142
Göstərilən dövrdə Azərbaycanda ortodoksal fəqihlərdən Əhməd ibn Harun
Bərdici, Məkki ibn Əhməd Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları
məşhur
idilər. Rasionalizmi və azadfikirliliyi ilə səciyyələnən mötəzili cərəyanının Azər-
baycanda görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçı-
lar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bərdəi,
Əbusəid Əhməd Bərdəi və b. idi. Bu dövrdə İslam mədəni bölgəsində Şərq və qə-
dim yunan fəlsəfəsinə, xüsusən neoplatonizmə əsaslanaraq idealizmlə panteizmi
özündə
birləşdirən özünəməxsus
batinilik
fəlsəfəsi mövcud idi. Bu fəlsəfi təlimi
Azərbaycan filosoflarından batinizmin missionerləri Əbü-l-Qasim Əli ibn Cəfər və
b. yayırdılar. VIII–X əsrlərdə İslam bölgəsində, o cümlədən Azərbaycanda daxilən
ziddiyyətli, lakin əksər hallarda fəlsəfi dünyagörüşündə panteizm, sosial baxışların-
da demokratizm, etik görüşlərində humanizm və varlığa dialektik yanaşma ilə fərq-
lənən mistik ismaililik və sufilik sosio-mədəni cərəyanları ilk inkişaf dövrlərini ke-
çirirdilər. Sufiliyin fəlsəfi dünyagörüşünün əsasında fəlsəfi kateqoriya kimi eşq, is-
maililiyin əsasında isə real və irreal idrakın vəhdəti dururdu. Sufiliyin fəlsəfəsini bu
dövrdə Əbü-l Fərəc
Əbü-l Vahid Varasani Təbrizi, Əbu Saib Həmədani, Əli ibn
Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil edirdi.
Orta əsr mənbələrində
ideya kökləri qədim Şərq və yunan fəlsəfəsinə aparan ismaililiyin İslamı inkar edə-
rək zərdüştiliyin bərpasına cəhdindən bəhs edirlər. İsmaililiyin Azərbaycanda ya-
yılması haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai və b. məlumat verirlər. Mən-
bələrə görə ismaililik fəlsəfəsi təbiət elmlərinin nailiyyətləri və “İxvan əs-Səfa” en-
siklopediyasının yaranması ilə bağlıdır. Bu ensiklopediyanın ideoloqu azərbaycanlı
alim və filosof Əbü-l-Həsən Əli Harun oğlu Zəncani idi.
Şamanizm, zərdüştilik, qədim yunan, xristian və İslam mədəni
bölgələrinin fəl-
səfi ənənələrini özündə sintezləşdirərək inkişaf etdirən VII-X əsrlər Azərbaycan
fəlsəfəsi XI–XIII əsrlərdə həm Azərbaycan mədəniyyətinin İntibahına, həm də bü-
tövlükdə İslam bölgəsi mənəvi mədəniyyətinin, o cümlədən fəlsəfəsinin İntibahına
zəmin yaradan qaynaqlardan olmuş və sonrakı dövrlərdə bu mədəniyyətlərin fəal
üzvi hissəsi kimi tanınmaqda davam etmişdir.
Digər tərəfdən, XI–XII əsrlərdə ölkə-
nin iqtisadi (feodal münasibətlərin inkişafı, pul rentasının yayılması, iqtisadi cəhət-
dən yüksək inkişaf etmiş iri şəhərlərin mövcudluğu), siyasi (müstəqil Şirvanşahlar,
Şəddadilər, Rəvvadilər dövlətlərinin yaranması, Ön Asiya və Şərqin digər bölgələri
ilə müxtəlif növ əlaqələr), sosial (daxili və xarici sosial zülmə qarşı arasıkəsilməz
mübarizə, Beyləqanda 1110-cu ildə xalq hakimiyyətinin yaranması) və mənəvi-mə-
dəni (ərəb və fars dilləri ilə yanaşı türk dilinin elitar ədəbi dil kimi qəbulu) sahələ-
rində vəziyyət və onun unikal mənəvi-mədəni
Dostları ilə paylaş: