Microsoft Word Glossary sd2 esia final az


Qeyri-dağıdıcı sınaq (QDMS)



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
glossary

Qeyri-dağıdıcı sınaq (QDMS) 
Gəmilərin, yaxud avadanlığın keyfiyyətini 
və ya bütövlüyünü təftiş etmək və 
sınaqdan keçirmək üçün nümunəvi 
seksiyaların dağıdıcı sınağını, yaxud 
ləğvini tələb etməyən təftiş və sınaq 
metodları. 
Qırmızı Siyahı/Qırmızı Kitab 
Nadir və nəsli tükənmək təhlükəsi altında 
olan bitki və heyvan növlərinin siyahısı. 
Qoruyucu kəmər 
Quyu lüləsinin uçmasının və ətraf 
formasiyalardan quyuya, yaxud əksinə 
arzuedilməz sızmaların baş verməsinin 
qarşısını almaq üçün quyu lüləsinin 
möhkəmləndirilməsindən ötrü istifadə 
olunan polad boru sistemi. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Xüsusi terminlər lüğəti 
Qoruyucu kimyəvi preparatlar 
Hidravlik sınaq zamanı işlədilən dəniz 
suyunda korroziyanın qarşısının alınması 
və bakteriyaların çoxalmasının 
ləngidilməsi məqsədi ilə istifadə olunan 
kimyəvi preparatlar. 
Qrunt suları 
Yer səthinin altında toplanan və ya azan 
su, torpaqdakı, çöküntülərdəki və 
süxurlardakı məsaməli yerlərə olan sular. 
Qrunt suları yağışdan, eləcə də əriyən 
qardan və buzdan yaranır, sulu laylar, 
bulaqlar və kəhrizlər üçün mənbə təşkil 
edir.
Quyu
Neft və ya qaz quyusunun qazılmış lüləsi 
daxilindəki sahə. 
Quyu lüləsi 
Qazma vasitəsilə torpaqda qazılmış quyu; 
səthdən (ən üst seksiyadan) quyunun 
dibinə qədər qoruyucu kəməri olmayan 
qazılmış lülə. 
Quyuağzı zona/avadanlıq 
Qoruyucu kəmərin üst hissəsi və 
birləşdirilmiş tənzimləyici axın klapanları. 
Quyuağzı zona tənzimləyici klapanların, 
sınaq avadanlıqlarının və yuxarı nəqletmə 
borularının yerləşdiyi yerdir. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin