşu və həllində Saib Təbrizi qismən sufi panteist
mövqeyində durmuşdur. Saib Təbrizi idrak məsələsində aydın bir nətiçəyə çatmaq
üçün çətinliklərdən qorxmayan axtarışların, daha doğrusu
təcrübənin roluna əhə-
miyyət verirdi.
Saib Təbrizi hər şeydən əvvəl idrakı insanın özünü dərk etməsi və tanıması
məsələsi ilə əlaqələndirərək, müəyyən dərəcədə Sokratın “özün özünü dərk et” ki-
mi məşhur ifadəsini təkrar etmişdir. O, öz dövrünün parlaq alimi kimi əsərlərində
elmi biliyə, maarifə yiyələnməyə və elmin nailiyyətlərinə qiymət verir, insanların
baxışlarında olan dumanlı cəhətləri yalnız elm vasitəsilə aradan qaldırmanın əhə-
miyyətindən danışırdı.
Saib Təbrizi belə hesab edirdi ki, qızılın əyarı çoxaldıqca, onun dəyəri yüksəl-
diyi kimi insanların da biliyi artdıqca, onların ictimai çəkisi çoxalır, onlar daha yet-
kin və kamil adama çevrilirlər. Buna görə də mütəfəkkir insanları yaşadığı fürsət-
dən istifadə edib, özlərini kamil adam səviyyəsinə çatdırmağa davam edirdi.
Saib Təbrizinin dünya görüşündə fəlsəfi fikirlərlə yanaşı, çox zəngin etik, di-
daktik və ictimai fikirlərdə diqqətəlayiq yer tutur. Saib Təbrizi yaradıcılığında döv-
rünün və mühitin inkişaf səviyyəsindən irəli düşərək mütərəqqi əxlaq, mədəni məi-
şət məsələləri və qaydalarına dair qiymətli fikirlərlə çıxış etmişdir. Saibin etik gö-
rüşünün mərkəzi nöqtəsində insanın yaşaması üçün ən
zəruri amil olan və insan
üçün yüksək əxlaqi keyfiyyət sayılan əmək və şərəfli zəhmət durmuşdur. Saib Təb-
rizi yaşayışın əsas məzmununu yalnız yeyib-yatmaqda deyil, əməkdə, zəhmət çək-
məkdə və minnətsiz həyat sürməkdə görür və bu nöqteyi-nəzərdən işləmək istəmə-
yib, tüfeyli vəziyyətdə yaşamağa can atan adamları kəskin tənqid atəşinə tuturdu.
Dostları ilə paylaş: