Ventilyasiya
İşlənməmiş qazların atmosferə atılması.
Vibroələklər
Dövr etdirilən qazma məhlulundan süxur
şlamlarının xaric edilməsi üçün istifadə
olunan ələk/süzgəc.
Vyana Konvensiyası
Ozon təbəqəsinin qorunması ilə bağlı
beynəlxalq hüquqi saziş.
Yağıntı
Atmosferdəki su buxarının kondensasiyası
nəticəsində yaranır və Yerin cazibə
qüvvəsinin təsiri ilə Yer səthinə düşür
Yağıntının əsas növləri bunlardır: Çiskin,
yağış, sulu qar, qar və dolu.
Yanüzənlər
Zirehi olmayan yanları yastılanmış
gövdəyə malik yanüzənlər dəstəsinə aid
kiçik xərçəngkimilər.
Yarımdalma qazma qurğusu
Qazma platformasının altında qısa
ayaqların üzərində yerləşdirilmiş
pontonlara, yaxud ballast çənlərinə malik
üzən dəniz qazma qurğusunun bir növü.
Yekun nəticə
Fəaliyyətin hüquqi, təbii və sosial-iqtisadi
mühitlərlə qarşılıqlı əlaqəsinin nəticə
etibarilə meydana çıxan təsiri (müsbət,
yaxud mənfi).
Yeyilmə eroziyası
Eroziyanın forması; avtomobil yolları və
dəmir yolu xətləri kimi konstruksiyaların
yaxınlığında dənəvər altlıq materialın
hidrodinamik qüvvələr tərəfindən
kənarlaşdırılması.
Yükün gəmidən kransız götürülməsi
Dayaq bloklarının və ya digər
konstruksiyaların dənizdə quraşdırılmaq
üçün daşıma barjı və ya digər gəmilər
üzərindən sürüşdürülməsi və ya dayaq
üzərinə oturdulması.
Zərərli maddələr
Dənizdə Təhlükəli Yüklərin Daşınması
Barədə Məcəllədə (IMDG Code) dəniz
çirkləndiriciləri kimi müəyyənləşdirilmiş
maddələr.
Zooplankton
Mərcanlar, meduzalar kimi canlılardan
ibarət plankton – adətən, kiçik ölçüdə,
əksər hallarda isə mikroskopik ölçüdə
olurlar.
Dostları ilə paylaş: |