Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


ciddi yanılmışdır. Bunlar heç vaxt pis  əməlin, cinayətin qarşısını almayıb:  “Məgər elə bir müsəlman vardır ki, cəhən-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə155/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
ciddi yanılmışdır. Bunlar heç vaxt pis 
əməlin, cinayətin qarşısını almayıb: 
“Məgər elə bir müsəlman vardır ki, cəhən-
nəm qorxusundan xalqın malı əlinə düşdükdə yeməsin... Bütün oğrular, yol 
kəsənlər və
qatillər cahil adamlar sırasından, yəni
cəhənnəmə inanan adamlar 
sırasından çıxır”.
M.F.Axundov mənəviyyatın əsasına elmi, təhsili, ağlı, kütlələrin mədəni inki-
şafını qoyurdu. O, ictimai şüur forması kimi dinin strukturunda üç ünsürün olduğu-
nu qeyd edirdi: etiqad, ibadət və əxlaq. O qeyd edirdi ki, bu ünsürlər içərisində əsas 
məqsəd əxlaqdır. Etiqad və ibadət isə yardımçı məqsədlər sayılır. Çünki məhz əxla-
qa təsir etmək yolu ilə şəxsiyyəti, ailəni və bütövlükdə cəmiyyəti dini etiqad və iba-
dət fəaliyyət amili kimi çıxış edir. M.F.Axundoyun fikrincə əgər, insan yaratdığı 
xəyalı vücudu təsəvvür etmədən yaxşı əxlaq sahibi ola bilərsə, o vaxt dinin struktu-
runa daxil olan iki yardımçı prinsipinə - etiqad və ibadətə ehtiyac qalmaz, onlar 
aradan çıxar, əxlaq da dini pərdəsini itirər. M.F.Axundov dinin strukturundakı eti-
qad və ibadətin (deməli, bütövlükdə dini dünyagörüşün də) aradan qaldırmasının 
əsas səbəbini cəmiyyətin mənəvi yüksəlişində, elmi tərəqqisində görürdü.
M.F.Axundov öz ictimai-siyasi görüşləri, müasiri olduğu cəmiyyətə fəlsəfi ba-
xışları etibarilə despotizm, monarxiya üsul-idarəsinə, teokratiyaya qarşı çıxaraq, 


169
maarifçi və inqilabi-demokrat kimi, demokratik respublikaya, xalqın seçdiyi nüma-
yəndələrdən ibarət parlament idarəçiliyinə tərəfdar idi, xalqın inqilabi-demokratik 
və azadlıq hərəkətini alqışlayırdı. 
M.F.Axundov siyasi görüşlərində hökmdarın xalqla bir olması

özünü xalqdan 
ayırmamağı məsələlərinə mühüm əhəmiyyət verirdi. M.FAxundov xalq kütlələrinə 
münasibətdə özünün sələfləri hesab etdiyi fransız maarifçi materialistlərindən (Vol-
ter, Monteskye və b.) daha qabağa getmişdi. O, xalqın inqilabi hərəkəti nəticəsində 
qurulacaq demokratik cəmiyyəti özünün siyasi idealı hesab edir, tarixdə xalq kütlə-
lərinin aparıcı rolunu yüksək qiymətləndirirdi.
Böyük mütəfəkkir yazıçı, materialist və ateist filosof, maarifçi və inqilabi-de-
mokrat olan M.F.Axundovun dünyagörüşü Azərbaycan ictimai-siyasi və fəlsəfi fi-
kir tarixində mühüm mərhələ idi. Onun əsas xidməti bundan ibarət idi ki, o din, 
idealizm və cəhalətin hökm sürdüyü bir şəraitdə Azərbaycanda fəlsəfi materializm 
bayrağını ucaltmış, despotizm və fanatizmə qarşı, demokratiya və hüquq bərabərli-
yi uğrunda kəskin və ardıcıl mübarizə ondan gələn Azərbaycan maarifçiləri və inqi-
labçı-demokratları, xüsusilə 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin