166
dillərini bilən, rus şərqşünaslığının banilərindən olan Mirzə Kazım
bəy XIX əsr
Asiya və Avropanın elmi dairələrində şöhrət qazanmışdı. Mirzə Kazım bəyin mə-
dəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və
Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanuna-
uyğunluqlarına həsr
edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə
fərqlənir. Mirzə Kazım bəy xurafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək də-
yərləndirmişdir. O, elmin milli və bölgə zəmininin olmasının
vacibliyini xüsusi
qeyd edirdi: “Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz… ölkənin isla-
hatçıları ölkənin özündə doğulmalıdırlar”. M.Kazım bəyin “Bab və babilər” əsərin-
də
təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani)
aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatı-
nın isə azad iradə ilə bağlılığından bəhs olunur. Onun “Firdövsiyə görə mifologiya”
əsərində müxtəlif bölgə mifləri, onların mənşəyi və təşəkkülündə ədəbi və dini tə-
fəkkür formaları və psixoloji amillər tədqiq edilmiş, “Şamil və müridizm”, “Bab və
babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərə-
katı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüş-
lərinin elmi şərhi verilmişdir.
Azərbaycanda Maarifçiliyin fəlsəfi ideyalarının yayılması və inkişafında şair-
mütəfəkkir
Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və b.
özlərinə məxsus yer tut-
muşlar.
M.F.Axundov
1812-ci ildə Şəki şəhərində tacir ailəsində anadan olmuş, gənc
vaxtlarından ərəb və fars dillərini, habelə ilahiyyatı öyrənmişdir. 1832-ci ildə Gən-
çə şəhərində mədrəsəyə daxil olmuş və orada böyük Azərbaycan şairi və azad fikir-
li alimi Mirzə Şəfi Vazehin təsiri altında dini təhsildən imtina etmiş və Şəki şəhə-
rində açılan rus nahiyə məktəbinə daxil olmuşdur. Lakin oranı da yaşı ötdüyünə gö-
rə tərk etmiş, 1834-cü ildə Tiflis şəhərində dövlət idarəsində şərq dilləri üzrə tərcü-
məçi vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna qədər (1878-ci il) orada ya-
şamışdır.
M.F. Axundov Tiflis ədəbi, ictimai-siyasi mühitində rus və qərbi Avropa mə-
dəniyyəti ilə yaxından tanış olmuş, rus dilini dərindən öyrənmiş, o vaxt Zaqafqazi-
yanın və Rusiyanın görkəmli yazıçıları, inqilabçı demokratları, mütərəqqi fikirli zi-
yalıları ilə ünsiyyətdə olmuş, onlarla dostluq etmişdir. M.F. Axundovun Tiflis mü-
hitindəki dostlarından
Dostları ilə paylaş: