Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə10/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
glossary

 
İrs 
Keçmiş nəsillərdən ötürülmüş mədəni 
adətlər, yaşayış əraziləri və tarixi binalar 
kimi dəyərli obyektlər və keyfiyyətlər. 
ISO 14001
Beynəlxalq Standartlar Təşkilatı tərəfindən 
hazırlanmış inkişaf etməkdə olan bir sıra 
ümumi ətraf mühitin idarə olunması 
sistemləri; bu, biznesin idarəetmə sahəsini 
ətraf mühitə təsirlərin idarə olunması 
strukturu ilə təmin edir. 
İstiqamətləndirici Kəmər/Seksiyalar 
Quyu divarlarının quyu gövdəsinə 
çökməsinin qarşısını almaq üçün, adətən, 
dəniz dibində quyuya yeridilən qoruyucu 
kolon. 
İstiqamətləndirici lülə 
Nisbətən daha iri lülə qazılmamışdan 
əvvəl materiala doğru qazılmış kiçik lülə 
(sonra isə bu lülə genişləndirilərək arzu 
olunan diametrə çatdırılır).
İstiqlal 
Qabaqlayıcı quyuların qazılması üçün 
istifadə olunan səyyar yarımdalma qazma 
qurğusu. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Xüsusi terminlər lüğəti 
İstismar sınağı / istismaravermə 
Tam hasilata başlamazdan əvvəl texnoloji 
sistemlərinin sınağından ibarət hazırlıq 
işləri. 
İstismardan çıxarma 
Hər hansı qurğuların fəaliyyətinin 
dayandırılması və sökülməsi. 
İstixana Qazları (İXQ) 
İnfraqırmızı istilik diapazonu daxilində 
radiasiyanı udmaqla və şüalandırmaqla 
Planetin istixana effektinə şərait yaratdığı 
hesab edilən atmosfer qazları. İXQ-ə 
əsasən karbon dioksidi və metan daxildir. 
İzopod 
Ali xərçəngkimilərin bir növü. 
Karbohidrogen 
Hidrogen və karbon atomlarından ibarət 
üzvi kimyəvi birləşmələr. Bu birləşmələr 
böyük miqdarda mövcuddur və onlar bütün 
neft məhsullarının əsasını təşkil edir. Onlar 
qaz, maye və ya bərk hallarda (məsələn: 
metan, heksan və parafin kimi) mövcud 
ola bilərlər. 
Karvansara 
Mərkəzi və 
Qərbi Asiyada ticarət 
marşrutları boyunca karvanların 
məskunlaşması üçün geniş meydançada 
tikilən mehmanxana. 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin