Məişət-çirkab (boz) suları Əlüzyuyanlardan, duşxanalardan və
camaşırxanalardan gələn çirkab sular.
Məməlilər İsti qan dövranına malik onurğalıların bir
sinfi – bu sinfin dişiləri süd vəzilərinə
malikdir.
Məşəldə yandırma Yanabilən artıq karbohidrogen həcmlərinin
buxarını yandırmaqla onların nəzarət
altında utilizasiya edilməsi.
Məsləhətləşmə Maraqlı tərəflərin layihəyə dair fikir və
rəylərini əldə etmək məqsədilə keçirilən
rəsmi proses.
Mətbəx tullantıları Gəminin kambuzundan (və ya
mətbəxindən) yaranan üzvi qida
tullantıları.
Meteoroloji Dinamikalar Atmosferdə hava və iqlim ilə bağlı
hərəkətlərin tədqiqi.
Mikro plitə Hər hansı kiçik litosfer (yer qabığı və üst
mantiya) tavası/plitəsi. Milli Məclis Azərbaycan Parlamenti.
Miqrasiya İnsanların iş tapmaq və ya daha yaxşı
yaşayış şərtləri əldə etmək məqsədilə yeni
ərazilərə və ya ölkələrə köçməsi/yaxşı
müəyyənləşdirilmiş marşrutlar boyunca
heyvanların (xüsusən də nəsilartırma üçün
geri qayıdan heyvanlar) hər hansı
müntəzəm səfərləri.
Modul Platformanın göyərtəsində yerləşən,
mümkün qədər avtonom olan və digər
dəniz modullarına birləşdirilmək üçün
layihələndirilmiş üst tikilinin ayrıca bir
seksiyası, yaxud düzbucaqlı bölmə.
Müdaxilə işləri Hər hansı neft və ya qaz quyusunda və ya
sualtı hasilat sistemində onların istismar
müddəti ərzində və ya istismar müddətinin
sonunda həyata keçirilən hər hansı
əməliyyat və ya iş (başqa sözlə, quyunun
vəziyyətini və / və ya quyunun quruluşunu
dəyişən komponentlərin dəyişdirilməsi).