Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə150/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   307
333 felsefe muhazireler toplusu eyani

C.Məmmədquluza-
də, M.Ə.Sabir

Ü.Hacıbəyov, C.Ağamalı oğlu, V.Xuluflu, N.Nərimanov
və b. 
inqilabi-demokratizmin əsas nümayəndələri idilər. 
Beşincisi, 
XIX əsrin axırı XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi 
fikri üçün səciyyəvi cəhətlər mətbuatda, kosmoloji düşüncədə, bioloji, tibbi və s. 
görüşlərdə elmi-realist ideyalara, dövrün təbii-elmi yeniliklərinə doğru dönüşdən 
ibarətdir. Bu dövr Azərbaycan ictimai fikrinin bir çox nümayəndələri (
H.B.Zərda-
bi, C.Məmədquluzadə, N.Nərimanov, F.Köçərli, Omər Faiq, M.Hadi 
və b.) bə-
zi hallarda İslam dini mövqeyindən çıxış etsələr də, əslində yeni üsul məktəblərin 
açılmasını, Darvinin təkamül və Eynşteynin nisbilik nəzəriyyəsini, kainatın maddi 
vəhdətdən ibarət olmasını, təbii-tibbi biliklərin yayılmasını və s. geniş təbliğ edirdi-
lər. Bu cəhətdən ''Əkinçi" qəzeti, "Füyzat" və "Şəlalə" məcmuələri səhifələrində tə-
biətşünaslığa dair dərc olunmuş çoxsaylı yazılar xüsusi əhəmiyyət kəsb edirdi. De-
məli, bu dövrdə ictimai-fəlsəfi fikirdə təbii-elmi ideyaların realist təbliği, mətbuat-
da, elmi-bioloji, tibbi baxışlarda, fəlsəfi araşdırmalarda naturalist-materialist istiqa-
mət güclənir. subyektiv idealist dini-mistik mövqelər zəifləyir. 
Altıncısı, 
XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün, ölkənin 
milli müstəqilliyi; suverenliyi və demokratik inkişafını türkçülük, islamçılıq və 
müasirlik mənəvi prinsipləri ilə vəhdətdə həyata keçirilməsində görən xüsusi fəlsə-
fi-ideya cərəyanı də mövcud idi. Bu cərəyanın xalqımızın milli mənlik şüurunun 
oyanmasında, öz soy kökünə və mütərəqqi milli dəyərlərə qayıtmasında, müstəqil 
Azərbaycan dövlətçiliyi ideyalarının yaradılması və reallaşmasında (1918-1920-ci 
illərdə Azərbaycan Demokratik Cümhuriyyəti) böyük mütərəqqi xidməti olmuşdur. 
Həmin ideya cərəyanının yaradıcıları və təbliğatçıları əsasən 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin