Microsoft Word giriw. docx



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix28.12.2021
ölçüsü5,82 Mb.
#17014
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
III FƏS L.BAZAR MÜNAS BƏTLƏR  ŞƏRA T NDƏ 

BÜDCƏDƏNKƏNARFONDLARINVƏSA TLƏR N N 

FORMALAŞMASININ    TƏKM LLƏŞD R LMƏS      ST QAMƏTLƏR  

3.1. Dövlət Sosial Müdafiə  və Dövlət  Neft Fondlarının istifadə  

olunmasının  səmərəliliyinin  artırılması yolları 

Maliyyə  resurslannın  məhdudluğu  dövlət  xərclərini  maliyyələşdirmək  üçün 

müxtəlif  təyinatlı  fondlann  yaradılması  və  istifadəsini  zəruri  edir.Büdcədənkənar 

məqsədli sosial fondlardan istifadə etməklə dövlət xərclərinin maliyyələşdirilməsi 

təcrübəsi xarici ölkələrdə geniş yayılmışdır. 

Büdcədənkənar  fondlar  mərkəzi  və  ya  yerli  hakimiyyət  orqanlarının 

sərəncamında  olur.  Büdcədənkənar  dövlət  fondlarının  yaradılmasmın  zəruriliyi 

aşağıdakılardan  ibarətdir:  dövlət  büdcədənkənar  fondlarınnm  yaradılması  hər 

ş

eydən əvvəl maliyyə resurslarının daha səmərəli istifadə etmək və sosial tədbirləri 



müfəvvəqiyyətlə həll etmək üçün zəruridir. 

Büdcədənkənar fondlar — milli gəlirin müəyyən sosial və iqtisadi məqsədlər 

üçün yenidən bölgüsü vs istifads edilməsinin bir formasıdır.Bütövlükdə istər dövlət 

büdcəsinin və istəesə də büdcədənkənar fondlarm nıənbəyini ÜDM, birinci növbədə 

milli gəlir təşkil edir.Lakin konkret mənada büdcədənkənar fondlar xüsusi vergi və 

yığımlar,  habelə  dövlət  büdcəsi,  bəzi  ölkələrdə  isə  istiqrazlar,  borclar  hesabına 

formalaşır.Büdcədənkənar  fondlara  bəzi  mənbələrdən  vəsaitlər  qaytarılmaq  və 

qaytarılmamaq şərti ilə həyata keçirilə bilər. 

Büdcədənkənar fondlar təkrar istehsal prosesinin inkişafına aşağıdakı yollarla 

təsir göstərə bilər: 

sərbəst pul vəsaitlərinin dövlət qiymətli kağızlarma investisiyalaşdırmaq və 



bununlada müəssisələri zəruri maliyyə resursları ilə təmin etmək; 

sahibkarhq fəaliyyətinin inkişafına təsir göstərmək; 



büdcədənkənar fondlar investor və maliyyə bazarının istirakçısı kimi çıxış 

edə bilər. 

Büdcədənkənar dövlət sosial fondları hesabma bir sıra məsələləri həll etmək 




 

mümkündür. Onlardan: 

ə

haliyə  pul  müavinətləri  ödəmək,  birdəfəlik  yardım  etmək  yolu  ilə  sosial 



yardım və xidmət göstərmək; 

ə



halinin əmək qabiliyyətinin bərpası və qorunub saxlanmasını təmin etmək; 

sosial infrastruktur müəssisələrini maliyyələşdirmək yolu ilə əhaliyə sosial 



xidmətlər göstərmək; 

pensiya təminatını maliyyələşdirmək və s. 



Azərbaycan  Respublikası  iqtisadi  müstəqilliyə  qədəm  qoyduğu  dövrdən 

başlayaraq  digər  iqtisadi  təsir  vasitələri  kimi  maliyyə  münasibətlərinin  də 

təkmilləşdirilməsi və bazar iqtisadi münasibətlərini lap qədimdən tətbiq edən inkişaf 

etmiş  ölkələrin  tətbiq  etdiyi  metodlar  tətbiq  olunmağa  başlandı.Bu  iqtisadi  təsir 

vasitələrindən ən mühümü dövlətin iqtisadi və sosial problemlərə müdaxiləsi bunun 

üçün xüsusi təyinatlı fondlann yaradılması oldu. 

Azərbaycan Respublikasmın SSR  — nin tərkibinə daxil olduğu dövrdə burada 

ə

sasən büdcə vəsaiti hesabına təşkil olunan xüsusi dövlət fondları yaradıldı. Lakin 



mülkiyyət  formalarının  dəyişməsi  respublikada  indiyədənək  mövcud  olmayan 

problemlərin yaranmasına gətirib çıxartdı.Buraya işsizliyin artması, qeyri - istehsal 

sahələrində sosial problemlərin kəskinləşməsi, büdcə kəsirinin sürətlə artması və s. 

aiddir.Bütün  bu  problemlər  dövlətin  sərəncamında  parlament  tərəfındən  nəzarət 

edilməyən  müəyyən  qədər  vəsaitlərin  toplanmasını  zəruri  etdi.Bu  vəsaitlər 

büdcədənkənar  fondlar  şəklində  təşkil  olunmağa  başlandı.  Azərbaycan 

Respublikasında  bu  fondların  yaranmasınm  başlanğıcı  1992  -  ci  ildən  qoyulsada 

ə

saslı  dönüş  ili  1994  -  cü  il  hesab  olunur.  Büdcədənkənar  dövlət  sosial  fondları 



qanunvericilik orqanları tərəfındən təsdiq edilmiş fondlar haqqında qaydaya və ya 

mövcud qanuna uyğun olaraq  cra Hakimiyyəti orqanları tərəfındən təsdiq edilmiş 

qaydalarla fəaliyyət göstərir.1994-cü ildən başlayaraq Azərbaycan Respublikasında 

büdcədənkənar  fondların  yaradılması  dövlət  tərəfındən  tənzimlənməyə  başlandı. 

1994-cü  il  fevral  ayının  16  -  da  Yol  fondunun  yaradılması  haqqında  president 

fərmanı  ilə  Azərbaycanda  büdcədənkənar  fondların  yaradılması  prosesi  təşəkkül 




 

tapmağa  başladı.  Bu  fondların  yaıadılması  üçün  dünya  təcrübəsindən  istifadə 

olunsada ölkəmizim milli xüsusiyyətləri nəzərə alındı. 

Büdcədənkənar  dövlət  məqsədli  fondların  səmərəli  və  məqsədyönlü 

xərclənməsinə  nəzarəti  AR-nın  Maliyyə  Nazirliyi  həyata  keçirir.Büdcədənkənar 

dövlət məqsədli fondlarının fəaliyyətinin tənzimlənməsi üzrə səlahiyyət Respublika 

Xəzinədarlığına həvalə edilmişdir. 

Qeyd  edək  ki,  əgər  Neft  Fondunun  çox  da  uzaq  olmayan  yaranma  tarixinə  qısa 

ekskursiya  etsək  görərik  ki,  ARDNFAzərbaycan  neft  strategiyasının  vacib 

elementlərindən biri kimi yaradılıb. Çünki «Əsrin müqaviləsi» çərçivəsində neftin 

satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra bu qurum təsis edilib. Fond 

yaranandan  indiyə  qədər  fəaliyyətində  ilk  növbədə  şəffaflığa  böyük  önəm  verib. 

Beynəlxalq  təcrübədə  bu,  çox  vacib  məsələdir.  Çünki,  uğur  qazanmaq,  istənilən 

ölkəni  inkişaf  etdirmək  və  gəlirlərdən  lazımi  qaydada  istifadə  etmək  üçün 

maksimum  dərəcədə  şəffaflıq  təmin  edilməlidir.    Azərbaycan  Dövlət  Neft  Fondu 

Böyük  Britaniyanın  hasilat  sənayesində  şəffaflıq  təşəbbüsünə  qoşulan  ilk 

fondlardan  biri  olub  və  bu  təşəbbüsə  regionda  təkan  verilməsi  istiqamətində 

göstərdiyi fəaliyyət ABŞ və Böyük Britaniyanın nüfuzlu maliyyə qurumları yüksək 

qiymətləndirilib.  Reallıqda  ARDNF-in  açıq  və  şəffaf  şəkildə  idarə  olunması 

sahəsində  başqa  ölkələrə  nümunə  ola  biləcək  təcrübəsi  var.  Dövlət  Neft  Fondu 

dünyada  dövlət  idarəçiliyi  sahəsində  ən  nüfuzlu  mükafat  olan  BMT-nin  dövlət 

qulluğu mükafatına layiq görülüb. 

Azərbaycan  Respublikasmm  Dövlət  Neft  Fondu  (ARDNF)  Azərbaycan 

xalqının  dövlət  müstəqilliyi  şəraitində  əsas  milli  sərvəti  olan  neft  və  qazın 

hasilatından  əldə  olunan  gəlirləri  ümumxalq  mənafeyi  və  gələcək  nəsillər  üçün 

istifadə etmək naminə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-ci il 

tarixli  Fərmanı  ilə  yaradılmış,  onun  Əsasnaməsi  29.12.2000-ci  il  tarixində  təsdiq 

edilmiş  və  ARDNF  vəsaitlərinin  yerləşdirilməsi  Qaydalannm  təsdiqindən  sonra 

(iyul 2000) fəaliyyətə başlamışdır. Fondun qarsışmda qoyulan əsas məqsədlərdən 

biri  -  neft  gəlirlərinin  gələcək  nəsillər  üçün  toplanaraq  artırılması,  digəri  isə  bu 




 

gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclannı, iqtisadi tərəqqi və inkişaf tələblərini 

nəzərə almaqla, bugünkü nəsillər üçün düzgün istifadə edilməsidir. 

Neft Fondunun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır: 

1) Dövlət tərəfindən Fonda verilən vəsait və əmlak; 

2) hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının 

payına düşən karbohidrogenlərdən (neft, qaz, qaz kondensatı) və onların satışından 

ə

ldə edilən xalis gəlirlər; 



3)  neft-qaz  sazişlərinin  imzalanması  və  ya  icrası  ilə  bağlı  Azərbaycan 

Respublikasının Dövlət Neft Şirkətinə (ARDNŞ) və ya səlahiyyətli dövlət orqanma 

sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar); 

4) karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən 

ödənilən akrhesabı ödənişlər; 

5)  neft-qaz  layihələrinin  həyata  keçirilməsi  ilə  bağlı  Azərbaycan 

Respublikasının  payına  düşən  dividendlər  və  mənfəətin  bölüşdürülməsindən  əldə 

edilən gəlirlər; 

6)  neftin  və  qazın  Azərbaycan  Respublikası  ərazisi  ilə  Bakı-Subsa, 

Bakı-Tbilisi-Ceyhan  və  Bakı-Tbilisi-Ərzurum  ixrac  boru  kəmərləri  vasitəsilə 

ötürülməsindən əldə edilən gəlirlər; 

7) neft-qaz sazişləri çərçivəsində ARDNŞ-ə və ya səlahiyyətli dövlət orqanına 

sərmayəçilər tərəfındən verilən aktivlərdən əldə edilən gəlirlər; 

8)  Fondun  fəaliyyəti  nəticəsində  əldə  edilən  əmlak  və  vəsait,  o  cümlədən 

Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər. 

ARDNŞ-nin  vəsaiti  ən  mühüm  ümummilli  problemlərin  həllinə  və  strateji 

infrastruktur obyektlərinin inşa və rekonstruksiyasına istifadə oluna bilər. "Büdcə 

Sıstemi haqqında" Qanuna görə, Fondun xəıcləri (Fondun idarə edilməsi ilə bağlı 

xərclər  istisna  edilməklə)  ıcmal  dövlət  büdcəsinin  tərkib  hissəsi  olaraq  həv  il 

parlamentdə  təsdiq  edilir.  ARDNF  yalnız  öz  büdcəsində  nəzərdə  tutulan  xərcləri 

həyata  keçirə  bilər,  onun  əməliyyat  və  idarə  edilməsi  ilə  bağlı  xərcləri  istisna 

olmaqla, qalan bütün xərcləri Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığı vasitəsilə 

yerinə yetirlir. 



 

ARDNF-nin vəsaiti hesabına iki mühüm layihə: 1) Ermənistan Respublikasının 

etnik  təmizləmə  və  təcavüz  siyasəti  nəticəsində  öz  doğma  yurdlarından  didərgin 

düşmüş  qaçqın  və  məcburi  köçkün  ailələrinin  sosial-məişət  vəziyyətinin 

yaxşılaşdırılması  və  məskunlaşdırılması  problemlərinin  həlli;  2)  Heydər  Əliyev 

adına  Bakı-Tbilisi-Ceyhan  Əsas  xrac  Boru  Kəməri  layihəsində  Azərbaycan 

Respublikasınm iştirak payının maliyyələşdirilməsi icra edilir. Azərbaycan 

Respublikası Prezidenti tərəfindən qəbul edilmiş fərman və sərəncamlara uyğun 

olaraq,  ARDNF-dən  1-ci  layihənin  həyata  keçirilməsi  üçün  135  mln.manat 

həcmində vəsait aynlmış, 2-ci layihənin yerinə yetirilməsindən ötrü 244 mln. manat 

məbləğində  vəsait  ödənmiş,  həmçinin  ölkənin  mühüm  sosial  və  iqtisadi  tərəqqi 

ehtiyaclarını təmin etmək üçün 505 mln. manat həcmində vəsaiti Dövlət büdcəsinə 

transfert edilmişdir. 2006-cı ildən başlayaraq, Fond yuxarıda adı çəkilən layihələrlə 

yanaşı,  2  böyük  layihəni:  Oğuz-Qəbələ  zonasından  Bakı  şəhərinə  su  kəmərinin 

çəkilməsi,  Samur-Abşeron  suvarma  sisteminin  yenidən  qurulmasmı  da 

maliyysləşdirəcək, :habelə çox vacib olan Dövlət  nvestisiya Şirkotinin nizamnamə 

kapitahnın  formalaşdırılmasına 90 mln. manat ayıracaqdır. 

Neft  fondunun  investisiya  portfelinin  məcmu  dəyərinin  55%-i  ABŞ  dolları, 

35%-i  avro,  5%-i  ngiltərə  funt-sterlinqində  ifadə  olunan  aktivlərə  yerləşdirilir. 

Portfelin məcmu dəyərinin digər 5%-i isə uzunmüddətli ölka (suveren borc) reytinqi 

"A" ("Standart ənd Purz" (Standart & Poor's), "Fitc" (Fitc)) və ya "A2" ("Mudiz" 

(Mood's)) kredit reytinqlərindən aşağı olmayan ölkələrin valyutalarında yerləşdirilə 

bilər.Fondun  vəsaiti  yüksək  kredit  reytinqinə  malik  olan  xarici  ölkələrin  dövlət 

istiqrazlarına,  xarici  dövlət  agentlikləri  tərəfindən  buraxılmış  borc  kağızlarma, 

maliyyə institutları və banklar tərəfmdon buraxılmış borc kağıizlarına, depozitlərə 

və  pul  bazarı  alətlərinə,  habelə  xarici  menecerlər  vasitəsilə  korporativ  qiymətli 

kağızlara (səhmlərə) yerləşdirilə bilər. 

ARDNF-nin  valyuta  vəsaitlərinin  idarə  olunmasından  ibarət  fəaliyyəti  ölkə 

Prezidentinin  Fərmanı  (19.06.2001)  ilə  təsdiqlənmiş  "Azərbaycan  Respublikası 

Dövlət  Neft  Fondunun  valyuta  vəsatinin  saxlanılması,  yerləşdirilməsi  və  idarə 

edilməsi  haqqında  Qaydalar"la,  büdcənin  tərtib  və  icra  prosesi  "Azərbaycan 



 

Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) 

tərtibi və icrası Qaydaları" ilə tənzimlənir. 

Ölkə  Prezidentinin  Fərmanı  ilə  təsdiq  olunmuş  (27.09.2004)  "Neft  və  qaz 

gəlirlərinin  istifadə  olunması  üzrə  uzunmüddətli  strategiya"da  vəsaitlərin 

iqtisadiyyatın  qeyri-neft  sektorunda,  regionların,  kiçik  və  orta  sahibkaılığın 

infkişafında,  infrastruktur  sahələrinin  genişmiqyash  inkişafında,  yoxsulluğun 

azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, ölkənin müdafıə qabiliyyətinin 

gücləndirilməsində və digər istiqamətlərdə istifadə olunması nəzərdə tutulur. 

ARDNF müstəqil hüquqi şəxsdir, dövlətin büdcədənkənar fondudur. ARDNF- 

nin  fəaliyyətinə  ümumi  nəzarət  səlahiyyəti  hökumət  və  parlament 

nümayəndələrindən  ibarət  Müşahidə  Şurasına  məxsusdur.  Müşahidə  Şurasının 

başhca vəzifəsi ARDNF vəsaitlərinin formalaşması və xərclənməsi üzərində ümumi 

nəzarəti  həyata  keçirmək,  illik  büdcə  layihəsinə,  illik  hesabatlarma  və  maliyyə 

fəaliyyəti audtinin nəticələrinə, həmçinin büdcənin icrası barədə cari hesabatlara rəy 

verməkdir. 

Azərbaycan  hökuməti  neft  gəlirlərinin  uzunmüddətli  idarə  etməyə  verilməsi 

strategiyası üzərində işləyir. Konsepsiyanın mahiyyəti gəlirlərin müəyyən hissəsini 

hər  il  büdcəyə  köçürməkdən  və  ondan  ölkənin  sosial-iqtisadi  problemlərinin 

həllində istifadə etməkdən ibarətdir. Lakin Beynəlxalq Valyuta Fondunun rəsmləri 

hesab  ediıiər  ki,  neft  gəlirlərindən  istifadənin  başhca  məqsədi  infrastrukmrlan 

maliyyələşdirmək  və  inkişaf  etdirməkdir.  nkişafm  indiki  mərhələsində  neft 

gəlirlərindən  qeyri-neit  sənaye  vo  aqrar  istehsal  sahələrinin,  regionlann  inkişafı 

üçün 


Yaxın  illərdə  dünya  bazarında  qiymətlərin  əlverişli  olması  proqnozları 

Azərbaycanın  neft  gəlirlərinin  dəfələrlə  artmasına  real  imkanlar  açır.Beb  bir 

şə

raitdə, lüzumsuz maliyyə israfçıhğına yol verməmək və ölkənin neft ehtiyatlarının 



tükənməsi dövründə maliyyə imkanlarının kəskin azalmasımn qarşısını almaq üçün 

qeyri-neft sektorunda yığım-xərc balansınm optimal təşkili olduqca vacibdir. Belə 

yanaşma  -  neft  gəlirləri  hesabına  maliyyələşən  xərclərə  sərt  nəzarəti,  bu  gəlirlər 

hesabına  gələcək  yığımların  yüksək  səviyyəsinə  nail  olunmasını,  makroiqtisadi 




 

idarəetmənin səmərəsinin artırılmasını, neft gəliıiərini üstün olaraq istehlakın deyil, 

investisiyalann  maliyyələşdirilməsinə  yönəltməklə,  iqtisadiyyatın  strukturunun 

optimallaşdırılmasını,  qeyri-neft  sektorunun  inkişafının  "neft  bumu"  ilə 

dəstəklənməsi ilə yanaşı ona vergi stimullarının da tətbiqini nəzərdə tutan mühüm 

prinsipləri əhatə edir. 

Bu  prinsiplərin  bəziləri  Azərbaycanda  artıq  reallaşdırmağa  başlanmışdır  və 

müsbət  nəticələr  verməkdədir.  Belə  ki,  neft  gəlirlərindən  yaranan  yığımların 

akkumulyasiyasını təmin edən Neft Fondu - daxili xərclərin kəskin genişlənməsinin 

qarşısmı  almaqla,  real  məzənnənin  bahalaşmasına  yol  verilməməsində,  qeyri-neft 

sektorunun  rəqabət  qabiliyyətinin  qorunub  saxlanmasında  və  bugünkü  gəlirlərin 

gələcək  inkişafm  real  maliyyə  təminatına  çevrilməsində  olduqca  mühüm  amildir. 

Bütövlükdə Neft Fondunun məcmu tələbin genişlənməsinə restruktiv təsiri, daxili 

tələbi  ixrac  sektorlarından  qeyri-ixrac  sektorlara  (xüsusilə  xidmət  sektoru) 

yayılmasını (neft gəlirlərinin artmasının təsiri altında) məhdudlaşdıran amildir ki, bu 

da ölkədə təmin olunmuş makroiqtisadi sabitliyin qorunmasına şərait yaradır. 

Xüsusi məqsədlərlə yaradılmış neft fondları təbii resursların istismarından əldə 

olunan gəlirlərin idarə edilməsi baxımından yeni bir mexanizm deyil. Bu fıkri əsas 

tutaraq və aşağıda sadalanan məqsədlərə nail olmaq üçün bir çox ölkələrdə analoji 

fondlar yaradılmışdır: 

-Qiymət dəyişkənliyinə qarşı qoruyucu ehtiyatın yaradılması; 

-Təbii 


resursların 

tükəııməsinin 

qarşısını 

ala 


biləcək 

fondların 

formalaşdırılması; 

-Xərclər  üzərində  nəzarətin  təşkili  və  həddən  artıq  israfçılığın  qarşısının 

alınması; 

- qtisadiyyatın sahələrinin maliyyələşdirilməsi. 

Yuxarıda qeyd olunan məqsədləri Azərbaycana da aid etmək olar.ARDNF-in 

vəsaiti  ölkənin  iqtisadi  inkişafımn  stimullaşdınlmasına,  mühüm  əhəmiyyətli 

infrastruktur  layihələrinin  maliyyələşdirilməsinə  yönəldiləcəkdir.Bununla  yanaşı 

Azərbaycanın  yeni  iqtisadi  sistemə  keçid  və  geniş  iqtisadi  və  sosial  islahatarın 




 

həyata  keçirilməsi  dövründə  ölkənin  idarəetmə  sistemində  sabitliyin  təmin 

edilməsində də ARDNF əhəmiyyətli rol oynayacaqdır. 

Neft  Fondu  fəlsəfəsinin  öndə  duran  tərəflərindən  birini  əhalinin  iqtisadi 

rifahının  artırdması  naminə  yuxarıda  qeyd  olunan  məqsədlərə  nail  olunması  və 

gəiəcək  nəsillər  üçün  iqtisadi  təminatın  yaradılması  təşkil  edir.  Ermənistan 

tərəfındən  zəbt  olunmuş  Azərbaycan  ərazilərinin  bərpası  üzrə  layihələrin 

maliyyələşdirilməsindəARDNF həlledici rola malik olacaqdır. 

Dünyada neft fondu bir çox modelləri mövcuddur.ARDNF-in strukturunda bu 

modellərin bir çoxunun xüsusiyyətləri cəmlənmiş və ölkənin bugünkü şəraitinə daha 

müvafıq olan struktur formalaşdınlmışdır. 

Hal-hazırda ölkədə qeyri-neft sektorunun restrukturizasiyasına yönəlmiş bir sıra 

kompleks  tədbirlər  də  həyata  keçirilməkdədir.Belə  ki,  son  illər  bu  sektora  xarici 

investisiyalann  axını  güclənmiş,  ixrac  və  idxalı  əvəzedən  sahələrin  inkişafı,  o 

cümlədən, onun məzənnə siyasəti vasitəsilə inkişaf etdirilməsi diqqət mərkəzində 

saxlamlmışdır.Ölkədə  özəl  sahibkarlığm  inkişafma  dövlət  dəstəyinin  həm 

institutsional,  həm  də  maliyyə  kontekstində  artırılmasını  nəzərdə  tutan  fərmanlar 

verilmiş və onların icrasına başlanmışdır. 

Eyni  zamanda,  qeyri-neft  sektorunun  inkişafına  bilavasitə  təsir  edən 

iqtisadiyyatın  infrastruktur  sahələrinin  modernləşdirilməsi  (o  cümlədən  xarici 

maliyyə  yardımları  hesabma)  diqqət  mərkəzində  saxlanılmış,  vergilər 

azaldılmışdır.Maliyyə, 

pul-kredit 

siyasətinin 

qeyri-neft 

sektorunun 

inkişali.tələblərinə uyğunlaşdınlması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. 

Belə  ki,  "Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  əlavə  və  dəyişikliklər 

edilməsi  barədə"  Azərbaycan  Respublikasınm  2003-cü  il  28  noyabr  tarixli 

Qanununa  əsasən  iqtisadiyyatın  bütün  sahələrində,  o  cümlədən  qeyri-neft 

sektorunda  sahibkarlıq  və  investisiya  fəaliyyətinin  stimullaşdırılması  məqsədilə 

mənfəət  vergisinin  dərəcəsi  azaldılmış,  lizinq  obyekti  olan  əmılak  üçün  illik 

amoıtizasiya norması 2 dəfəyədək artırılmış və maliyyə lizinqi əməliyyatları əlavə 

dəyər  vergisindən  azad  edilmişdir.  Bütün  bunların  nəticəsi  olaraq  əsas  etibarilə 




 

qeyri-neft  sektorundan  ibarət  olan  özəl  sektorun  ÜDM-də  payı  80%-ə 

yaxınlaşmışdır. 

Neft  gəlirlərinin  reallaşdınlmasından  alınan  dövlət  mənfəətinin  əsas  tərkib 

hissələrindən biri - layihənin səhmdarından tutıılan vergilərdir.Azərbaycanın PSA 

tipli  müqavilələrinin  vergiqoyma  məsələləri  hökumətlə  razılaşdırılan  şərtlər 

baxımmdan ən dolğunu hesab edilir.Azərbaycanın PSA müqavilələrinin təhlili gös- 

tərir ki, ölkənin rezidentləri olan və olmayan, neft layihələrinin gerçəkləşdirilməsi 

prosesinə  cəlb  edilmiş  bütün  hüquqi  və  fıziki  şəxslərin  vergiyə  cəlb  edilməsi 

məsələləri  dəqiqləşdirilmişdir.  Hazırda  hər  bir  podratçı  tərəfındən  vergi  qoyulan 

gəlirdən mənfəət vergisi təqvim ili üçün 22 %-lik sabit dərəcə ilə tutulur. 

Podratçıların digər gəlirləri aşağıdakılardan ibarətdir: 

sığorta daxilolmalan; 



valyuta ilə əməliyyatlardan reallaşdırılmış gəlirlər; 

podratçınm  bu  bənddə  nəzərdə  tutulan  və  ARDNŞ-in  pay  iştiraki  üzrə 



məsrəflərinin ödənilməsindən alınmış məbləğlər; 

Ləğvetmə Fondundan alınmış məbləğlər; 



Ləğvetmə  Fondunda  artıq  qalan  vəsaitin  bolüşdürülməsi  zamanı  alınmış 

məbləğlər; 

faizlərdən daxil olan gəlirlər; 



qüsurlu  materiallar,  yaxud  avadanlıqla  baglı  tədarükçilərdən,  avadanlıq 

istehsalçılarından və ya onların agentlərindən alınmış məbləğlər; 

materiallann  satışı  yaxud  çarter  icarəsi  nəticəsində  xidmətlərin  ödənişi 



qismində obyektlərdən (vasitələrdən) və ya əqli mülkiyyətdən istifadəyə görə alın- 

mış məbləğlər. 

Xərclər  sərf  olunduğu  təqvim  ilində  tam  tutulur  və  Azərbaycan 

Respublikasmda,  yaxud  başqa  yerlərdə  hər  bir  podratçı  tərəfı  karbohidrogenlər 

sahəsində  fəaliyyətlə  məşğul  olan  zaman  bütün  məsrəflər  kimi  müəyyən  edilir. 

Bunlara aşağıdakı xərclər aiddir: 

hər  bir  podratçı  tərəfinin  bütün  əməkdaşlarına  yaşayış  yeri,  qida  məhsullan, 



kommunal  xidmətləri,  uşaqların  təhsili,  həmçinin  əməkdaşlar  və  onların  ailələri 


 

üçün yaşadığı ölkədən və əksinə yol xərclərinin ödənilməsi ilə bağlı verilən bütün 

xərclərlə birgə hər bir podratçı tərəfmin bütün əməkdaşlarına ödənilən əmək haqqı, 

maaşlar və digər ödənişlərin tam məbləğləri; 

pensiya  fondıına,  işə  düzsltmə  fonduna,  sosial-sığorta  fonduna,  tibbi  sığoıta 



fonduna  ayırmalar  daxil  olmaqla,  Azəıbaycanın  dövlət  sosial  təminatına  bütün 

xərclər və əməkdaşlar üçün bütün digər sosial ödənişlər; 

kəşfiyyat və qiymətləndirmə işlərinə bütün məsrəflər; 



quyuların qazılması ilə bağlı bütün məsrəflər; 

satış məntəqəsinə qədər nəql olunması üçün ödənilmiş bütün ncft kəməri ta- 



rifləri,  komisyon  və  broker  tarifləri,  həmçinin  satışa  və  nəqletməyə  çəkiən  digər 

məsrəflər; 

icarə haqqmda saziş üzrə bütün ödənişlər; 



bütün sığorta xərcləri; 

heyətin hazırlığma çəkilən bütün xorclər; 



hər  podratçı  tərəfınin  daimi  nümayəndəliklərinin  fəaliyyəti  ilə  bağlı  bütün 

xərclər, o cümlədən idarəetmə xərcləri, tədqiqatlar və elmi işlənmələr üçün xərclər 

və ümumi inzibati xərclər; 

hər hansı avadanlıq vahidinə, yaxud əsas fondlara müəyyən edilmiş limitdən 



yüksək olmayan xərclər; 

Ləğvetmə Fonduna bütün üzvlük haqları; 



məhv edilməsi, yaxud ziyan vurulması nəticəsində materiallar, və ya aktivlərə 

aid itkilər, ləğv edilmiş  yaxud təqvim ili ərzində imtina edilmiş aktivlər, ümidsiz 

borclar və üçuncü tərəflərə vurulmuş ziyan üçün kompensasiya hesabma ödənişlər; 

bütün  digər  itkilər,  o  cümlədən  satılmış  valyutadan  itkilər,  yaxud  bilavasitə 



karbohidrogenlər sahəsində fəaliyyətlə bağlı yığımlar; 

hər  bir  podratçı  tərəfm  karbohidrogen  sahəsində  fəaliyyəti  həyata  keçirən 



zaman çəkdiyi bütün digər məsrəflər; 

standart  beynəlxalq  neft-mədən  pralctikasımn  tədbiqi  nəticəsində  çəkilən 



bütün xərclər. 


 

Bəzən elə olur ki, ölkənin ixracının kəskin artması ixrac məhsullarımn dünya 

bazarındakı  qiymətlərinin  kəskin  aşağı  düşməsinə  səbəb  olur  və  ölkənin  iqtisadi 

vəziyyoti pisləşir. Ancaq, Azərbaycanın mövcud neft ehtiyatları və onun hasilatınm 

gözlənilən  ən  yüksək  həddi  belə  dünya  ölkələrindəki  neft  ehtiyatları  və  dtinya 

bazarının tələbatınm çox az hissəsini təşkil edir. Ona görə də Azərbaycanın dünya 

bazarında neft təklifıni artırmaqla onun qiymətinin aşağı salması real deyil. Bu hal 

ilədaha iri neft ixracatları olan OPEK ölkələri müntəzəm mübarizə aparırlar. 

Azərbaycanda təbii ehtiyatlar, o cümlədən neft-qaz ehtiyatları birbaşa dövlətin 

nəzarəti  altındadır.  Neft  hasilatmın  40  faizə  qədəri  dövlətə  məxsusdur.  Bu  isə 

dövlətin səmərəli neft siyasəti yerinə yetirilməsinə imkan yaradır. 

Neft  gəlirlərinin  artması  mərhələsində  makroiqtisadi  siyasətin  bütün 

istiqamətlərinin  səmərəli  koordinasiyası  xüsusilə  zəruridir.  Qeyd  edək  ki,  bu 

istiqamətdə  Azərbaycanda  son  8  ildə  mühüm  nailiyyətlər  əldə  olunmuşdur  və  bu 

nailiyyətlərin  bariz  nümunəsi  ölkədəki  makroiqtisadi  sabitlikdir.  Bununla  belə, 

gələcəkdə  neft  gəlirlərinin  məqsədi  dövlət  proqramları  çərçivəsində  istifadə 

olunması  prosesində  fiskal  və  monetar  sektorlar  arasmda  koordinasiya 

mexanizmlərinin əsaslı təkmilləşməsinə ehtiyac yaranacaqdır. 

Beləliklə, neft sərvətlərinin idarə olunması strategiyası neft gəlirləri hesabına 

maliyyələşdiriləcək  cari  xərclər  ilə  gələcək  nəsillər  üçün  formalaşdırılacaq  yığım 

potensialı  arasında  düzgün  nisbəti  müəyyən  etməyə  imkan  verən  dəqiq  iqtisadi 

mexanizmləri özündə təcəssüm etdirməlidir. 

Xarici  partnyorlarla  neftin  birgə  hasilatı  respublikada  hasilat  sənayesinin 

inkişafı  ilə  yanaşı,  neft-kimya  məhsulları,  neft  maşmqayırma  sənayesi  və  neft 

avadanlıqları istehsalı sahələrinin də inkişafına ciddi təsir göstərəcəkdir. Beynəlxalq 

neft kontraktlarının reallaşdırılması, xüsusilə "Əsrin kontraktı"na daxil olan "Azəri", 

"Çıraq"  və  "Günəşli"  yataqlarında  hasilatın  artırılması  nəticəsində  respublikada 

məcmu neft istehsalının həcmi xeyli artmışdır. Son üç ildə bu artım 95%-ə qədər 

yüksəlmişdir.  Kontrakt  neftinin  dünya  bazarlarına  nəqli  imkanları  genişləndikcə 

neft hasilatının da həcminin artırılması proqnozlaşdırılır. ABƏŞ-nin və ARDNŞ-nin 

apardığı  hesablamaiara  əsasən  2010-c  ildə  birgə  işlənilən  obyektlər  üzrə  neft 



 

hasilatının  həcmini  40750  min  tona,  Azərbaycan  üzrə  cəmi  isə  46900  min  tona 

çatdırmaq nəzərdə tutulur. Başqa sözlə, müvafıq olaraq orta illik hasilatı 37,8% və 

27,4%-ə  qədər  yüksəltmək  proqnozlaşdırılır  ki,  bunun  da  respublika  üçün 

gözlənilən iqtisadi və sosial nəticələri olduqca böyükdür. 

Azərbaycanın  dünya  enerjidaşıyıcıları  bazarına  inteqrasiyanın  ən  perspektivli 

və strateji istiqamətlərindən biri də təbii qaz istehsalı sahəsidir. Respublikada kəşf 

olunmuş təbii qaz ehtiyatlarının dünya bazan baxımından əhəmiyyətli olması, dünya 

enerji  daşıyıcıları  balansında  qazm  yüksək  xüsusi  çəki  ilə  fərqlənməsi  və 

Azərbaycan neftinin nəql olunduğu region ölkələrində bu yanacaq növünə yüksək 

tələbatın  mövcudluğu  qaz  hasilatı  sahəsinin  inkişafına  real  zəmin  yaradır.  Bu 

istiqamətdə  "Şahdəniz"  yatağının  işlənməsi  Azərbaycamn  qaz  sənayesinin 

inkişafında önəmii rol oynayacaqdır. 

Qaz  ehtiyatiarının  işlənməsi  daxili  tələbatları  ödəmək  və  onun  ixracını təmin 

etmək  nöqteyi-nəzərindən  milli  iqtisadiyyat  üçün  strateji  əhəmiyyət  kəsb  edir. 

Yaxın 10-20 il ərzində respublikanm qaz sənayesinin inkişafı bilavasitə "Şahdəniz" 

perspektiv  strukturunun  işlənməsində  asılı  olacaqdır.  Məlumatlara  əsasən  

Azərbaycan Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin içrası çərçəvısində dövlət 

büdcəsinə 4883,1  mln.manat transfert edilib. Qacqın və məçburi köçkün ailəsinin 

məskunləşdırılması    və  sosial  məişət  vəziyyətinin  yaxşılaşdırılması  üzrə 

tədbirlərinin  həyata    keçirilməsinə    177,3  mln.manat,  Samur-Abşeron  suvarma 

sisteminin  yenidən    qurulmasına  11  mln.manat,    “Bakı-Tbilisi-Qara  yeni  dəmir 

yolu” layihəsinin  malyyələşdirilməsinə 19,6 mln.manat vəsait sərf olunub.  

Azərbaycan  gəlirlərinin  xarici  ölkələrdə  təşkili  üzrə  Dövlər  Proqramıın 

maliyyələşdirilməsinə  5,2  mln.manat  vəsait  yönəldili.  “Şahdəniz”  qaz-kondensat  

yatağının  istismarının  ikinci  mərhələsi,  Cənubi  Qafqaz  boru  kəmərinin  

genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətinin 

birbaşa dövlət mülkiyyətində olan səhmlərinin malaiyyələşdirilməsi məqsədilə Neft 

Fondundan 40 mln.manat vəsait ayrılıb. Altı ayda  fondun idarə edilməsi ilə bağlı 

xərclər 26,2 mln.manat təşkil edib. Fondun aktivləri ilin əvvəlinə nisbətən 4,86  mln. 

manat artaraq  37622,4 mln.ABŞ dollara dərədər olub. 



 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin