Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə18/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
glossary

 
Müqavilə Sahəsi 
Karbohidrogenlərin kəşfiyyatı və hasilatı 
məqsədilə şirkət, yaxud şirkətlər qrupu 
üçün lisenziyalaşdırılmış/icarəyə verilmiş 
və hissələrə bölünmüş dəniz sahəsi. 
 
Müvəqqəti dayandırma zamanı istifadə 
olunan flüidlər 
Quyunun bütövlüyünü təmin etmək üçün 
quyunun qazılmasının müvəqqəti 
dayandırılması ərzində quyuda istifadə 
olunan flüidlər.
 
Nəsilvermə (fertillik) əmsalı 
Müəyyən bir ərazidə bir qadının yaşadığı 
müddət ərzində doğa biləcəyi uşaqların 
orta sayı. 
 
Neytrallaşdırılmış dəniz suyu 
Qazma məhlulu üçün dəniz suyunun 
effektivliyini artırmaq məqsədilə həmin 
suyun pH göstəriciləri üzrə daha da 
neytrallaşdırmaq üçün dəniz suyunu 
kimyəvi baxımdan dəyişdirən proses. 
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Xüsusi terminlər lüğəti 
Normativ-Hüquqi Aktlara dair Qanun 
Müstəqillik 
əldə olunmazdan əvvəl 
qüvvədə olan aktlar ləğv edilməmişdirsə, 
yaxud Konstitusiyaya ziddiyyət təşkil 
etmirsə, qüvvədə qalmaqda davam etdiyini 
müəyyənləşdirən Azərbaycan 
qanunvericiliyi. 
 
Okeanoqrafiya 
Okeanın, o cümlədən dəniz 
ekosistemlərinin, okean cərəyanlarının, 
dalğalarının, fiziki və kimyəvi 
dəyişikliklərinin tədqiqatı. 
Oksigenə Bioloji Tələbat (OBT) 
Su nümunəsindəki (məsələn, çirkab suyu 
ilə çirklənmiş) üzvi maddələri parçalamaq 
üçün aerob mikroorqanizmlər tərəfindən 
tələb olunan oksigen miqdarı. Bu, suyun 
çirklənmə dərəcəsini ölçmək üçün istifadə 
olunur. 
 
Oksigenə Kimyəvi Tələbat (OKT) 
Su daxilində olan üzvi birləşmələr 
tərəfindən istehlak olunan oksigenin 
miqdarı. Suyun tərkinbindəki üzvi 
birləşmələrin miqdarını bilavasitə ölçmək 
üçün istifadə olunur 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin