Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix29.11.2022
ölçüsü220,23 Kb.
#71081
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
glossary

Fekal (qara) sular 
Tərkibində insanların formalaşdırdığı fekal 
maddələr və sidik olan çirkab suyu. 
Fitoplankton 
Dəniz və ya göl suları səthində üzən və ya 
dreyf edən mikroskopik fotosintetik 
orqanizmlər, məsələn: diatomlar, 
dinoflaqellatlar. 
Flora/fauna 
Müəyyənləşdirilmiş coğrafi ərazidə rast 
gəlinən bitkilər/canlılar. 
Flüvial 
Çaylara yaxud su axınlarına aid olan və ya 
çayların yaxud su axınlarının yaratdığı. 
Formasiya 
Eyni mənşəli və görünüşlü süxur 
çöküntüləri və ya struktur. 
Fövqəladə / Nəzərdə Tutulmamış hallar 
Planlaşdırılmamış fəaliyyət – məsələn: 
operatorun xətası və ya layihələndirmə 
xətası səbəbindən avadanlığın nasazlığı, 
tutumların (lokallaşdırma vasitələrinin) 
sıradan çıxması. 
Hasilat (istismar) quyusu 
Neft və qazın hasil olunduğu qazılmış 
quyu. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Xüsusi terminlər lüğəti 
Hasilat 
Karbohidrogen ehtiyatlarının kollektordan 
çıxardılması. 
 
Hasilatın Pay Bölgüsü Haqqında Saziş 
(HPBS) 
Hökumət və hasilatçı şirkət (yaxud 
şirkətlər qrupu) arasında imzalanmış 
müqavilə növü. 
Həlqəvi qurdlar 
Uzunsov, silindrik və buğumlu gövdəsi ilə 
fərqlənən həlqəvi qurdlar tipindən olan 
müxtəlif qurdlar və ya qurdabənzər 
orqanizmlər. 
Hidrat 
Bunlara təbii qaz molekulları, adətən, buz 
molekullarında tutulan metan qazı 
molekulları aid edilir. Hidratlar aşağı 
temperatur və yüksək təzyiq şərtləri 
altında boru kəmərlərində və qazın 
texnoloji emal edildiyi qurğularda əmələ 
gələ bilir. Hidratlar boru kəmərlərini 
tıxaclaya və hasilat əməliyyatlarına 
əhəmiyyətli dərəcədə təsir göstərə bilir.

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin