163
Azərbaycan maarifçiliyinin
ikinci mərhələsi
-XIX əsrin sonu və XX əsrin əv-
vələrini əhatə edir. Bu dövrün maarifçiliyi daha çox radikalizmə, inqilabi demokra-
tik ideyalara qovuşması ilə, həyat proqramlarını daha qətiyyətli taktiki metodlarla
həyata keçirməyə meylli olması ilə fərqlənir.
C.Məmmədquluzadə, M.Sabir,
Ö.Nemanzadə, Ü.Hacıbəyov, S.Ağamalı oğlu, N.Nərimanov
və b. ideyalarını
ikinci
dövrün radikal, inqilabi-demokratik maarifçiliyinə aid etmək olar.
Dördüncüsü
, XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi və fəlsəfi fik-
ri üçün həm də realist inqilabi-demokratizm ideyaları xas idi. Bu ideyaları
maarifçi-
liyin ilkin dövrü nümayəndələrinin fikirlərindən fərqləndirən əsas cəhət, onların öz
məqsədlərini həyata keçirmək yollarında, taktiki vasitələrində idi. Belə ki,
ilkin
dövr maarifçiləri çıxış yolunu bütövlükdə cəmiyyət üzvlərinin maarifləndirilməsin-
də, dinc, ümumi sosial-siyasi, iqtisadi və mənəvi islahatların həyata keçirilməsində
görürdülərsə, inqilabi-demokratizmin nümayəndələri əsas taktiki vasitə kimi yalnız
ümumi maarifçilik islahatını, biliyin yayılmasını deyil, həm də radikal taktiki təd-
birlərə əl atılmasını, inqilabi yolla sosial ədalətsizliyin ləğv edilməsini, demokratik
azadlıqların həyata keçirilməsini irəli sürürdülər. Əgər maarifçiliyin ictimai bazası-
nı, əsas qüvvəsini kəndlilər təşkil edirdilərsə, inqilabçı-demokratizmin sosial baza-
sını cəmiyyətin əzilən kütlələri (kəndlilər, fəhlələr, sənətkarlar, şəhər yoxsulları və
s.) təşkil edirdilər. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş
Dostları ilə paylaş: