Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə140/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   307
333 felsefe muhazireler toplusu eyani

İmaddəddin Nəsimi 
(1369-1417) olmuş-
dur (Əsl adı Seyid Əli). Azərbaycanın filosofu Şamaxı şəhərində dünyaya göz açıb. 
İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat 
və astronomiyanı öyrənmişdir. X əsrdə Bağdadda dara çəkilmiş həllac Mənsur Hü-
seynin Sufi görüşlərini təbliğ edən Nəsimi ilk şeirini Hüseyni təxəllüsü ilə yazmış-
dır. XIV əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi (hürufi ərəbçə hərflər 
sözündəndir) təşkilatları ilə əlaqə saxlamışdır. Fəzlullah Nəiminin görüşlərini mə-
nimsəyərək təriqətin fikirlərini təbliğ edən şeirləri yazmağa başlamış və bu vaxtdan 
etibarən Nəiminin təxəllüsü ilə həmahəng deyilən Nəsimi təxəllüsü qəbul etmişdir. 
1394-cü ildə Nəimi edam edildikdən sonra onun “Vəsiyyətnamə”sinə əsasən Nəsi-
mi Təbrizə, oradan da Anadoluya (Türkiyəyə) getmiş hürufilik ideyalarını yaydığı 
üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə yaşamış, orada 
həbs olunmuş, “kafir”, “dinsiz” elan edilərək, Misir sultanının əmri və ruhanilərin 
fitvası ilə diri-diri dərisi soyulmuşdur. 
Nəsiminin görüşlərində insana məhəbbət, insan şəxsiyətinin azadlığı mövzusu 
başlıca yer tutur. Şair insanı alçaldan, azadlığını buxovlayan feodal dini-əsarət 
əleyhinə alovlu etiraz səsini qaldırdı. Nəsimi insanı bir yaradıçı varlıq kimi ucaldır, 
hətta “məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyərək insanın qüdrətini 
tərənnüm edirdi, lakin insanı ilahiləşdirən mütəfəkir onu göylərə qaldırmır, konkret 
insan obrazını nəzərdə tuturdu. Şairin lirik “məni” elə bir aləmdir ki, bütün kainatın 
sirləri burada gizlənmişdir. O əzəli və əbədidir, dünyada müxtəlif şəkillərdə təzahür 
edir. İnsan zəkasının, varlığın sirlərini açmağa qadir olduğuna dərin inam bəsləyən 
Nəsimi ideyalarında insanın özünü, beləliklə də həqiqəti dərk etməyə çağırırdı. Hə-
yat və kainatın sirlərini dərk etməyə sə'y göstərən mütəfəkkir ardıcıl panteizm möv-
qeyində durur, özündən əvvəlki panteistlər kimi ruhun cəmadət (cansız aləm), nə-
badət və heyvanatdan keçərək, insana doğru inkişafını qəbul edirdi. Nəsiminin fik-
rincə maddə məhv olmur. Əbədi yaşayır, insan öldükdən sonra bitki şəklində yeni-
dən həyata qayıdır. Beləliklə o, həyatı əzəli və əbədi adlandırır. Lakin başqa pante-
istlərdən fərqli olaraq, Nəsimi bu fikirləri hürufilik baxımından izah edir. Nəsimi 
həyat gözəlliklərini təsdiq edən, ondan bəhrələnməyə çağıran nikbin ruhlu mütəfək-
kirdir. Nəsimi sufilərə tənqidi yanaşmış özünü dərk edən, həyatın zövqünü bu dün-
yada görən, insan qüdrətinə inanan, onu həyatın yaradıçısı sayan, insan gözəlliyini 
təqdir edən hünərli, iradəli bir şəxsiyyət olan “arif” obrazını onlara qarşı qoymuş-
dur. Nəsimi yaradıcılığında onu kafirlikdə, dinsizlikdə təqsirləndirən ideya düş-
mənləri ilə mübarizəsi əhəmiyyətli yer tutur. O, insanlar arasında dini etiqadlarına 
görə ayrı-seçkilik, düşmənçilik salan “əyri nəzər” din xadimlərini qətiyyətlə pislə-
yir, bütün xalqları bir etiqada, dostluğa səsləyirdi. Böyük Nəsiminin rübailərində 


153
hürufiliyin müddəaları, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi bir 
dildə ifadə olunmuşdur.
Əbdülbaqi Gölpınarlı "Hürufilik mətnləri kataloqu" adlı əsərində hürufiliyin -
Anadoluda Mir Şərif və xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsimi tərə-
findən yayıldığını bildirir. O, eyni zamanda bu dövrdə Azərbaycan, İran, İraq və -
Anadoluda yayılan hürufilik təriqətinin qüdrətli şairidir. İmadəddin Nəsimi gözəl, 
vəcdli və həyəcanlı şeirləri ilə hürufiliyin yayılmasında böyük rol olmuşdur. 
K.Ə.Kürkçüoğlu Abbas əl-Əzzaviyə istinadən yazırdı: "Nəsimi olmasaydı, hürufi-
lik bu qədər geniş yayılmaz və zamanımıza da gəlib çata bilməzdi". 
Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanda, Yaxın Şərqdə, İraqda, Kiçik 
Asiyada və Suriyada, eləcə də Orta Asiyada uyğurlar içərisində şöhrət tapmışdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin