Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə25/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   17   18   19   20   21   22   23   24   25
glossary

Ventilyasiya 
İşlənməmiş qazların atmosferə atılması. 
Vibroələklər 
Dövr etdirilən qazma məhlulundan süxur 
şlamlarının xaric edilməsi üçün istifadə 
olunan ələk/süzgəc. 
Vyana Konvensiyası 
Ozon təbəqəsinin qorunması ilə bağlı 
beynəlxalq hüquqi saziş. 
Yağıntı 
Atmosferdəki su buxarının kondensasiyası 
nəticəsində yaranır və Yerin cazibə 
qüvvəsinin təsiri ilə Yer səthinə düşür 
Yağıntının əsas növləri bunlardır: Çiskin, 
yağış, sulu qar, qar və dolu. 
 
Yanüzənlər 
Zirehi olmayan yanları yastılanmış 
gövdəyə malik yanüzənlər dəstəsinə aid 
kiçik xərçəngkimilər. 
Yarımdalma qazma qurğusu 
Qazma platformasının altında qısa 
ayaqların üzərində yerləşdirilmiş 
pontonlara, yaxud ballast çənlərinə malik 
üzən dəniz qazma qurğusunun bir növü. 
Yekun nəticə 
Fəaliyyətin hüquqi, təbii və sosial-iqtisadi 
mühitlərlə qarşılıqlı əlaqəsinin nəticə 
etibarilə meydana çıxan təsiri (müsbət, 
yaxud mənfi). 
Yeyilmə eroziyası 
Eroziyanın forması; avtomobil yolları və 
dəmir yolu xətləri kimi konstruksiyaların 
yaxınlığında dənəvər altlıq materialın 
hidrodinamik qüvvələr tərəfindən 
kənarlaşdırılması. 
Yükün gəmidən kransız götürülməsi 
Dayaq bloklarının və ya digər 
konstruksiyaların dənizdə quraşdırılmaq 
üçün daşıma barjı və ya digər gəmilər 
üzərindən sürüşdürülməsi və ya dayaq 
üzərinə oturdulması. 
Zərərli maddələr 
Dənizdə Təhlükəli Yüklərin Daşınması 
Barədə Məcəllədə (IMDG Code) dəniz 
çirkləndiriciləri kimi müəyyənləşdirilmiş 
maddələr. 
Zooplankton 
Mərcanlar, meduzalar kimi canlılardan 
ibarət plankton – adətən, kiçik ölçüdə, 
əksər hallarda isə mikroskopik ölçüdə 
olurlar. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin