Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə11/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
glossary

Katod mühafizəsi 
Suya dalmış polad konstruksiyanı 
korroziyaya uğradan statik elektrik 
yüklərinin neytrallaşdırılması üsulu. 
Keçiricilik qabiliyyəti 
Maddənin, bir vasitə ilə, həmin vasitənin 
özünün nəzərə çarpan hərəkəti olmadan 
istiliyi, elektriki və ya səsi ötürmə 
qabiliyyətinin ölçüsü. 
Kesson 
Qazma qurğusundan və ya platformadan 
uzanaraq tamamilə suya dalmış və dəniz 
suyunun götürülməsi, yaxud axıntı suların 
atqısı üçün istifadə oluna bilən silindrşəkilli 
polad kamera. 
Kəşfiyyat quyusu 
Kəşf olunmamış layların axtarışı zamanı 
və yaxud məlum layların hüdudlarını 
əhəmiyyətli dərəcədə genişləndirmək üçün 
qazılan quyu. 
Koaqulyator 
Materialı kimyəvi reaksiya vasitəsilə maye 
halından qatı hala çevirmək üçün istifadə 
olunan qurğu.
Kol 
Alt hissəsində bir neçə budağı olan 
nisbətən alçaq ağacşəkilli bitki.
Koliform bakteriyaları 
Adətən, insanların və digər onurğalıların 
bağırsaqlarında (xüsusilə, yoğun 
bağırsaqda) məskunlaşan bakteriyalar və 
ya bu bakteriyalara aid olanlar. 
Kompensasiya sistemi 
Platformada yanacaq qazı olmadığı 
zaman qaz ixracı xəttindən qazın 
istifadəsinə imkan yaradan sistem.
Kompressiya 
Maddənin daxilində təzyiqin artırılması. 
Kondensasiya temperaturu 
Su buxarının kondensasiya olunaraq suya 
çevrilməsi üçün müəyyən hava həcminin 
soyudulmalı olduğu (sabit təzyiqdə) 
temperatur. 
Kondensat (Qaz kondensatı) 
Səthdəki hasilat avadanlığı ilə bağlı olan 
normal temperaturlarda və təzyiqlərdə 
mayeyə kondensasiya olan, təbii qazla 
birlikdə hasil olunmuş yüngül 
karbohidrogen fraksiyaları. 
Konsorsium 
Bir qayda olaraq, ümumi bir məqsədlə 
yaradılan müəssisələrin, işgüzar dairələrin 
və ya maliyyə təşkilatlarının assosiasiyası 
və ya qruplaşması 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin